Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə71/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   67   68   69   70   71   72   73   74   ...   96
T.P.Mayzelisin xatirələri
Mən, 1907-ci il təvəllüdlü T.P.Mayzelis (qızlıq so­yadım - İonova) doğulduğum gündən fabrikdə yaşayıram. Atam İonov P.P. 30 il fabrikdə çalışıb, mən isə fabrikin nəz­dindəki məktəbdə oxumuşam. Məktəb ikisinifli idi, bizim 50 nəfərə yaxın şagirdimiz vardı. Azərbaycan və rus bölmə­ləri fəaliyyət göstərirdi. Mən rus bölməsində təhsil almışam. Müəlliməmiz Vera Vasilyevna, ondan sonra isə Marfa İlyi­niçna idi. O, uşaqlara qarşı olduqca həssas idi, pulsuz özfəa­liyyət və əl işi dərnəklərini yaratmışdı ki, burada şagirdlər biliklər qazanırdılar. Əl işi dərnəyində biz müxtəlif gözəl şeylər tikirdik. Yadımdadır ki, biz bir dəfə Tağıyevin evinə hə­diy­yələr aparmışdıq. Bizi Tağıyevin həyat yoldaşı qəbul etdi və hədiyyələr verdi.

Fabrikdəki xəstəxanada dava-dərman və fəhlələrin mü­a­yinəsi pulsuz idi. Fabrikdə kitabxana və qiraətxana fəa­liyyət göstərir, kitablar evə verilirdi. Biz, müəllimimiz Marfa İlyiniçna ilə birgə hazırladığımız tamaşalarla klubda çıxış edir­dik.

Tağıyev gələndə, fabrikdə çalışan azyaşlı uşaqları gizlədirdilər, çünki o, uşaqları işlətməyə icazə vermirdi, on­la­rın təhsil almasını istəyirdi.


2 mart 1957-ci il.

MATM NF, №№ 21008, 21006



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin