Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


maddi-texniki resurslarının artırılması”



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix26.01.2023
ölçüsü0,56 Mb.
#122593
1   ...   14   15   16   17   18   19   20   21   ...   26
tar d qra 22 06 18

maddi-texniki resurslarının artırılması” adlı üçüncü yarımfəslində gös-
tərilir ki, Azərbaycan dövləti gömrük sistemində kadr siyasətinin daha 
mükəmməl aparılmasına xüsusi önəm verir. Bazar münasibətlərinə əsasla-
nan iqtisadiyyatın idarə edilməsi sisteminin yaradılması gömrük orqanları-
nın texniki təminat səviyyəsi və kadr tərkibinin effektiv fəaliyyət göstər-
məsi bir sıra məsələlərin həllini tələb edirdi. “Azərbaycan Respublikası 
gömrük orqanları vəzifəli şəxslərinin Attestasiyası haqqında Əsasnamə”nin 
tələblərinə müvafiq olaraq əməkdaşların tutduğu vəzifəyə, ixtisasına və 
peşə səviyyəsinə uyğunluğu yoxlanılır, peşə və iş keyfiyyəti, qabiliyyət və 
imkanlarının tətbiqi perspektivi müəyyən edilirdi. Gömrük xidmətinin kadr 
potensialının formalaşdırılmasında rəhbər tutulan başlıca prinsiplər 
aşağıdakılar idi: a) uyğun profilli təhsil müəssisələrini bitirmiş ali və orta 
ixtisas təhsilli mütəxəssislərin işə qəbul edilməsi; b) əməkdaşların iş yerini 
dəyişməklə və yeni ixtisasa yiyələndikdən sonra işə qəbulu; c) qurumdaxili 
kadr hazırlığı sisteminin yaradılması; ç) peşə hazırlığı və ixtisas səviy-
yəsinin artırılmasında çoxpilləli sistemin tətbiq edilməsi və s.
1
Tədqiq edilən dövrdə ölkənin gömrük infrastrukturu yüksək beynəlxalq 
tələblərə uyğun inkişaf etdirilirdi. Məsələn, 1995-2011-ci illərdə Bakı Baş 
Gömrük İdarəsinin gömrük postları, idarənin inzibati binası, Tovuz gömrük 
idarəsinin sərhəd-keçid məntəqələrindəki gömrük postları, Xəzər Dənizində 
Azərbaycan Respublikasının İqtisadi mənafelərinin müdafiəsi idarəsinin 
1
Heydərov K.F. Azərbaycanın gömrük xidməti. Bakı: “Azərnəşr”, 1998, s.100; 
Yenə onun. Gömrük işinin əsasları: gömrük işinin idarə edilməsi və inkişafı. 4 
cilddə. IV c. Bakı: “Azərnəşr”, 2000, s.280


37 
inzibati binası və postları, Astara və Balakən gömrük idarələri, daha 
sonrakı müddətdə Sumqayıt Baş gömrük idarəsi, Regional tədris mərkəzi 
və Kinoloji mərkəz, DGK-nın inzibati binası, Enerji gömrük idarəsi, 
Lənkəran dəniz nəzarəti postu, “Samur” gömrük terminalı və postu, 
“Şirvanovka” gömrük postunun inzibati binaları, Hava nəqliyyatında baş 
gömrük idarəsi, DGK-nın Tibb xidməti idarəsi, Gömrük hospitalı, Yevlax 
gömrük idarəsinin inzibati binaları, “Sınıq körpü” gömrük buraxılış mən-
təqəsi, “Biləsuvar” və “Astara” gömrük buraxılış məntəqələri, “Mazımçay” 
və “Samur” gömrük postu, Avtonəqliyyat gömrük idarəsi, DGT-nın 
Potensialının gücləndirilməsi üzrə Avropa Regional Bakı ofisinin inzibati 
binaları istifadəyə verildi.
1
Dördüncü fəslin dördüncü yarımfəsli “Gömrük hüquqpozmaları, 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin