41
uzlaşdırılması haqqında” Beynəlxalq Konvensiyanın müddəalarının (Kioto
Konvensiyası) və DGT-nin “Beynəlxalq Ticarətin Asanlaşdırılması və
Təhlükəsizliyi Üzrə Çərçivə Standartları”nın milli gömrük qanunveri-
ciliyində əks olunması üçün işlər aparılırdı. Avropa İttifaqının “Yeni
Qonşuluq Siyasəti” çərçivəsində “Azərbaycan-Avropa İttifaqı Fəaliyyət
Planı”nın ölkəmizin gömrük xidmətinin təkmilləşdirilməsi ilə bağlı
müddəalarının yerinə yetirilməsi mühüm əhəmiyyət daşıyırdı. “Böyük İpək
Yolu” ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılması üzrə
gömrük idarələrinin roluna dair 2-ci Beynəlxalq Forumda qəbul edilmiş
“İpək Yolu ölkələrində sərhəd buraxılış məntəqələrinin modernləşdirilməsi
ilə ticarətin asanlaşdırılması və regional gömrük əməkdaşlığının
genişlən-
dirilməsi üzrə Karvansara”
layihəsi ilə bağlı işlər davam etdirilirdi.
Beşinci fəsilə aşağıdakı nəticələrlə yekun vurulmuşdur:
– Azərbaycanı Respublikasının gömrük işi sahəsində imzaladığı
beynəlxalq sazişlər əməkdaşlıq və qarşılıqlı yardımı, xarici ticarətin göm-
rük statistikası sahəsində metodoloji və informasiya sahəsində qarşılıqlı
fəaliyyəti əhatə edirdi;
– beynəlxalq hüquqi əməkdaşlığa gömrük sənədlərinin və gömrük
təminatlarının qarşılıqlı tanınmasını, sərhədlərdən qanunsuz keçirilən
mədəni sərvətlərin tutulub saxlanılması və qaytarılması, həmçinin gömrük
qanunvericiliyinin düzgün tətbiqi və gömrük hüquqpozmalarının qarşısının
alınması məsələləri daxil idi;
– qabaqcıl ölkələrin gömrük işi sahəsində təcrübəsinin öyrənilməsində
beynəlxalq təşkilatların ekspertləri ilə əməkdaşlığa
üstünlük verilməsi bu
əlaqələrin əsas prinsiplərini təşkil edirdi.
Beynəlxalq gömrük münasibətlərinin aktual məsələlərindən biri də
ölkəmizin Avrasiya Gömrük İttifaqına qoşulmasının iqtisadi və siyasi
maraqlarımıza uyğun olması haqqında aparılan müzakirələrdir. Bu məsələ
MDB-yə daxil olan ölkələri vahid iqtisadi məkanda birləşdirmək və modern
gömrük münasibətlərinə köhnə imperiya mövqeyindən yanaşmaq cəhdi
kimi qiymətləndirilməlidir. Azərbaycanın yaxın
və uzaq perspektivdə
həmin quruma daxil olması milli maraqlarımızla, iqtisadi və siyasi
müstəqilliyimizlə, nəhayət dövlətin gömrük siyasəti ilə uzlaşmır.
Azərbaycan hökuməti indiki halda Avrasiya Gömrük İttifaqına
qoşulmağı mümkün hesab etmir. Torpaqlarımız işğal altında qaldıqca və
Dağlıq Qarabağ məsələsi siyasi həllini tapmayınca Azərbaycanın bu
təşkilata üzvlük məsələsi müzakirə mövzusu ola bilməz.
Nəticə hissəsi nəzəri ümumiləşdirmələri və prinsipial nəticələri əhatə
edir. Gömrük nəzarətinin səmərəlilik göstəricilərinin qiymətləndirilməsi
42
elmi əsaslar üzərində qurulmalı, gömrük xidmətinin struktur bölmələrinin
və ayrı-ayrı əməkdaşların peşəkarlıq səviyyəsini
müəyyən edən moni-
torinqlər aparılmalıdır. Bu məqsədlə, gömrük idarəçiliyi daim təkmilləş-
dirilməli və tam şəffaflığa əsaslanan nəzarət-buraxılış sistemi yaradılma-
lıdır. Kadr potensialının gücləndirilməli, gömrük əməkdaşlarının xarici
ölkələrin nüfuzlu gömrük məktəblərində təhsil alması,
beynəlxalq və
regional səviyyədə keçirilən seminar və kurslarda fəal iştirakı təmin edil-
məlidir. Xarici iqtisadi fəaliyyət iştirakçılarına, xarici ticarət sahəsində fəa-
liyyət göstərən sahibkarların gömrük xidmətinin elektron müraciət siste-
mindən daha geniş istifadə etməsinə əlverişli şərait yaradılmalıdır. Elmi və
tarixi əhəmiyyət daşıyan gömrük sənədləri dövlət
arxiv fondunun xüsusi
hissəsinə daxil edilməlidir və s. Araşdırmanın nəticələri təsdiq edir ki, çe-
vik və düşünülmüş gömrük siyasətinin işlənilib hazırlanmasında tarixi təc-
rübənin hərtərəfli öyrənilərək tətbiq edilməsinin mühüm əhəmiyyəti vardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Gömrük
sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”
2016-cı il 4 mart tarixli Sərəncamında göstərildiyi kimi, gömrük sərhədin-
dən mal dövriyyəsinin sürətləndirilməsində, ölkədə sahibkarlığın inkişafı
və əlverişli biznes mühitinin formalaşmasında, iqtisadi təhlükəsizliyimizin
möhkəmləndirilməsində gömrük sisteminin
rolu və əhəmiyyəti daha da
artmışdır.
1
Dostları ilə paylaş: