Tağıyev fabrikinin nəzdindəki məktəbin müdavimi
Mövsüm Əli Baladadaş oğlu Məmmədovun xatirələri
Mən, Mövsüm Əli Baladadaş oğlu Məmmədov 1897-ci ildə Əhmədli kəndində fəhlə ailəsində anadan olmuşam. Uşaqlıqda 9 il molla yanında oxumuşam. 1906-cı ilin mayında kəndimizə bir fayton gəldi. Uçaqlar qışqırmağa başladılar: “Ağa Tağıyev kəndimizə gəlib!” Tağıyev faytondan düşdü və camaata sarı getdi. Molla Axund Əli Tağıyevə yaxınlaşaraq dedi: “Hacı, bizə kömək et. Məscid tikirik, lakin pulumuz çatmır”. Hacı cavab verdi: “Adam göndərin, köməklik göstərərəm. Lakin Əhmədli kəndinin sakinlərindən şəxsi xahişim var: uşaqlarınızı fabrikimdə açdığım məktəbə göndərin. Onları dərs ləvazimatı və geyimlə təmin edəcəm”.
Hacı öz vədinə əməl etdi, Əhmədli kəndinin uşaqları isə məktəbə getməyə başladılar. Tağıyev tez-tez məktəbə gəlir və həmişə bizi oxumağa çağırırdı. Mən məktəbdə 4 il oxudum. Bizim iki müəllimiz var idi: Gəncədən olan Əbdülkərim bəy Vəlibəyov, ana dilindən dərs deyən ikinci müəllimin adını isə xatırlamıram.
8 iyul 1956-cı il.
MATM NF, №20086
Dostları ilə paylaş: |