Qurban Qurbanovun xatirələri Mən, Qurban Əli oğlu Qurbanov 1907-ci ildən keçmiş Tağıyev, indiki V.İ.Lenin adına fabrikdə işləyirəm. Fabrikin nəzdində məktəbdə oxumuşam. Tağıyev həmişə fəhlələri oxumağa və savadlı olmağa çağırırdı ki, onlar nə qədər qazandıqlarını, onların maaşlarından nə qədər və nə üçün tutulduğunu bilsinlər. Məktəbdə dərsliklər pulsuz idi. Tağıyev fəhlələrlə yaxşı davranır, onları övladlarını məktəbə göndərməyə çağırırdı. Onun fəhlələri döyməsini görməmişəm və eşitməmişəm. O, fabrikə gec-gec gəlir, ərazidə ustalarla gəzirdi. Ustalardan başqa heç kimi, heç bir qoçunu onun yanında görməmişəm. İndiyədək fabrikdə işləyirəm.
16 iyun 1956-cı il.