27
martın 31-də Heydər Əliyev “Bakı gömrükxanasının 175-ci ildönümü ilə
əlaqədar tədbirlər haqqında” Azərbaycan KP MK Bürosunun qərarını
imzaladı. Qərarda Bakıda təntənəli
yubileyin keçirilməsi, gömrükxananın
inzibati binasına xatirə lövhəsinin vurulması, gömrük işçilərinin təltif
edilməsi, həmçinin kütləvi informasiya vasitələrində gömrükxananın işinin
təbliğ edilməsi nəzərdə tutulmuşdu.
1
1989-cu ildə Bakı gömrükxanasının əməkdaşları ABŞ Fransa, İtaliya
və digər qərb ölkələrindən Ermənistana göndərilən
bağlamalarda dəfələrlə
zəruri tələbat malları əvəzinə kommersiya məqsədi daşıyan bahalı trikotaj
mallarının göndərilməsini aşkar etmişdilər. Bütün bunları nəzərə alaraq,
gömrükxana rəhbərliyi İrəvana ünvanlanan beynəlxalq
poçt göndərişlərinə
tətbiq edilən güzəştlərin ləğv edilməsini tələb etmişdi.
SSRİ Baş Gömrük
İdarəsinin 27 yanvar 1989-cu il tarixli 17 saylı əmri ilə Bakı gömrükxanası-
nın bazasında 29 may 1992-ci ilədək fəaliyyət göstərən Respublika Gömrük
İdarəsi təsis edildi. İdarənin fəaliyyət zonasına Azərbaycan SSR və
Dağıstan MSSR daxil idi. 1991-ci il 1 yanvar tarixli
hesabata əsasən bir il
ərzində gömrük daxilolmaları sərnişinlərin əl yüklərinə və baqajlara tətbiq
edilən gömrük rüsumu 2 mln. 450 min manat təşkil etmişdi.
2
Azərbaycanın
xarici iqtisadi-ticarət əlaqələrinin maddi əsasını təşkil edən amillərə, o
cümlədən
əlverişli coğrafi mövqeyə, zəngin strateji xammal və əmək ehti-
yatlarına, iqtisadi və elmi-texniki potensiala olmasına baxmayaraq, fəal
xarici iqtisadi-ticarət əlaqələrinə məhdudiyyətlər tətbiq olunurdu.
Beləliklə, birinci fəsil üzrə aşağıdakı nəticələri qeyd etmək olar:
– Azərbaycan dövlətçiliyi tarixində gömrük
işi hər zaman mühüm yer
tutmuş, Şimali Azərbaycan ərazisinin Rusiya tərəfindən işğalına qədər döv-
lətin əsas funksiyalarından olmuşdur;
– Azərbaycan Xalq Cümhuriyyəti dövründə
dövlətçilik ənənələrinin
bərqərar olması ilə yaradılan milli gömrük quruculuğu sahəsində qazanılan
zəngin təcrübə gömrük işinin təşkili və inkişafı tarixinin öyrənilməsi baxı-
mından mühüm nəzəri və praktik əhəmiyyət daşıyır;
– 1920-ci ilin aprel işğalından sonra və SSRİ-nin yaradılması ilə sovet
respublikalarının, o cümlədən Azərbaycanın
xarici ticarət əlaqələri və
gömrük orqanlarının fəaliyyəti və iş prinsipləri ümumittifaq maraqlarına
tabe edildi;
– İkinci dünya müharibəsi illərində Bakı və Culfa gömrükxanaları
təsərrüfatın hərbi qaydada yenidən qurulmasında, lend-liz xətti ilə gön-
1
ARPİİSSA: F. 1, siy. 68, iş 62, v.52
2
ARDA Bakı filialı: F.126, siy.2, iş 70, v.41
28
dərilən hərbi və humanitar yüklərin gömrük baxışından keçirilməsində
mühüm rol oynadı;
– İnzibati-amirlik sistemi xalq təsərrüfatının
bütün sahələrində olduğu
kimi gömrük işinin inkişaf xüsusiyyətlərinə də mənfi təsir etdi: sovet
gömrük qanunvericiliyi başlıca olaraq məhdudiyyətlər və qadağanedici
prinsiplərə əsaslandığından dünya təcrübəsindən faydalanmaq imkanından
kənarda qaldı.
Dissertasiyanın
“Azərbaycan Respublikasında milli gömrük sistemi-
Dostları ilə paylaş: