Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu atiF İslamzadə



Yüklə 1,11 Mb.
səhifə25/35
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105977
1   ...   21   22   23   24   25   26   27   28   ...   35
İnternet resursları

169. http://www.turkoloji.cu.edu.tr/halkbilim/41.php




Atif İslam oğlu İslamzadə

Oğuz epik ənənəsində Qazan xan obrazının

mifoloji strukturu
Xülasə

Bu monoqrafiyanın quruluşu giriş, iki fəsil, nəticə və is­ti­fa­də olunmuş ədəbiyyat siyahısından ibarətdir. Əsər eyni za­man­da elmi-kütləvi baxımdan daha əhatəli şəkildə oxunmaq üçün indeksləşdirilmiş, araşdırmada olan antroponimlər, etno­nim­lər, toponimlər və s. əhəmiyyətli bilgilər kitabın sonunda gös­təril­mişdir.

Kitabın “Giriş” hissəsində ənənəvi olaraq mövzunun ak­tu­al­lığından, obyekt və predmetdən, məqsəd və vəzifələrdən, prob­le­min öyrənilmə dərəcəsindən, elmi yeniliklərdən, nəzəri-meto­do­loji əsaslardan, tədqiqatın nəzəri və tətbiqi əhəmiyyətindən bəhs olunur.

“Oğuz epik ənənəsində Qazan xan obrazının funksional sta­tusu”adlanan I fəsildə Oğuz epik ənənəsinə daxil olan bədii-ta­rixi-mənqəbəvi ornəklərdə Qazan xan obrazının xan statusu öy­rənilir, xan statusunun göstəricisi kimi “Xan öyüncü” qəlibinə da­xil olan təyinlərin bədii-təsviri, epik-mifoloji kontekstdə se­man­tik səviyyələri elmi ictimaiyyətin nəzərinə çatdırılır. Bu tə­yin­lərin adi sözlüklər olmadığı, mifoloji modellər olaraq komp­leks təşkil etməsinin əsaslandırılması hər təyinə ayrı-ayrılıqda ya­naşmaq ehtiyacı meydana gətirir. Çünki bu təyinlər bü­tün­lük­lə Qazan xanın xan statusunu proyeksiyalandıra bilir. Eyni za­man­da bu sözlüklər mətndə kod açarı rolunda çıxış edib Oğuz epik ənənəsində Qazan xan obrazının müxtəlif fəaliyyətlərini özün­də cəmləyir. Mətnə hansı bucaqdan baxılırsa baxılsın xan öyünc­ləri təyinlərinə gəlib çıxmaq məcburiyyəti meydana çıxır. Elə bu səbəbdən də bu təyinlərin ardıcıl formada araşdırmaya cəlb olunması ehtiyacı yaranır. Məhz bu təyinlər bünövrə təşkil edib Qazan xan obrazını bir obraz kimi səciyyələndirir.

Monoqrafiyada eyni zamanda zoomifoloji, antro­po­mi­fo­lo­ji və sosiomifoloji modellərin mənaltı laylarda arxaik spesifika ola­raq işarələnməsi, lakin məna və anlam baxımından daha ge­niş səviyyədə səciyyə tapması konkret nümunələrlə əsas­lan­dı­rı­lır.

II fəsildə “Qazan xan obrazının mifoloji strukturu” ritual-mi­foloji səviyyədə öyrənilir, qeyd olunur ki, II fəsil I fəsilin ye­ku­nu kimi işlənmiş, burada Qazan xan obrazının mifoloji struk­tu­runu müxtəlif modellər əsasında səciyyələndirən ritual mo­del­lər mətnlərdən bərpa olunaraq elmi ictimaiyyətin istifadəsinə ve­ril­mişdir.

Araşdırmanın “Nəticə” hissəsində tədqiqat boyu əldə olun­muş elmi qənaətlər və yekun müddəalar ümumiləşdirilmiş, möv­zu­nun perespektiv istiqamətləri, yeni tədqiqatlar üçün açıq qal­ma­sı müəyyən edilmişdir.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin