Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Elmi Şurasının 15 mart 2019-cu IL tarixli (protokol №3)



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix15.01.2022
ölçüsü1,26 Mb.
#113793
1   2   3   4   5   6   7   8   9   ...   12
Commentary (sharh) of Muallaka of Imru al-Qais by KhatibTabrizi

Рисаля. Елми арашдырмалар jurnalı. №1.2019(16)– ISSN 2522-4808 (print) 

 

 



44

muşdur. Məsələn, müəllif İmrul-Qeysin müəlləqəsinin 3-cü beytinin sonradan 

əlavə edildiyini deyən  İbn  əl-Ənbari və  ən-Nəhhasla razılaşmır,  əl-Əsməiyə 

istinadla bu beytin bədəvi  ərəblər tərəfindən  İmrul-Qeysin müəlləqəsinə aid 

edildiyini bildirir [8, s.25]. Bunun əksinə olaraq, müəlləqədə mənsubluğu mü-

bahisəli olan 49-52-ci beytlər barədə öz rəyini irəli sürməyən X.Təbrizi bu ba-

rədə iki fərqli fikri təqdim etməklə kifayətlənmişdir. Alim deyir ki, bəzi ravilər 

burada (yəni 48-ci beytdən sonra) 4 beytin olduğunu yazaraq onları  qəsidəyə 

(müəlləqəyə) daxil edirlər. Bəzi ravilər isə buna qarşı çıxaraq həmin beytlərin 

məşhur Cahiliyyət dövrü şairi Təəbbətə Şərrana (vəfatı təxminən miladi 530-cu 

il) aid olduğunu iddia edirlər [8, s.69].  

Bir çox şərhçilər (İbn əl-Ənbari, ən-Nəhhas, əz-Zavzani və b.) müəlləqənin 

şərhinə  qısa müqəddimə  də yazmışlar. Məsələn, müəlləqənin  əvvəlində şairin 

nəsəbini qeyd edən, müəlləqənin yazılma səbəbini açıqlayan, fikirlərini tarixi 

hadisələrlə və müxtəlif sitatlarla əsaslandırmağa çalışan İbn əl-Ənbaridən fərqli 

olaraq, ən-Nəhhas və əz-Zavzani şairin nəsəbi haqqında qısa məlumat vermək-

lə kifayətlənmişlər. Xətib Təbrizi də bu ənənədən geri qalmamış və İmrul-Qey-

sin nəsəbi haqqında qısa məlumat təqdim etmişdir: “İmrul-Qeys bin Hücr bin 

əl-Haris  əl-Məlik bin Əmr  əl-Məqsur – atasının torpaqları ilə kifayətləndiyi 

üçün (əl-Maqsur adlanır) – bin Hücr Akili-l-Murar bin Əmr bin Müaviyə ibn 

əl-Haris bin Müaviyə bin Murtiin dedi ... Künyəsi Əbul-Harisdir” [8,  s.19].  

Qəsidəni beyt-beyt izah etməyə başlamazdan əvvəl X.Təbrizi, əvvəlki şərh-

çilərdən fərqli olaraq, onun əruzun hansı bəhrində və hansı qafiyədə olduğunu 

da yazır.  İmrul-Qeyslə yanaşı, bunu Ləbidin müəlləqəsinin  şərhində  də görü-

rük. İmrul-Qeysin “qifa nəbki min zikra habibin va mənzili” misrası ilə başla-

yan müəlləqəsi əruzun təvil bəhrinin ikinci qəlibində, mütədarik qafiyəsindədir 

[8, s.20]. Yeri gəlmişkən qeyd edək ki, tədqiqatçılar V-VI əsrləri əruzun yaran-

dığı, əruz vəznli poeziyanın ilkin şərtlərinin, o cümlədən təvil, bəsit kimi bəhr-

lərinin formalaşdığı dövr hesab edirlər [6, s.14]. Maraqlıdır ki, əruz elminin 

qaydaları Xəlil bin Əhməd əl-Fərahidi (vəf.778) tərəfindən VIII əsrdə sistem-

ləşdirilsə  də,  əksər müəlliflər müəlləqələrin  şərhində bu mövzuya maraq 

göstərməmişlər. Bu baxımdan X.Təbrizinin  əruza keçid dövründə yaranmış 

müəlləqələrin bəhrləri və qafiyə növü barədə qeydləri əhəmiyyətlidir.  

X.Təbrizi şərhdə “va qavluhu” (

 

-

ﻪﻟﻮﻗو  və onun deməsi) kəlməsi ilə müəllə-



qə sahibinin sözünü qəsd edir. Şairin dediyi cümlələrin, misranın mənasını isə 

məna qavlihi” (ﻪﻟﻮﻗ ﻰﻨﻌﻣ “dediyinin” mənası), “mənahu” ( ﻩﺎﻨﻌﻣ  “onun” mənası) 

val-məna” ( او “beləliklə” mənası), “yaqulu” ( لﻮﻘﻳ “deyir”) sözlərindən sonra 

qeyd edir. Özünün şübhə ilə yanaşdığı fikirləri isə “zəamə” (مز   “iddia etmək”) 

feili ilə verir  [8, s.69]. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin