Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Elmi Şurasının 15 mart 2019-cu IL tarixli (protokol №3)


İmrul-Qeysin müəlləqəsinin şərhində toxunulan məsələlər



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix15.01.2022
ölçüsü1,26 Mb.
#113793
1   2   3   4   5   6   7   8   9   ...   12
Commentary (sharh) of Muallaka of Imru al-Qais by KhatibTabrizi

 

İmrul-Qeysin müəlləqəsinin şərhində toxunulan məsələlər. 

Dilçilik məsələləri 

 

Beləliklə, X.Təbrizinin müəlləqələrin, o cümlədən məqaləmizin əsas möv-



zusu olan İmrul-Qeysin müəlləqəsinin şərhində toxunduğu mövzuları və məsə-

lələri aşağıdakı kimi qruplaşdırmaq olar: dilçilik məsələləri, poetika və  əruz 

məsələləri, dünyagörüşü, folklor və tarixi hadisələrlə bağlı mövzular, Qurani-

Kərim. 



Рисаля. Елми арашдырмалар jurnalı. №1.2019(16)– ISSN 2522-4808 (print) 

 

 



45

Xətib Təbrizi beytlərin yozumuna keçməzdən əvvəl diqqəti, əsasən, orada 

öz əksini tapan dilçilik məsələlərinə (nəhv, sərf, leksikologiya ilə bağlı mövzu-

lara) yönəldərək, çətin anlaşılan sözlərin mənasını açıqlamağa çalışmış, bəzi 

sözləri leksik-semantik baxımdan izah etmiş, sözlərin məruz qaldığı idğam, ib-

dal, tasğir kimi dəyişiklikləri, enantiosemləri, sinonimləri göstərmiş, sözlərin 

müxtəlif leksik formalarını, cəm şəkillərini təqdim etmiş və digər dilçilərin fi-

kirlərinə  də istinad etmişdir. Məsələn, X.Təbrizi  İmrul-Qeysin müəlləqəsinin 

birinci beytində “sıqt” sözünü izah edərək bildirir ki, bu söz üç formada – sıqt

saqtsuqt kimi işlədilir, mənası “qum təpəcikləri”dir [8, s.20]. 

Dilçi alim başqa bir misalda ərəb dilində enantiosemiya (sözdaxili antonim-

lik) məsələsinə toxunur: 

 

ﻲﻠﺘﻘﻣ نوﺮﺴﻳ ﻮﻟ ﺎﺻاﺮﺣ ﻲﻠﻋ       اﺮﺸﻌﻣو ﺎﻬﻴﻟإ ﺎﺳاﺮﺣأ تزوﺎﺠﺗ 



 

X.Təbrizi İmrul-Qeysin müəlləqəsinin 24-cü beytinin şərhində نوﺮﺴﻳ sözü-

nün özündə iki zidd mənanı – gizlədirlər və göstərirlər (izhar edirlər) – birləş-

dirdiyini və enantiosem olduğunu  bildirir [8, s.50]. Buna görə də beyti iki vari-

antda tərcümə etmək olar: Məni qətl etmək niyyətini göstərən (və ya gizlədən) 

insan yığınını və keşikçiləri keçib onun yanına çatdım. 

Məkan adlarının izahı da maraq doğurur. Məhz bu şərhlər sayəsində şairin 

müəlləqəsindəki hadisələrin cərəyan etdiyi yerlərin coğrafiyası daha aydın təs-

vir olunur. İmrul-Qeysin müəlləqəsinin  “fətudih, fəl-miqrat, ləm yə’fu rasmu-



” misralı ikinci beytinin şərhində X.Təbrizi “Tudih”, “əl-Miqrat” sözlərinin 

mənasının izahında qeyd edir ki, Tudih və əl-Miqrat yer adlarıdır. Onlar İmərra 

ilə  Əsvad  əl-Ayn arasında yerləşir [8, s.22]. X.Təbrizi daha sonra Əsvad  əl-

Aynın dağ adı və Kulab qəbiləsinin məkanı olduğunu bildirir.  

X.Təbrizi şərhində sözlərin mətn daxilində verdiyi mənaları qeyd etməklə 

kifayətlənməmiş, oxucuda daha aydın təsəvvür formalaşdırmaq məqsədilə ayrı-

lıqda leksik-semantik mənalarını da təqdim etmişdir. Bu misalımızda azərbay-

canlı dilçi “əl-miqrat” sözünün həm də “su yığılan quyu”nu bildirdiyini yazır 

[8, s.22]. Sözün leksik-semantik mənasını daha geniş açmaqdan ötrü həmin sö-

zün yarandığı kökdə olan, amma mətnlə birbaşa əlaqəsi olmayan digər kəlmə-

lərdən (əsasən feillər) cümlə daxilində  və ya sərbəst  şəkildə  işlənən misallar 

gətirir. Burada “əl-miqrat” sözünün düzəldiyi “qaraya” köklü feili cümlə daxi-

lində verərək mənasını izah edir:  qaraytul-mə’ə fil-haudi – yəni  suyu hovuza 

yığdım [8, s.22]. 

X.Təbrizi sözlərin mənalarını izah etdikdən sonra çox vaxt onların hallan-

ma (irab) şəkillərini, eyni zamanda başlanğıc formalarını təqdim edir. Fikirləri-

ni əsaslandırmaq üçün Qurani-Kərimdən, digər şairlərdən və ərəb qrammatika 

məktəblərinin nümayəndələrindən (əsasən, Kufə  və  Bəsrə)  əl-Mübərrəd,  əz-

Zəccac, Sibaveyhi, əl-Fərra, əl-Xəlil bin Əhməd əl-Fərahidi və əl-Kisaidən nü-

munələr gətirir. Məsələn, İmrul-Qeysin müəlləqəsinin əvvəlindəki “qıfa” ) 

ﺎﻔﻗ

(

 



sözü ilə bir, yoxsa iki nəfərə müraciət edilməsi (muxatabətul-isneyn) barədə 

mövcud üç fərqli rəvayətə yer verir, əl-Mübərrəd (Bəsrə qrammatika məktəbi)  

və əz-Zəccacın (Bağdad qrammatika məktəbi) fikirlərini nəql edir [8, s.20-21]. 

Rəvayətlərdən birinə görə, şair burada iki dostuna müraciət edir. İkinci rəvayət-

də isə şairin bu sözlə bir dostuna xitab etdiyi bildirilir. X.Təbrizi “Ərəblər bir 

şəxsə iki şəxsə müraciət etdikləri kimi müraciət edirlər” deyərək fikrini  “Qaf” 





Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin