34
təsdiq edilən müvafiq qayda və təlimatlar gömrük
işinin hüquqi-normativ
bazasının daha təkmil vəziyyətə gətirməklə normayaradıcı fəaliyyətin
mühüm istiqamətlərindən birini təşkil edirdi.
Xarici iqtisadi fəaliyyətin
əmtəə nomenklaturasının tətbiqi, kvota və lisenziyalaşdırma, hüquq-müha-
fizə fəaliyyəti və valyuta nəzarətinin həyata keçirilməsi ilə bağlı qaydaların
işlənilib hazırlanması və s. məsələlər gömrük xidmətinin idarəetmə
funksiyalarını daha da genişləndirirdi. Bu sənədlərin
əsas hissəsini xarici
iqtisadi fəaliyyətin gömrük tənzimlənməsi ilə bağlı hüquqi-normativ sənəd-
lər, təlimatlar və qaydalar təşkil edirdi. Gömrük işinə aid normayaradıcı
sənədlərdə xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin tarif üsulları, vergi
siyasətinin
prinsipləri və növləri, gömrük rüsumlarının mahiyyətini və
səviyyəsini müəyyənləşdirilmə mexanizmi öz əksini tapmışdır.
Dördüncü fəsil
“Azərbaycan Respublikasının davamlı iqtisadi
Dostları ilə paylaş: