Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


Poluxin küçəsi, 73 ünvanında yaşamış Hüseyn Təhməzovun xatirələri



Yüklə 0,68 Mb.
səhifə78/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   74   75   76   77   78   79   80   81   ...   96
Poluxin küçəsi, 73 ünvanında yaşamış Hüseyn Təhməzovun xatirələri

Hacı Zeynalabdin Tağıyev Buzovna kəndxudasına xə­bər vermişdi ki, kənd camaatını yığsın, onlarla danışmağa gə­ləcək. Mən də o zamanlar uşaq idim, təxminən 12 yaşım olar­dı. 60 il bundan qabaq. Mən də getdim, gördüm ki, ax­und­lar, mollalar, kənd adamları yığışıb. Elə bu zaman Tağıyev gəldi. Gələndən sonra sözə baş­layıb dedi:

- Mənim bura gəlməyimin səbəbi ondan ibarətdir ki, dörd otaqlı bir bina verin ki, məktəb açım, kənd uşaqları bu məktəbdə oxusunlar. Mən onların xərclərinin hamısını özüm çəkəcəm. Onlar üçün stol, stul, parta, uşaqlar üçün pal­tar, müəllimin aylıq zəhmət haqqını da özüm verəcəm. Qoy həm ana dilində, həm də rus dilində oxusunlar. Gərək uşaq­la­rınız oxusun, savadlı olsun, mədəniyyətdən geri qalma­sınlar. Mən uşaqlara nə lazımdırsa, kömək edəcəm.

Hacı Tağıyev getdikdən sonra axundlar dedilər ki, Tağıyev bizim uşaqlarımızı rus eləmək istəyir. Parta nədir, qoy uşaqlar həsirin üstündə oturub dərs oxusunlar. Bizə onun pulu lazım deyil.

Bir dəfə də belə bir hadisə baş vermişdir. Novruz bay­ramı günü camaat Hacının xahişi ilə şəhər idarəsinin (indiki Bakı Sovetinin) binasında toplaşdı. Mən də getdim. Müx­tə­lif təbəqədən olan 500-dək insan - mollalar, axundlar və di­gər sadə adamlar buraya toplaşmışdı. Hacı onlara müraciət edərək dedi: “Mən məktəb açdırmışam, Siz niyə qızlarınızı oraya göndərmirsiniz, niyə onlara oxumağa imkan ver­mir­si­niz?” Bunu deyən Hacı ağladı: “Qızlarınızı oxutdurun, niyə onları oxutdurmursunuz? Bir baxın: oxuyan qızlar içəri­sin­də bakılı uşaqlar yoxdur. Qızlarınızı oxutdurun. Onlar gə­lə­cəkdə ana olacaqlar və öz övladlarını tərbiyə etməyi ba­car­malıdırlar. Cahil ananın böyütdüyü övlad necə olar?” Xal­qın geriliyini görən Hacı ağladı: “Siz nə vaxt şüurlu ola­caqsınız?” Sonra Hacı xahiş etdi ki, camaat nümayəndələr seçib, onları məktəbin vəziyyətini öyrənməyə göndərsin. La­kin hər şey əbəs idi. “Mollaların səfeh çıxışlarına qulaq as­ma­yın, onlar Sizin inkişafınızı ləngidirlər. Baxın, məktəbdə hamı qadınlardır, yalnız bir nəfər 70 yaşlı kişidir, o da qaro­vulçu işləyir. Məktəbdə qızlar və qadınlar dərs deyir”.

...Hacını mən bu cür xatırlayıram.
28 oktyabr 1956-cı il.

MATM NF, №20043-20045


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin