Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2.61 Mb.
səhifə25/28
tarix19.06.2018
ölçüsü2.61 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   28

47. QOYDUM QAÇDIM
Biri oluf, qoldan zorruymuş. Həmişə dəyirmana dən aparanda birini əənə eliyirmiş, birini bəənə eliyirmiş, dəni üyüdüf tezcə gəlir­miş. Elə bil ki, qolunun güjünə güvənirmiş. Həməşə də evə gəlif çıxanda dədəsi bına deyirmiş ki, a bala, nətəri oldu, belə tez üyüdüf gəldin. Deyirmiş ki, ay dədə, birini əənə elədim, birini bəənə, kimdi maa bir söz deyən. Orda bir kişi yoxuydu. Dədəsi də həmişə bına deyirmiş ki, bala, heylə demə, kişi var, qabağaa çıxmıyıfdı, irast gəlmiyif. Bir gün dalı q….nın biri qabağaa çıxajax. Belə-belə.

Bir gün genə dən aparır. Genə birini əənə, birini bəənə. Biri bına güj gəlməh isdiyir. Əl atır yaxasına, bını tutur, belə qaldırır. Sən demə, bının şalvarının paçası cırığımış. Bı bını göyə qaldıranda dalının q….. görükür. Bı deyir ki öz-özünə, sən öl, bı elə dədəm deyəndi. Dədəm deyən dalı q…. bıdı. Qoyur qaçır. Gəlir. Nə dən var, nə un var, heş nə yox. Elə canını götürüf qaçıf. Dədəsi deyir:

– A bala, nədi, noluf?

– Dədə, heş nə. Sən deyən dalı q… gəlmişdi, qoydum qaşdım.


48. TÜLKÜ TÜLKÜLÜYÜNÜ BİLDİRİNCƏ
Padşah loğmanı çağırır, deyir:

– Başım çox bərk ağrıyır, nağayrax?

Loğman deyir ki, bir dənə dəvə tapdır. Onu kəsdir, beynini bişirt­dir, ye, başının ağrısı kəssin. Deyir tülkü qaçırdı meşədə, bərk qaçırdı. Pələng, şir çıxır bunun qabağına. Tülküyə deyir ki, hara qaçır­san. Deyir ki, padşahın başı ağrıyır. Loğman dəvənin beynini ona dərman deyifdi.

– Bəs sən niyə qaçırsan? Sən ki dəvə deyilsən, tülküsən?

Deyir:

– Ə, tülkü tülkülüyünü bildirincən dərisini boğazınnan çıxar­dıllar ey.



Hə, bax, belə qısa timsallar var.
49. KORUN ÜRƏYİNDƏN KEÇƏN
Gətirif kornan sağa yeməh qoyullar, dolma qoyullar. Kor de­yir ki, ə, bəlkə bu iki-iki yeyir. Bir az keçir, deyir: Bəlkə üç-üç yeyir. Üç-üç yeyəndə yanındakı adam qolunnan tutur ki, qardaş, bunu bir-bir yeyəllər. Deyif:

– Vallah, mənim gözüm görmür, elə bilirəm ki, mən bir-bir yeyəndə sən iki-iki, üç-üç yeyirsən.


50. GƏLİNİN ABİDİ YOLDAN ÇIXARTMASI
Bir abid olur, neçə illərin abidi olur, Allahın qoyduğu qayda­dan kənara çıxmamış bir adam olur. Bir dənə qadın, – qadın şeytan cinsidi, – deyir:

– Hə, mən səni çıxardaram yolunnan.

Deyir ki, mən qırx il, əlli il çəhdiyim zəhməti bir qadınnan ötrü bada verə bilmərəm. Neynirsə, bunu yoldan çıxardır. Alladan­nan sora qolunu götürüf oynuyur. Deyir:

– Niyə oynuyursan?

Deyir:

– Ə, yüz illih abidi alladıf yolunnan çıxartmışam, niyə oy- na­mı­yım?



Bu arada abid də qolunu götürüf oynuyur. Deyir:

– Yaxşı, mən səni alladıf yolunnan çıxartmışam deyə oynu­yuram. Bəs sən niyə oynuyursan?

Deyir:

– Mən də sənin kimi Allahın düşmanını belə-belə eləmişəm deyə oynuyuram.


51. PEYĞƏMBƏRİN QARĞIŞI
Peyğəmbər namaz qılırmış. Biri gəlif deyir:

– Ya peyğəmbər, qarğış neçə ildən sora tutur?

Deyir:

– Qırx ildən sora.



Deyir:

– Əşi, peyğəmbərin çuxası qəşəhdi, bunu oğurruyum geyim. Qırx ildən sora nə olar, olar.

Bu, çuxanı göturuf çiyninə salıf iki addım gedənnən sora yıxılıf, qıçı sınıf. Deyir:

– Ya peyğəmbər, sizdə də yalan olur? Bəs demədin qırx ildən sora tutur?

Deyir:

– Bir yazığın inəyini oğurramışdın, qırx ili tamam oldu, mənimki soradı hələ.



52. UŞAĞIN ÇÖRƏYİNİ ƏLİNDƏN ALIRSAN
Bir uşax sağ əlində çörəh yeyir, şikli düşür suya, suyun qıra­ğın­daymış. Görür ki, ə, o biri uşax, – uşaxdı axı, – bunun çörəyini yeyir. Ağlıyır, çörəyi düşür suya. Hə. Çörəyi suya düşür, ağlıya-ağlıya gedir. Atası, anası deyir:

– Ə, niyə ağlıyırsan?

Deyir:

– Çörəyimi aldılar.



Ata da ağsakqal kişidi. Suya baxanda görür ağsakqal adamdı, deyir:

– Ağsakqal kopoğlu, ağsakqallığınnan utanmırsan, uşağın çörəyini alırsan əlinnən?


53. MƏNİ GÖRƏNDƏ LAL OLURSAN
Bir çoban gəlir məclisə. Görür kü, bir molla kitab oxuyur. Bir kitab da bı alır aparır örüşə. Açır qoyur qabağına, deyir:

– Danış.


Hər nə qədər eliyir, kitab bınnan danışmır. Durur kitabı qoyur qabağına, başdıyır döyməyə, deyir:

– Mollanı görəndə fitil-fitil ötürsən, məni görəndə lal olursan?


54. DAŞ DİLLƏNƏNDƏ SƏN DƏ DİLLƏN
Qız köçürəndə anası bının cibinə daş qoyur, deyir:

– Bı daş dillənəndə sən də dillən, yəni söysələr də, döysələr də dinmə.

Köşdüyü evdə nə qədər eliyillər bı dinmir. Elə bilillər qız laldı. Bılar dağa gedəndə bı qızın ərini təzədən əvləndirməh isdi­yillər, qızın üsdünə günü gətirillər. Qızın da bınnan xəbəri yox. Bir də görür kü, toynan atın belində bir qız gətirillər. Bı da ojağın üsdə süd qoymuşmuş. Bını görəndə südü götürməh yaddan çıxar. Bını da atın belində olan günü görür, deyir:

Lalım, karım, mürdəşirim,

Südün daşdı, dur, götü.

Axır ki, qızın dili açılır, yəni dinir, cavab verir, deyir:

G….. yəhər qaşında,

Gözü ojax başında,

Zirəhsənsə, gəl götür.

Görüllər ki, ə, bı qız lal, kar, kor dəyil. Bına deyillər ki, bala, sən niyə danışmırdın? Deyir:

– Bəs belə-belə, anam belə demişdi.

Tay, təzə gəlini qaytarıllar geriyə.


55. RƏİYYƏT OĞLUNA GEDİB OYNUYA-OYNUYA GƏZ
Bir naxırçı qızı olur. Gözəl olur. Bir günü bını bir şah oğlu gö­rür. Şah oğlunun bına tamahı düşür. Gəlir qıza deyir ki, səni almax isdiyirəm. Qız bına deyir ki, get bir həfdədən sohra gələrsən, cavab verərəm. Ona kimi mən qonşumnan məsləhətdəşərəm. Şah oğlu gedir, bir həfdədən sohra gəlir qızdan cavab almağa. Qız şah oğluna deyir ki, səninkiynən mənimki tutmaz. Şah oğlu soruşur ki, niyə?

Qız deyir:

– Qonşum dedi ki, şah oğluna gedif qısıla-qısıla gəzməh-dənsə, irəhət oğluna get, oynuya-oynuya gəz.
56. ONSUZ DA ƏLLİ QƏPİK VERƏCƏM
Bir gün bizdə bir kişi varıydı, bı gedir dəlləyə. Özü də, sən demə, birinci səfərmiş bı dəlləyə gedirmiş. İndi bı dəlləhlərdə qayçını çox şakqıldadıllar axı. İndi bilmirəm vərdiş eliyiflər, nədi. Bı kişi oturur, başdıyır başını vırdırmağa. Dəlləh qayçının çox şakqıldatdıxca kişi də fikirrəşir ki, bı belə eliyir ki, bınnan çoxlu pul alsın. Dözmür, deyir:

– Ay bala, özuu çox yorma, onsuz da əlli qəpih verəjəm.


57. XƏBƏRİ PADŞAHA NECƏ ÇATDIRMALI?
Bir gün bir padşah olur. Bı padşah deyir ki, sabah kim maa xəbər gətirsə, yaxşı xəbər, ya pis xəbər, yaxşı xəbər verənə ənam verəjəm, pis xəbər gətirənin boynun vırdırajam. Səhər bir nəfər gəlif deyir ki, şah sağ olsun, sənin bütün qohum-əqrəban sənnən tez qırılajax, sənnən tez öləjəh. Padşah deyir ki, bı bəd xəbər verdi, bının boynunu vırın. Aparıf bının boynunu vırıllar. Bir nəfər də bını götürüf gəlif başqa cür deyir. Deyir ki, padşah sağ olsun, sən bütün qohumlarınnan çox yaşıyassan. Padşah deyir ki, bı yaxşı xəbər verdi, bına çoxlu ənam verin. Bına çoxlu ənam verif yola salıllar. Hamma əslində də eyni şeyi demişdi e... Biri eylə dedi, boynunu vırdı, biri belə dedi, ənam qazandı.
58. DEYİRSƏN, HEÇ ELƏMİRSƏN
Bir gün bir kişi başqa evdə gecələməli olur. Yatmamışdan qabax evin arvadına deyir ki, bəs mən gecələr sayıxlıyıram, birdən qorxarsan. Arvat deyir ki, əşi, sayıxlıyırsan, sayıxlıyırsan da, heş nə olmaz. Gecə olur, yatıllar. Gecənin bir aləmi kişi deyir:

– İsdiyirəm gələm yanaa.

Bir az keçir, genə deyir:

– İsdiyirəm gələm yanaa.

Bir az keçir, genə deyir:

– İsdiyirəm, gələm yanaa.

Guya sayıxlıyır dana. Bir səfər də deyəndə arvat qayıdır deyir ki, əşi, deyirsən, heç eləmirsən axı.
59. HEÇ NƏ
Bir kişinin qonşusunda bir dul gəlin varmış. Kişinin bunnan xoşu gəlir. Gedif mollaya deyir ki, bəs qonşuda bir gəlin var, onun kəbinini gəl kəs maa. Molla deyir:

– Yaxşı, səhər gəlif kəsərəm.

Kişi gedənnən sora molla deyir:

– Görəsən, o dul gəlin nətərdi, gözəldimi?

Girəvəliyir gedir görür. Görür gözəl-göyçəh bir zənəndi. Deyir:

– Əşi, bının kəbinini elə özümə kəsərəm da, tay kişiyə niyə kəsirəm.

Səhər kişi mollanın yanına gələndə molla fikirrəşir ki, bını nətər başımnan eliyim, alladım? Qayıdır kişiyə deyir ki, kəbini kəssəm, maa nə verəssən? Kişi də qayıdıf deyir ki, nə isdiyirsən? Molla özünü itirir, qayıdır deyir ki, heş nə. Kişi də deyir ki, heş nə, heş nə da. Heş nə verərəm. Molla tez fikirrəşir ki, bı maa heş nəyi nətər verəjəh? Qayıdıf deyir ki, kəbinizi kəsəjəm, əyər mənim heş nəyimi verə bilməsən, kəbinizi geri oxuyajam. Razısan?

Kişi deyir:

– Hə, razıyam.

Molla buların kəbinini kəsir. Sora da kişiyə qayıdıf deyir ki, indi mənim heş nəyimi ver, mən çıxım gedim. Kişi deyir:

– Get o palazın qırağını qaldır, ordadı.

Molla gedir palazın qırağını qaldırır. Kişi deyir:

– Nə tapdın?

Molla da deyir ki, heş nə. Kişi də bına deyir ki, o da sənin heş nəyin, götü, çıx get. Molla kor-peşman çıxır gedir.


60. ARVADI NECƏ AĞILLANDIRMALI?
İki yaxşı dost varmış. İkisi də nişannı olur. Bir çərşənbə günü bayramda biri o birinə deyir:

– Qardaş, gedəh görəh nişannılarımız nağarır.

Gedillər, baxır görür kü, bının nişannısı ağıllı-başdı gəzir. Bı ürəhlənir. O birsinin nişannısı başını qoyuf yerə, qılçaları göydə oynuyur. Dəli təkin dingildiyir. Bı gəlir yaman xar olur, pis olur. Vaxt olur buların toyları olur, ikisi də evlənir. Bılar gəlir girir gərdəyin dalına. Səhər oğlan duruf çarığını geyəndə pişih gəlir mavıldıyır. Tez bı gəlinin əri deyir:

– Kopoğlunun pişiyi, məni tanımırsan, sən maa mavıldı­yırsan?

Oğlan götürür pişiyi vırır. Hirsdənir lap bərk vırır. Deyir:

– İndi məni tanıyarsan.

Bı dəli dediyin qızın dodağı beş yerdən partdıyır. Gəlir bı dəli dediyin bir gəlin olur, bütün camaatın gözü onda olur. İndi bılar yaxınnaşıllar, dosdular dana. O birsi bına deyir:

– Qardaş, bı gəlin az qala çıxa mənim başıma. Taa məni minir.

Deyir:

– Hə.


Deyir:

– Hə.


Deyir:

– Qardaş, gəl belə bir iş görəh. Biz sizə gələndə deyəjəm ki, gəl arvaddarımızı dəyişəh. Sən də deyərsən hə, yaxşı.

Gəlillər bulara. Deyir:

– Qardaş, gəl arvatdarımızı dəyişəh.

Deyir:

– Hə, qardaş, başaa dönüm, gəl dəyişəh.



Bını yoldaşına da deyir da, belə bir iş görəjeyih. Bı öz yolda­şını qoyur burda, bının yoldaşını götürür gedir. Bı oturur, oturur, oturur, gejə keçir. Bı arvad qayıdır ki, bı nətər şeydi, gejə keçir, yatax da bəs. Deyir:

– Yox, bizim yerin adəti var.

Deyif:

– Nə adətdi?



Deyir:

– Bizim yerdə gəlini gətirəndə üş gün gəlini minirih. Palanı qoyurux belinə, minirih o başa, bı başa.

Gəlin deyir:

– Ay Allah, bı nə qanıydı mən düşdüm.

Bı oğlan durur gedir eşşəyin palanını gətirir, qoyur bı gəlinin belinə. Bir də ağac alır əlinə, bının qıçına-qıçına. O başa mələdir, bı başa mələdir. Səhər açılır. İki gejə bını o ki var məələdir. Pis ürəhnən yox ha. İndi deyir:

– Qardaş, sən gəl mənim yoldaşımnan qol-boyun belə keş da bizim evin qabağınnan.

Deyir, bının yoldaşınnan gəlif belə keçəndə, bı görür axı. Deyir:

– Ədə, saa dədəm-nənəm qurban, məni bı qannan qutar.

Deyir:

– Aaz, əynə yeri, indi-indi xoş gününə çıxmışam.



Bı yıxılır bının ayağına.

– A saa dədəm-nənəm qurban, sənin başaa dönüm, məni bın­nan qutar.

Bınnan sora gəlir onu aparır. Onnan sora bı olur ağıllı bir arvat. O iki qardaş heylə onu ağıllandırır.
61. BİZƏ İŞDƏSİN, BİZ DƏ ONDAN YEYƏK
Deyir, bir xan özünə nökər tutmağ isdiyir. Oğluna deyir ki, axdar bir yaxşı nökər tap. Oğlu gəlir deyir ki, ata, bir nökər tap­bışam, bizə işdiyəjəh, özünnən yeyəjəh. Xan deyir ki, yox, oğul, bı sərf eləmir. Eləsini tap ki, bizə işdəsin, biz də onnan yeyəh.
62. AY QIZ, QIZI QIZDAN AL, QIZI QIZA VER
Bir arvad oluf. Bir gün bilif ki, damın üsdə adam var, oğur­ruğa gəlif. Tez möhkəmnən deyif ki, ay qız, qızı qızdan al, qızı qıza ver. Sən bı qızı tut, mən bı qızı bəliyim. Heylə deyif ki, oğru elə bilsin ki, bının çoxlu qızı var, yazığı gəlsin, heş nə oğurramasın, çıxsın getsin. Doğrudan da, heylə oluf. Oğru inanıf, bına yazığı gəlif, qayıdıf gedif.
63. DEYİRSƏN, YƏNİ AŞIQLI ELİYƏRDİM?
Bir kişi varıydı, yaşdıydı. Müharibədə də olmuşdu. Bir gün bunun arvadı öldü. Arvadının qırxı çıxmamış getdi bir dul arvad aldı gətidi. Qonşuda qoja arvad varmış. Buna deyir:

– Ədə, ədə, Musdafa, utanmadın heş?

Bu, o mənada deyir ki, yəni gözdüyeydin heç olmasa arvadın qırxı çıxeydi. Bu da özünü bilməməzdiyə qoyur.

– Ay qonşu, nə deyirsən? Deyirsən, yanı aşıxlı eliyeydim?



64. BOŞBOĞAZ İNSANLAR
Bir gün loğman oğluna dedi ki, oğul, dünyada boşboğaz adamlar çox olajaxdı, əhəmiyyət vermiyəsən. Hansı iş gözəl işdisə, onun ardıncan gedəsən. Deyir:

– Ata, o boşboğaz nətər olur, mənə onu əyani gösdərəsən.

Deyir:

– Gəl.


Minillər ata, hər ikisi gəlillər bir kəndə. Kənddə bir belə adam toplaşıf. Ata-bala təhləşif atnan keçillər belə. Burdakılar deyir:

– Buna bax ey, iki dıraz kişidi, ata yazığı gəlmir, ikisi də təhləşif minif ata.

Oğlu deyir:

– Bizə çox lağ elədilər. Bəs biz heyvana çox qəddarlıx eliyirih.

Deyir:

– Hə, nolar bala, onda mən düşüm, sən min ata, mən atın başın çəkim, gedəh.



Gedif qonşu kəntdən keçəndə yenə bir topa adam idi. Buların böyrünnən keçəndə salam verdi. Dedilər:

– Bah, yaman da oğul tərbiyə eliyifdi. Kişini salıf atın qava­ğına, özü minif ata.

Kişiyə deyir ki, ata, bizə qəbahət elədilər. Gərəh sən ata miney­din dana. Deyir:

– Neyniyəh, bala, mən minim ata. Mən minim ata, sən atın başını çəkginən.

Atın başını çəkdi, bir topa da adamların böyrünnən keçəndə bu səfər dedilər:

– Ağsakqal kişi körpə uşağı salıfdı atın qavağına.

Uşax çox narahat oldu. Dedi ki, ata, yenə bizə qəbahət tutdular. Düşdü atdan, dedi:

– Neyniyəh, bala, atı yedəyimizə alax, ikimiz də piyada gedəh.

Gəldilər bir topa adamların da böyrünnən keçəndə bu adamlar da dedilər ki, bulara bax ey, atı özdərinnən çox isdiyillər.

Dedi:


– Bala, o insannar ki var, olar boşboğazdılar. At sənindi. İsdi­yirsən min, isdiyirsən yedəyə al, isdiyirsən neynirsən elə.
65. ŞAHIM, AYAQYOLUNDAKI SÖZ
Deyir bir şahın axmaq bir vəziri olub. Bir gün başqa bir ölkə­nin padşahı bunları oğlunun toyuna qonaq çağırır. Yemək zamanı dəvətli padşahlardan birinin vəziri görür ki, şahının bığlarında yediyi düyünün bir-ikisi sallanıb durub. Vəzir şahı məsələdən halı etmək üçün deyir:

– Şahım, uca dağ başında qar görünür.

Şah o saat vəzirin eyhamını başa düşür. Əlini bığlarına çəkir, düyüləri təmizləyir. Axmaq vəziri olan şah bu məsələdən çox təsirlənir. Ayaqyoluna getmək adıyla otaqdan çıxır. Dalınca çıxan vəzirə acıqlı-acıqlı deyir:

– Gördün nə cür ağıllı vəzirlər var? Şahını necə məsələdən agah etdi. Sən isə başını aşağı sallayıb yeməkdən başqa heç nə bilmirsən. Bax, indi içəri qayıdıf oturajam, düyünü də elə yeyəjəm ki, bığıma, saqqalıma yapışsın. Sən də yaxşı bir söz tap, məni məsələdən agah elə.

Vəzir boynunu büküb baş üstə deyir. Şah əllərini yuyub yenidən məclisə qayıdır. Oturub yerinə başlayır plovdan yeməyə. Plovun düyülərindən iki-üçü yapışır şahın bığına-saqqalına. Axmaq vəzir bunu görüb tez deyir:

– Şahım, ayaqyolundakı söz.

Məclis əhli hamısı vəzirin ədəbsiz sözünə gülür.
66. AŞIQ GÖRDÜYÜNÜ ÇAĞIRAR
Bir gün bir aşıq sazını da götürüb ruzu qazanmaq ümidi ilə kənd-kənd, oba-oba gəzməyə başlayır. Gəlib bir obada bir evdə qonaq olur. Həmin gün evin xanımı axşama xaşıl bişiribmiş. Dəvət eliyirlər aşığı süfrəyə, xaşılı hamılıqca yeyirlər. Gecəni aşıq qonaq qalır. Səhər durub hazırlaşır getməyə. Evin sahibi dil-ağız eləyir. Deyir ki, gəlmişkən bir-iki gün də qal. Aşıq deyir:

– Yox, ay qardaş, çox sağ ol. Gəldim, xaşılınızı da yedim, daha gedirəm.

Aşıq xaşıl deyəndə ev yiyəsi fikirləşir ki, ədə, sən ölməyəsən, bu aşıq məni biabır eliyəjək. Hər yerdə deyəjək ki, bizdə xaşıl ye­yib. Başlayır əl-ayağa düşməyə. Deyir ki, qoymaram gedəsən. Bəs, yaxşı bir xoruzum var, kəsim, axşama arvad yaxşı çığırtma-pilov bişirsin, ye, sonra çıxıb gedərsən. Aşıq razılaşır. Axşama yaxşı bir çığırtma-pilov dəmlənir, yeyib-içib yatırlar. Səhər aşıq sağollaşır ki, gedə. Deyir:

– Ay qardaş, sağ ol, xaşılını yedim, çığırtma-pilovunu yedim, daha mən gedirəm.

Ev sahibi görür ki, aşıq yenə xaşıldan danışır. Hövsələsi qaçır. Deyir: "Gərək necə olsa xaşılı bu aşığa unutduram". Odur ki, deyir:

– Bəs aşıq qardaş, qoymaram gedəsən. Bir yaxşı qoçum var. Elə sənin kimi yaxşı insanlara qismət olmasını istəyirəm. Kəsim, bir-iki gün yeyək, sonra gedərsən.

Nəysə, qoçu da kəsir, yeyib-içirlər. İki gün də keçir. Aşıq yenə getmək havası çalır. Deyir:

– Sağ ol qardaş, xaşılınızı yedim, xoruzunuzu yedim, qoçunuzu yedim, haqqını halal elə, mən gedirəm.

Ev sahibi görür ki, aşıq yenə xaşılı birinci saydı, lap qanı qa-ralır. Deyir:

– Qardaş, getmə. Bir erkək danam da var. Onu da kəsim, yeyəndən sonra gedərsən.

Aşıq deyir:

– Qardaş, heç özü ərəsət-məhşər eləmə. İstəyirsən lap dəvə kəs, mən aşığam, gördüyümü əvvəldən axıra qədər çalıb oxuyajam.


67. DÜY ŞALIMA, AT DALIMA
Varlı və imkanlı adamlardan biri vəfat edir, var-döylət qalır dul arvadına. Hələ meyit götürülməmiş bir neçə var-döylət hərisi arvada elçi düşməyi düşünür. Biri isə fikirləşir ki, sonraya qalsa, arvad əldən çıxa bilər. Odur ki, tez bir ara arvadı tapır, bir üzük də alıb verir ar­vada ki, elə yasdaca taxarsan arvadın barmağına. Nəysə. Arvad üzüyü də götürüb gəlir yasa. Görür ki, qiyamətdi. Evin xanı­mı üz-gözünü cı­ra-cıra ağlayır. Bu da keçir ev yiyəsinin yanına, ağlaya-ağlaya deyir:

Belə, a bajı, mən sənə nə deyim,

Nə deyim, nejə deyim?

Belə o filankəs bir üzük göndərib,

Onu saa nejə verim?

Arvad cavabında deyir:

A bajı, ta nə vardı ki, nə deyəm,

Belə düy şalıma, at dalıma.


68. KARIN KÖNLÜNDƏKİ
Bir kişi taxıl biçirmiş. Bu zaman bir gənc kişiyə yaxınlaşır və nə isə soruşur. Kəndli ağır eşidirmiş, elə bilir ki, gənc ona kömək etmək istəyir. Odur ki, sağ ol, var ol deyə təşəkkür eləyir. Axşam evə dönəndə hadisəni arvadına danışır:

– Arvad, bu dünya heç xali deyilmiş, yaxşı insanlar var imiş. Bu gün bir cavan mənə kömək eləməyə gəlmişdi.

Arvad da bir az qulaqdan ağır imiş. Elə bilir ki, əri ona donluq parça almaq istəyir. Odur ki, təşəkkür eləyib deyir:

– A kişi, ta mənim rəng seçən vaxtım deyil, nə alsan qəbulumdu.

Tez içəri evə qaçıb qızına deyir:

– A qızım, dədən mənə donluq alajax.

Qız da ağır eşidirmiş. Elə bilir ki, kimsə ona elçi düşüb. Odur ki, tez deyir:

– Ana, atam kimə məsləhət görsə, ona da gedəjəm. Heç fikir-zad eləməyin.

Qız da tez qaçıb sevincini nənəsi ilə bölüşür. Əhvalatı nənə­sinə danışır. Nənənin də qulağı ağır eşidirmiş. Odur ki, nəvəsinin nə dediyinin fərqinə varmadan deyir:

– A bala, nə bişirirsiz, bişiririn, amma yumuşaq olsun ki, dişim tutsun.


VIII. ATALAR SЦZÖ VД MДSДLLДR
A

1. Adın nədi?

– Bakqal.

– Hak ver, hakk al.

2. Adın çıxdı dokquza, daha enməz səkgizə?

3. Ağ gözəl ayran, uşaxlar yesin,

Qərinin canı çıxsın, yağı yavan yesin.

4. Ağac başında qora, bilmədim düşdüm tora.

5. Ağız dediyin quzu-küzü: kərə də çıxar, kürə də.

6. Ağlamax bilməyən ölüsünü mındar eliyər.

7. Axşam bırda, səhər bırda,

Çöldə bitən yovşan bırda.

= Daa bırda, axşam bırda

Bitifdi yafşan bırda.

8. Aj abırsız olar.

9. Ala gedir, ula gedir,

Əlvan-əlvan tula gəlir.

10. Ala oldux, ula oldux, itdərə də tay oldux.

11. Anası gülünü dərif, balası gülabını çəkir.

12. Arvad keçi olsa, bir əvi ayrannı eylər.

13. Arvadınkı doğmaxdı, yerinki yağmax.

14. Arpanı sütül götür, buğdanı ötür götür.

= Arpanı ötür bişir, buğdanı sütül.

15. Arpıya cuğ dedilər,

Buğdaya gəndim.

Darıya ad qoyanda

Mən qaşdım gəldim.

16. At vırıbdı dizaa, indi gəlmisən özaa.

17. Ata evin dirəyi, oğul isə biləyi.

18. Atam adına alallar, yana-yana qalallar.

19. Atdıynan piyada bir yol getməz.

20. Atı cidarrı minir.

21. Atın işini görüncə, qamçını ver maa.

22. Aşığınkı haynandı, mollanınkı vaynan.

23. Aşıx toya, molla vaya.

24. Ayağıma yer eliyim, gör saa nə eliyim.

25. Ayı meşədən küsüf, meşənin xəbəri yox.
B

26. Balalı quşa dən çatmaz.

27. Balam ləli, hamıdan dəli.

28. Balı olanın milçəyi Bağdatdan gələr.

29. Bazarın siftəsi gur olar.

30. Başı mollanın, leşi mollanın,

Yeddi payın beşi mollanın.

31. Bəxt yatanda quymax da diş yarar.

32. Biçin biçməh – su içməh, pendir sıxmax – can çıxmax.

33. Bir xəndəh sudan, bir yalax yaldan doyan dəyil.

34. Bir il yatdım üzülmədim, qırx gün zahılıxdan üzüldüm.

35. Bir qaşıx su da adam boğar.

36. Biri ölməsə, biri dirilməz.

37. Bu it o itin dayısıdı, haya gələn hamısıdı.

38. Bud əti yemir ki, ombuya yaxındı.

39. Buzu gün əridər, insanı xəcalət.

40. Buraxıram bəsdim sınır, buraxmıram bəhməzim tökülür.

41. Buğda çörəyin yoxdusa, buğda dilin olsun.

42. Bükə bilmədiyin biləyi gərək öpəsən.

43. Böyüh qardaş gic olar, kiçih qardaş bic olar.

44. Böyüməmiş buynuz çıxardır.
C

45. Cin olmamış adam çarpır.


Ç

46. Çoban çox olanda sürüdə qoyun qalmaz.

47. Çobanın qoyun dərdi,

Dəyirmançının su dərdi,

Qalayçının qab dərdi,

Qəribin soyux dərdi.

48. Çox şirin yeməyin acı-acı gəyirməyi də var.
D

49. Dadsız aşa duz neynəsin, ağılsız başa söz neynəsin.

50. Dama-dama göl olar, dada-dada heç.

51. Dana yekəlir, çulu yekəlmir.

52. Darıxma darrığa, çıxarsan varlığa.

53. Daş daşa dəyməsə, divar möhkəm olmaz.

54. Daz dazıynan yatdımı?

Daz daza təpiy atdımı?

= Daz dazıynan yatdığı nədi?

Daz daza təpik atdığı nədi?

55. Dediyim dedih, çaldığım düdüh.

56. Deyənə baxma, dedizdirənə bax.

57. Deyilənə görə, Novruz girəndən sonrakı axır on günü ermənilər üşüyür. Bununla əlaqədar belə bir məsəl deyirlər: Dahra­zanın (Xaçaturanın) soyuğu, təndirə təpir toyuğu.

58. Dəvə dəngəsiynən yoxa çıxıb.

59. Dədə görmüyənnər elə bilər Şakqulu da bir dədədi.

60. Dədəmin adı Xıdır,

Gördüyüm iş bıdır.

61. Dəli dəlidən qorxar.

62. Dəli Tanrıdan güjdü olar.

63. Dəliyə tikə, ağıllıya pay düşmüyəjək.

64. Dəmir qapının da taxta qapıya işi düşər.

65. Dəskiralı dən dənniyir, bu köpəyoğlu xoruza dönüf bənniyir.

66. Dəsdədən ayrı düşən qazın səsi taladan gələr.

67. Dilini işə salınca, ağlını işə sal.

68. Dingilim mələk, dingilim saj,

Əlim xəmirdə, qarnım aj.

69. Dindi, dilin gör,

Qavza* q…n gör.

70. Dişsiz ağız, daşsız dəyirman.

71. Doludan biri qorxar, boşdan ikisi.

72. Donuzun könlü şamaydı, it də qovdu şama saldı.

73. Doğuzduran da özüdü, göbəyini kəsən də.

74. Dörd kişi bir kor arvada dəyməz (Arvadı rayona getdi­yindən kişi yeməyini özü bişirirdi. Onda öz vəziyyətinə uyğun olaraq belə bir məsəl çəkdi).

75. Dostuu görəndə halını xəbər al, xasiyəti həmən xasiyətdi.

76. Dövlət – xəlvət.

77. Döymə taxda qapımı, döymüyüm dəmir qapını.

78. Döyülmüyən darıdan düyü olmaz.

79. Düz həmməşə əyrini kəsəjəh.

80. Dünənki nökərçiliyinə baxma, bugünkü ağalığına bax.

81. Dünənki ot bugün tikan oluf.


E

82. El ağzı çuval ağzı dəyil ha, bağlıyasan.

83. El tikəni yel sökə bilməz.

84. Eli ürküt, axsağını tut. = Sürünü ürküt, axsağını tut.

85. Elm axtarmaxnan artar.

86. Elti əyrisi, balta əyrisi.

87. Erməni, zəyzəyaa** qoyun girib?

88. Eşşəh otun təmizinnən yeyər, suyun durusunnan içər.

89. Eşşəh minənə mədət ver.

90. Eşşəh nədi, döşəh nədi.

91. Evdə iki arvad olanda ev süpürlməmiş olar.

92. Evdən əvvəl qonşu axdar, yoldan əvvəl yoldaş.

93. Evinin nökəri, çölünün bəyi.



Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə