Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2.61 Mb.
səhifə5/28
tarix19.06.2018
ölçüsü2.61 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   28

43. MUSANIN ALLAHLIQ İSTƏYİ
Bir gün Musa gedir Allahın yanına. Deyir:

Ya Allah, allahlığı üş gün ver maa.

Deyir:

– Ya Musa, neyniyəssən?



Deyir ki, adamımı bir-birinnən seçim.

Ona görə də deyirih ki, Allah günün ixdiyarını heş kəsə ver­miyif. İxdiyarı ancax öz əlindədi. Özü yazısını yazır, özü öldürəndə öldürür. Musuya vermiyifdi. Musuya deyif ki, ya Musa, saa versəm dünyanı talan eliyərsən. Dünyanı pəsdü-parağ eliyərsən. Bir dəy­qənin dəyqəsin, bir saniyənin saniyəsin saa verə bilmərəm. Eşit­diyim, bildiyim, vermiyif Musa peyqumbərə.


44. ALLAHDAN KÜSƏN ÇOBAN
Musa Tura gedəndə çoban deyir ki, ya Musa, Tura gedirsən?

Deyir:


– Hə.

Deyir:


– Mənim Allahıma deynən ki, mən onnan küsmüşəm.

Musa deyir ki, əşi, əstafır elə, sən kimsən Allahdan küsəsən. Deyir ki, sənin nə işəə qalıf, deyərsən.

Allah-talaynan danışannan sora deyir ki, Xudavəndi-aləm, özünə agahdı da, çoban belə-belə dedi. Allah-tala deyir ki, ya Mu­sa, get ona deynən ki, mən də onnan küsdüm. Gəlif deyir ki, Allah-tala deyir ki, mən də onnan küsdüm.

Vaxt olur, ikinci dəfə gedəndə Musa peyğəmbərə deyir ki, mənim Allahıma deynən barışdım onnan. Gedir Allahnan görüşür. Deyir:

– Xudavəndi-aləm, çoban deyir ki, onnan barışdım.

Deyir:


– Mən də onnan barışdım.

Qayıdır gəlir çobana deyir ki, sən kimsən Allahdan küsəsən, Allahnan barışasan. Bunu maa agah eylə. Deyir ki, mən Allahdan ona görə küsmüşdüm kü, o gözəllihdə cənnəti yaratmışdı, cəhən­nəmi niyə yaradıf. Ona görə küsmüşdüm onnan. Sən gedənnən sora bir dəsdə quldur gəldi, məni döydü, qoyunumun da yaxşıların seşdi apardı, qalmışam indi bu axsağ-uxsağın yanında. Mən də ona görə onnan barışdım ki, cəhənnəmi də yaradıf onnardan ötrü.


45. HƏR KƏSİN ÖZ ŞƏXSİYYƏTİ VAR
Bir dəfə Musa peyğəmbər Tura gedəndə Allah-tala deyir:

– Ya Musa, gələn dəfə bura gələndə özünnən alçax nəyi bilirsən onu gətirərsən bura.

Gələn dəfə gedəndə nə qədər fikirrəşir ki, mən nə aparım Allah-talanın yanına. Heş bir şey tapa bilmir. Yolun qırağında çox pis vəziyyətdə heyvan varmış. Deyir ki, elə bunu aparım da. İpi çı­xardır ki, bağlıya bunun boğazına, sürüyə-sürüyə apara. Birdən ağ­lına gəlir ki, bunu da Allah yaradıf, mən bunu nətər özümnən aşağı hesab eliyim. Açır buraxır. Deyir:

– Yox ey, boş gedəjəm.

Gedir. Bütün hak-hesabdan sora deyir ki, ya Musa, mən saa nə demişdim. Deyir:

– Xudavəndi-aləm, and olsun vəhdaniyətinə ki, nə qədər fikirrəşdim, özümnən aşağı bir şey tapa bilmədim. Birin gətirməh isdiyirdim, onu da rəva bilmədim.

Deyir:

– Ya Musa, and olsun vəhdaniyyətimə, əgər sən onu ipə bağlıyıf bura gətirsəydin, səni peyğəmbərlihdən azad eliyəjeydim. Hər kəsin öz şəxsiyyəti var.



46. HƏREYLAN
Orda (Hacı Hüseynli kəndinin yaxınlığındakı qəbirstanlıqda – top.) canım qurban olan Əli gavırnan dava eli­yirmiş. Orda Əli oları qırıf qutarıf. Sohra ilanı yolluyuf ki, get gör or­da qalanı var, yoxsa qırılıf, qaçıf gedif? Gavırların da qalanı deyiflər ki, durun baxın, görün Əli gəlir, gəlmir? Baxan gəlif, geri qayıdıf deyif ki, Əli gəlmir. Gələn hələ ilandı. Onun adı Hələ ilandı. İndi camaat Hərey­lan deyir, amma həylə deyil. Eşitdiyim varianta görə belə oluf.
47. ƏLİNİN ANDI
Deyir, Həzrət Əli and içif ki, deməh, qan Düldülün üzəngisinə çıxıncan qılış vırajam, yəni bı camaatın gözünü qırım ki, dönsünnər müsəlmana. Deyir, camaatı çəkif qılınca. Allah-talıya ağahdı day­na. Görüf kü, ə, bı hirsdənif, qoymur camaat qala. Canım qurban olan görüf kü, bı andınnan dönmür. Höküm eliyif, bir gürşad sel düşüf. Sel qalxıf, bı qanı da qaldırıf Düldülün üzəngisinə. Onnan sohra o qılıncı qoyuf yerə.
48. YERİN-GÖYÜN AĞIRLIĞI
I mətn

Bir gün canım qurban olan dünyanın ağırrığını yığır bir dağa­rın içinə. Yolun qırağında da bir qoca qadınmı, kişimi oturuf. Görüf ki, canım qurban olan Əli Düldülün üsdündə gəlir. Deyir:

– Ay Əli, bı dağarı qaldır kürəyimə.

Bı da Zülfüqarı Düldülün üsdünnən ilişdirir dağara. Qaldır­mağ isdiyəndə dağar qalxmır. Bir də eliyir, görür dağar genə qalx­mır. Düldüldən düşür. Dağarı götürür, dağar qalxmır. Qışqırır, diz­dərinətən batır yerə, dağarı qaldırır. Dağar dəyil ey, yerin-göyün ağırrığıdı, amma dağar şəklindədi. Orda canım qurban olanın göz­dərinə qan damır. Ona görə də ona qırmızı göz Əli deyillər. Gö­rüllər ki, dizdərinətən batdı torpağa, amma dağarı qaldırdı.



II mətn

Deyir, bı Urusdamı-Zal öz quvvasına çox güvənirmiş. Cama­atı da incidirmiş dayna kefinə düşəndə. Bını bı qurban olduğum Həzrət Əli eşidir. Gəlir əlində bir dağarcıx, özü də qoja qarı şik­lində oturur bir yolun qırağında. Bilir ki, Urusdam bir azdan burdan gəlif keçəjəh. Görür bıdı, Urusdamı-Zal atın belində gəlir. Gəlif bının yanınnan keçəndə deyir:

– Bala, bala, bı torbanı qaldır mənim kürəyimə, güjüm çatmadı. Qoy bını kürəyimə.

Urusdam elə atın belinnən ağacı ilişdirir bının dağarcığına ki, bını qaldırsın. Qaldırmağ isdiyəndə qalxmır. Qalır məhətdəl. Atdan düşür, iki əlli yapışır dağarcıxdan. Nə qədər eliyir, tərpədə bilmir. Onda qurban olduğum özü yavaşca torbanı götürür, atır dalına, düzəlir yoluna. Urusdamı-Zal qalır məhətdəl ki, bı nətər oldu? Bı qaldıra bilmədi balaca bir torbanı, amma bı qarı qaldırdı onu. Qalır məhətdəl ki, o qarı kimdi, o torbadakı nədi? Ta bilmir ki, o canım qurban olan Əlidi. O torbadakı da yerin-göyün ağırrığıdı. Yəni Urusdama demək isdiyir ki, özüü hamıdan güjdü bilmə. Urusdam da bını başa düşür dayna, tay özünü yaxşı aparır.


49. HƏZRƏT ƏLİYNƏN GAVUR
Bı Həzrət Əliynən gavır gəlif qabax-qarşı, eşitdiyimə görə, bildiyimə görə. Gavır mına deyif:

– Sən vır.

Canım qurban olan Allah nəhlət eləmişə deyif ki, yox, birinci sən vır. Qabaxca gavır vırıf bının başına. Axı onun vırdığı zərbə­nin hamısı bının başına dəyməli dəyil, onun qabağına əl atan var axı. Dəyif başına, dizinətən batıf torpağa. Sohra tez sıçrıyıf duruf qırax­da. Onda onun gözdərinə qan damıf. Sohra gavır deyif ki, sən vır. Bı qılıncı çəkif vırıf gavırın başınnan, gedif çıxıf gavırın aşağısın­nan. Gavır deyif:

– Sən maa nağardın?

Hələ bı heş nə hiss eləmiyif. Bölüf bını, bı hələ silkələnmiyif deyənə heş nə hiss eləmir.

Deyif:


– Haran ağrıdı?

Gavır deyif:

– Alnım ağrıdı, dilimin uju ağrıdı, dizimin gözü ağrıdı.

Deyif:


– Dilin la ilahə illallaha dönmüyüf, alnın qıvlıya, möhürə yen­mi­yif, dizin namaza yenmiyif, onüçün ağrıdı. İndi silkələn, gör saa nağarmışam.

Silkələnəndə yarısı ənə düşüf, yarısı bənə.


50. QILINC KƏSMƏZ ƏLİ
Bı canım qurbana (Həzrət Əliyə – top.) mavıyalar nə qədər eliyirmişdər, bına qılınc batmırmış. Bınnan, elə bilginən ki, siyasat­nan soruşuflar ki, səni nə vaxt qılış kəsər? Deyir ki, məni qılış na­maz üsdə kəsər. Namaz üsdə bədən boşdu, onda kəsər. Bına namaz üsdə qılış vırıllar. Vıranda qılış kəsmir bını. Deyir:

– Allah sizə lənət eləsin. Mənim xirtdəyimin altınnan babam öpüfdü, ora qılış batmaz. Boynumun dalınnan kəsin. Xirtdəyimnən kəsə bilmiyəssiz.


51. HƏZRƏT ƏLİNİN ÖLÜMÜ
Bir də deyillər, o canım qurban olduğum Əli bilirmiş dünyasını nə vaxt dəyişəjəh. Oğlannarına vəsiyət eliyir ki, mən öləndə maa yaxın gəlmiyin. Məni qiblə tərəfdən bir ağ dəvəli gəlif aparajaxdı. Birdən bilməssiniz qabağına-zadına çıxarsız ha. Qabağına-zadına çıxmıyın. Ata-baladılar, nətər çıxmasınnar qabağına?

Dünyasını dəyişəndə görüllər ki, bir ağ dəvə gəldi, elə bil ki, üsdündə də cinaza. Qabağını kəsdilər. Gördülər ki, öz atalarıdı, ci-naza dəvənin üsdündədi, dəvənin boyın çəkən də öz atalarıdı, Əlidi.

Həzrət Əli deyif ki, mən öləndə qırx dənə qəbr qazın. Məni bilməsinnər ki, hansı qəbrdə basdırmısız. Mavıya bilməsin ki, hansındayam. Qırxını qazdılar, birində basdırdılar. Qalannarının da üsdünü torpaxladılar. Bilmiyiflər ki, hansındadı.
52. AĞ DİVİN BARMAĞINI ÇATAN ƏLİ
Hanı duruf Diri dağı yeyliyən?

Qurbani kimi hax tərəfdən söylüyən.

Ərəsdun, Əflatun, Loğman bəs hanı?

Ağ devin barmağın çatan bəs hanı?

Ağ devin barmağını çatan Əlidi. Peyğəmbərin əmisi oğludu. Əli qırx il dünyada gəzənnən sohra oluf anadan.

Peyğəmbər bir gün Nil dəryasındaymış. Orda səhər namazını qılıf çiyinnərinə salam verəndə görüf ki, bir göyçəh oğlan uşağı qarqudan at minif gəlir. Deyif: “Allah, sən özün bu uşağı saxla”.

Deyif ki, baba, uşax sənsən, mən dəyiləm. Ordan yayınıf gəlif peyğəmbərin yolunu kəsif, qurşağını alıf buraxıf. Şir şəklində oluf. Sohra genə gəlif kəsif yolunu, çəliyini alıf buraxıf. Sohra genə gəlif kəsif yolunu, əmmaməsini alıf buraxıf. Peyğəmbər gələndə görüf ki, bu şir gənə oturuf. Deyif: “Mənim ayağıma tikan batıf, bunu çıxart”. Çıxardanda deyif ki, baba, ala qurşağıı da verim, çəliyi də, əmmaməni də.

Gəlif görür ki, bı ağ dev gündə yeddi adamı vırır şişə, yeyir. Gəlir uşax şəklində bına bir gilənar dənəsi atıf. – “Ala bını sındır görüm”. Dev bını sındıranda sındıra bilmiyif. Əlləri yapışıf bir-birinə. Sohra da gəlif uşax şəklində bının yatdığı yerdə ayaxlarını çatıf, əllərini çatıf. Ağ dev qalıf yerdə zırıldıya-zırıldıya.

İndi, bala, Əliyə Allah da deməh olmaz, Allahdan alçax da deməh olmaz.

53. GÜNÜ GÜNORTADAN QAYTARAN
I mətn

Süleyman peyğəmbərin ağ atı oluf. Bı at da Allah tərəfinnən gəlifmiş. Onu da çox isdiyirmiş. Bir vaxt başını qaldıranda görür ki, namazın vaxdınnan keçif. Allaha dua eliyir ki, ey Allah, o atı sən gön­dərdin, – ağ atıymış, – mənim də başım qarışdı namazın vax­dı keş­di. Günü günortadan qaytar. Günü günortadan bir Süley­man peyğəmbər qaytarıf, bir də Cənabi Əmir qaytarıf. Onnan sora Allah-tala əmr eliyif, gün qayıdıf. Süleyman peyğəmbərə görə qayıdıf.

Əli də görür bir adam yaman bikef gedir. Deyir:

– Ə, noluf?

Deyir:

– Ə, mənim boynumu şah sabah vırdırajax. Mənim bı qədər borcum var, borcu da düzəldə bilməmişəm. Bu gün də gün keçif, sabah mənim boynumu vırdırajax.



Əli hökm eliyir, Allaha deyir:

– Ey Allah-tala, günü günortadan qaytar.

Əli bı kişiyə pul verir. Kişi də aparır borcunu qaytarır. Onüçün deyir, günü günortadan qaytaran, sayılı, dilənçini borcdan qurtaran. Əli bı kişinin pulunu qaytarır, günü də günortadan qaytarır.
II mətn

Deyir o günü günortadan qaytaran, sayılı borcdan qutaran Al­lah dadaa yetsin. Bı sayılı borcdan bıdı ki, Allah lənət eləmişə sayıl boşduymuş. Bı dördüncü imam İmam Zeynalabdın yolun qıra­ğın­da otumuşmuş. On iki imamımız var da. Dördüncü imamımız İmam Zeynalabdındı. İmam Zeynalabdın zəlil imiş də. Yolun qıra­ğında oturmuşmuş. Oturanda görüf ki, – axı bı ceyran ağlıyan olur, – Allah lənət eləmiş sayıl ceyranı götürüf gedir, ceyranın üş balası qalır. İmam Zeynalabdın görür kü, bı ceyran elə ağlıyır, elə ağlıyır. Qa­yıdır bı sayıla deyir:

– Sayıl, o ceyranı buraxginən, onun balaları ağlıyır.

Deyir:


– Yox, buraxmaram. Aparıram verəm Allah lənət eləmişə, mənim borcumu üzsün.

Deyir:


– Saa deyirəm, onu aş, burax. Niyə buraxmırsan?

Deyir:


– Buraxmaram, səndə nə var ki, maa nə verərsən?

İmam Zeynalabdın müsdəriymiş da, yolun qırağında otumuş­muş. Bı da tanımır axı. İmam Zeynalabdın bına deyir:

– Sayıl, ətəyii aç.

Ətəyini açır. Ətəyini açanda belə yeri süpürür tökür bının ətə­yinə, olur ləli-cəvahir. Sohra deyir ki, di ceyranı aş, burax da. Açır, buraxır. Onunçün deyir ki, borcdunu borcdan qurtaran. O ceyranın balaların qoymur yetim qala. Onu İmam Zeynalabdın buraxır.

Günü günortadan qaytaran da belədi da. O canım qurban ol­du­ğum Əli deyir, gün əyilənəcən dava elijəm. Allah günü accana belə əyir. Gün günortadan qayıtmır ha, bir acca əyilir. O da bı deməhdi.

Bını axunda sual veriflər, bilmiyif. Onu hər adam bilmir axı.


54. İNADKAR GAVUR
Əli gavırı qavırmış. Gedif qabağı çıxıf Araza. Araza çıxanda Araz bının gözünə bir arxcan görüküf. Hopbanıf düşüf o taya. Əli Düldülə nətər təkin vurufsa**, Düldül onnan da uzağa düşüf, gavırın qabağına düşüf. Orda görüf ki, gavır təzdən o taya hopbuluf. Əli də Düldülü hopbulduf bının dalınca. Gavır isdiyif qaça. Qaçanda deyif ki, qaşma, səni öldürəjəm, dayan. Əli gavıracan gəlif. Əlini vırıf kürəyinə, deyif:

– Dur, gavırım, dur. Dünya durduxca dur, mən gəlincə dur. Səndə bı höjəti gördüm, tay səni öldürmürəm.

Həmən gavırın gözünün əti tökülmüşmüş sinəsinə, qaldırıf atırmış başına. Deyirmiş ki, ölüm nə gözəl şeymiş. Əli havaxt gələr ki, mən ölüm.

55. HƏZRƏT ƏLİNİN EVLƏNMƏSİ
Bir gün Məhəmməd peyğəmbər Əliyə deyif ki, Əli, bala, niyə əvlənmirsən? Deyif:

– Obada bir xallı qız var, onu alajam.

Gedif əvə, görüf kü, elə xallı bının qızıdı. Deyif ki, bını bir də yoxlıyajam. Duruf bir qaba bir az xurma, kişmiş qoyuf, göndərif qız­nan Əliyə. Qız qayıdanda soruşur ku, bala, Əli saa nə dedi? Deyif:

– Dədə, heş nə demədi. Amma qabı alanda əlimi tutduğum yerdən aldı, barmağımı da qabın üsdə qoyuf sıxdı.

Deyif:

– Hə, elə bı qızı deyif, bı qız bınındı.


56. CAN QƏNBƏR
Əlinin Qənbər addı nökəri oluf. O başqa bir vilayətdə yaşı­yırmış. Yaşadığı yerin padşahının qızın isdiyirmiş, çox qüvvəli də oğlanmış. Amma bu vilayətin padşahının Əli Əleyhsalamnan arası yoxuy­muş. Bir günnəri eşidir ki, bu qüvvəli oğlan bu padşahın qızını isdiyir. Bu oğlanı çağırır yanına. Onun ayrı adı olur, yadım­nan çıxıf. Sora Əli Əleyhsalam Qənbər qoyur onun adını. Deyir ki, mən eşitmişəm sən çox qüvvəli oğlansan, mənim də qızımı isdiyir­sən. Qızımı onda saa verərəm ki, mənim bir düşmanım var, onu öldürəsən. Bu oğlan deyir ki, o mənim əlimdə çox asan işdi.

Elə bil ki, o olduğu yernən Əli Əleyhsalamın yaşadığı yerin arası dörd yüz kilometr oluf. O dörd yüz kilometri piyada gəlir. Əli Əleyhsalam şəhərin kənarında xurma bağında işdədiyi yerdə onnan görüşür. Deyir ki, ağsakqal, bu şəhərdə yaşıyırsan? Deyir:

– Hə.

Deyir:


– Burda deyillər Əli addı pəhlivan var, onu tanıyarsan bəlkə.

Deyir:


– Tanıyıram. Neynirsən ki, onu?

Deyir ki, mən onnan bir sınaşmax isdiyirəm. Deyillər o çox qüvvəli adamdı. Deyir:

– Bala, mən qoja kişiyəm, mənnən bir sınaşax. Əgər maa güjün çatarsa, onda bilərsən ki, ona da güjün çatar.

Oğlanın əlində nizə varmış. [Əli Əleyhsalam] deyir:

– Bu nizəni ver mənim qoltuğuma. Əgər onu çəkif mənim qoltu­ğumun altınnan çıxarda bilsən, bil ki, onun da qoltuğunnan çıxarda bilərsən.

Nəysə, Əli Əleyhsalam qoltuğunun altında nizəni sıxır. Bu nə qədər dartırsa, çıxarda bilmir. Deyir ki, indi sən al qoltuğuna nizəni. Bu nizəni qoltuğuna alanda bunu nizənin başında hərriyir, qoyur yerə. Bu oğlan başdıyır ağlamağa. Deyir ki, niyə ağlıyırsan, ay bala? Deyir:

– Vallah, mən bir qız sevirəm. Əliyə güjüm çatsa, o qızı ala­jeydim. Saa güjüm çatmırsa, demək, ona da güjüm çatmaz.

Əli Əleyhsalam uzanır yerə, qılıncın verir onun əlinə. Deyir ki, Əli mənəm. Bu qılış, bu da sən. Mənim başımı kəs apar, sən əh­dinə çat. Deyir:

– Doğrudan Əlisən? Saa qurban olum, sənin kimi kişiyə adam əl qaldıra bilərmi?

Yıxılır onu ayağına. Deyir ki, mən ölənə qədər sənə qullux eliyəjəm.

Ömrü boyu Əli Əleyhsalama xidmət eliyir. Qəmbər deyəndə deyirmiş ki, can Qəmbər, ya Əli. Kaş min canım oleydi, sən hər Qənbər deyəndə birin saa qurban verəydim.
57. KİM QÜVVƏTLİ PADŞAHDI?
Bir padşah oluf. Adı yadımnan çıxıfdı. Padşah deyir ki, mə­nim yanıma bir nəfər adam göndərin. Əgər o mən dediyimi yerinə yetirməsə, boynun vurdurajam. Sual verəjəm ona, maa cavaf verə.

Neçə adam göndərillər, bular məğlub olullar. Axırda bir nəfər deyir ki, məni aparın onun yanına. Padşah buna deyif ki, de görüm Rustam Zal qüvvəli padşahdı, yoxsa mən? Deyir ki, sən qüvvəli padşahsan. Rustam Zal pəhlivan oluf, amma padşah olmuyuf. Deyir:

– Keykavus böyüh padşah oluf, yoxsa mən?

Deyir ki, sən böyüh padşah olmusan. Ona atasınnan qalıf, amma sən özün qazanmısan. Əli Əleyhsalam haqqında sual verif ki, Əli Əleyhsalam qüvvəli şəxsiyyət oluf, yoxsa mən. Deyəndə, deyif ki, kəs səsini, axmax, sən onun köpəyi də ola bilməzsən. Padşah deyif ki, hirsdənmə, ağsakqal. And olsun Allaha, əgər desəydin Əli Əleyhsalamdan sən qüvvəli padşah olmusan, sənin boynu vurar­dım. Düz deyirsən, Əli Əleyhsalam mənnən qüvvəli padşah oluf.


58. HƏZRƏT ƏLİNİN ÜMBÜLVƏNİNLƏ EVLƏNMƏSİ
Əli Əleyhsalam peyqumbərin həm əmisi oğlu idi, həm yeznəsi. Peyqumbərin qızı dünyasın dəyişənnən sora – Əli Əleyh­sa­lamın Abbas adlı əmisi varmış, – deyir:

– Ay əmi, bir adam tap, gəlsin bizim bu uşaxlara analıx elə­sin, saxlasın.

Deyir, bir günnəri Abbas səfərdən gələndə – yolun üsdündə bir bulax varmış, – görür ki, bulağın üsdündə bir cüssəli qız var, boylu-buxunnu. Bu, dəvəni saxlıyır, yüyürür ki, ordan su içə. Ara­lıdan gələndə qız əlini salır bulağı qarışdırır. Gəlir durur, deyir:

– Ay qızım, sən mərifətsizdih elədin, mən susunnan yanırdım. Su içəjeydim ordan, bulağı bulandırdın. Qava bir az su tök, ver maa.

Bir qavı suynan doldurur, içinə də bir çöp atır, verir. Kişi suyu içir, deyir:

– Sən nə mərifətsiz qızsan. Əvvəl mən gəldim, bulağı bulandırdın. İkinci də suyun içinə çöp atıf verirsən maa.

Deyir:

– Ağsakqal, heylə döyül. Su çox soyuğ idi, sən də tərli idin. Mən isdəmədim ki, sən o sudan tərri-tərri içəsən. Xəsdələnə bilər­din.



Gəlir deyir:

– Əmioğlu, bir qız tapmışam. Əgər onu ala bilsən, yaman olar.

Nəysə, elçi gedillər, onun həəsin alıllar. Qız deyir ki, əvvəl mənim adımı dəyişin. Qızın adı da Fatimə imiş. Peyqumbərin qızının da adı Fatimə imiş. Deyif ki, mən o ada layax deyiləm, mənim adımı dəyişin. İkinci, o qapıdan ki peyqumbərin qızı işdiyif, oranı bağlıyın, maa ayrı qapı açın. Üçüncü də, gərəh elə ola, o uşaxlar maa ana demiyə.

Adın dəyişif Ümbülvənin qoyullar. Ümbülvənin uşaxların anası deməkdi. Əli Əleyhsalamın həmin qızdan üç evladı olur, biri də Əbülfəzil Abbas olur.


59. YESƏN QİSMƏTİNDİ, YEMƏSƏN YOX
Bir gün Həzrət Əliynən Salmanı-Farsı oturuf axşam çörəyi yeyirmişdər. Ortalıxda bir xurma varıymış. Salman bunu götürür əlinə, deyir:

– Ya Əli, bı mənim qismətimdi, yoxsa yox?

Həzrət Əli də qayıdıf deyir ki, ya Salman, yesən qismətindi, yeməsən yox. Salman qayıdıf buna deyir ki, burda nə var ki, bunu yeyə bilmiyəm. Elə bu mənim qismətimdi. Xurmanı ağzına atmax isdiyəndə yel əsir, şamı keçirir. Salman çaşır, xurmanı ağzına düz ata bilmir. Xurma düşür yerə. Salman başdıyır xurmanı axdarmağa. Axdaranda, Əli də Əlidi da, bilir ki, xurma hara düşüf. Əl atır, xurmanı götürüf qoyur ağzına. Deyir:

Ya Salman, saa demədim ki, yesən qismətindi, yeməsən yox.


60. QOCAYA EHTİRAM
Cənab Əli səhər namazına gejihmişdi. Peyğəmbər buna sual eliyif ki, səhər namazına niyə gejihmisən? Namaza gejihməy olmaz. Deyir:

– Ya peyğəmbər, səhər yola çıxanda yəhudi millətinnən bir pirani qoca elə qocalmışdı ki, bərk yeriyə bilmirdi. Mən ona nə bərk yeri deyə bildim, nə də qabağına keçə bildim. Ona görə gejih­mi­şəm.



61. İNŞALLAHSIZ İŞ OLMAZ
Hər bir işin başı var. Başdıyanda gərəh “inşallah” deyəsən. İnşallahsız iş olmaz. Nejə ki, surfanın başı, axırı olur. Başı bis­millah olur, ayağı da əlhəmdullah olur. Gərəh surfanı yığışdıranda bir əlhəmdullah deyəsən.

Quşdar hamısı deyir: "İnşallah, səhər, Allah qoysa, uçajayıx". Toyux da o tərəfdən qayıdır deyir ki, Allah qoysa da uçajam, qoymasa da uçajam. Səhər açılır, quşdar uçur, toyux uça bilmir. Cəzalandırdı da Allah onu. Onun o sözü Allaha xoş getmədi.

Genə biri gəlir bir gün peyğəmbərin yanına, deyir:

– Ya peyğəmbər, mənim bir sualım var, ona cavab ver.

Deyir:

– Buyur.


Оrda оnа bir sual verir, bilmirəm day onu. Peyğəmbər baxır ki, bu sualın cavabı ona agah dəyil, bını bilmir. Bına deyir ki, get, sabah gələrsən, sənin sualaa cavab deyərəm. Fikirrəşir ki, bı gejə bına agah olajax. Day inşallah-zad demir ha. Səhər açılır, kişi genə gəlir. Gəlir sualına cavab isdiyir. Peyğəmbər baxır ki, bı sualın cavabı bına agah olmadı. Bı səfər də deyir ki, get, sabah gəl, deyərəm. Genə inşallah demir. On beş gün keçir. Axırda üzünü tutur Allaha ki, ya Allah, axı mən bı adamın yanında biabır oldum, mən neyniyim? Bı sualın cavabı maa agah olmadı. Onda bına səda gəlir ki, ya peyğəmbər, sən axı demirsən "get, inşallah, sabah gəl, deyərəm". Orda da peyğəmbər səyfini başa düşür.
PİRLƏR VƏ OCAQLAR HAQQINDA
62. HACI QARAMAN
I mətn

Bınnan irəli Cəbrayılın mərkəzindəki xəsdəxana Şahvəlidə yerrəşirmiş. Mən orda yatanda mənimnən bir palatada Əli addı bir yoldaşım da yatırdı. O Əli nağıl elədi ki, bir dəfə Hajı Qaramana getmişdih. Nəysə, ziyarət elədih, qurban kəsdih, Allah vermişdən bişirif yeyəndə orda bir adam da varıydı. Onu da qonax çağırdıx ki, gəlsin biznən çörəh yisin. Gəldi biznən bir yerdə çörəh yidi. Bizə dedi ki, mən Ağdamnan bıra gəlmişəm. Özüm də ki, kankanam. Bir gün raykom gəldi bizə dedi ki, batan kəhrizdərin girif hər birini açın, təmizdiyin. Maa da bir kəhriz düşdü. Bilirdih ki, bu kəhrizdər çoxdankı kəhrizdi, özü də içi ilannarnan doludu. Nə qədər dedim girmiyim, raykom dedi:

– Yox ey, girif təmizdiyəssən.

Dedim, ya adını eşitdiyim Hajı Qaraman, kəhriz teyxa ilan-çiyandı, mən neyniyim? Deyir, yatanda yuxumda gördüm ki, bir nurani ağsakqal kişi maa deyir ki, dur kəhrizin gözü açılıf. Dedim yəqin məni xiyal basır. Təzədən yatdım. Bir də gördüm ki, gənə həmən kişi deyir. Deyir ki, dur ayağa kəhrizin gözü açılıf. Durdum o başdannan heş kim oyanmamış qaşdım kəhrizə. Gördüm ki, kəhrizin gözü üş-dörd yerdən açılıf. Qışqıra-qışqıra qaşdım kəndə ki, bəs kəhrizin gözü açılıf. Onda da dua eləmişdim ki, ya Hajı Qaraman, gedif səndə üzüquyulu qalajam. Ona görə indi üş gündü burdayam, üzüquyulu ziyarət eləmişəm.


II mətn

Hajı Qaraman maralı minif şallağı da alıf əlinə gedirmiş. Bına deyillər ki, bəs bırda, Araz qırağında bir ojax var. Onnan da görüş, adı da Şıx Hümmətalıdı. Bizdəki o seyid qızı Nübarın babasıydı Şıx Hümmətalı. Bı Hajı Qaraman Şıx Hümmətalıya tərəf gedəndə görüf ki, Şıx Hümmətalı divarı cannı heyvan kimi minif mına tərəf gəlir, əlində də çubuğ əvəzinə ilan. Bını görən Hajı Qaraman deyir:

– Sən mənnən güjdü ojaxsan, mənim mindiyim ayaxları üsdə yeriyir, sənin mindiyin ayaxsızdı.

Sohra olar yarışıllar. Şıx Hümmətalı Arazın üsdündə ojax yandırır. Amma Hajı Qaraman Arazın üsdündə ojax yandıra bilmir. Onnan deyillər ki, yanmadı Qaraman ojağı.




III mətn

Şah İsmayıl Xətayi Şirvana hücum eliyəndə, bax, bizdə evdə deyərdilər ki, Aşağı Təhlədə Şah İsmayılnan Hajı Qaraman baba görüşüfdü. Deyərdilər ki, Aşağı Təhlə yerrəşir Cəllabad rayonunda. Başqa yerrərdə də var. Amma olar indiki Cəllabatda görüşüflər. Çə­ləbilər danışardılar ki, Hajı Qaraman Şah İsmayılın yanına gedəndə hardasa bir on saatdıx yol qalanda atdan düşüfdü. Deyiflər ki, Hajı Qaraman, atdan niyə düşürsən? Hələ yolumuz çox var. Deyir:

– Şah məni qarşılamağa gəlir. O, şahdı, məni qarşılamağa gəlirsə, mən piyada getməliyəm.

Bir az gedənnən sora Hajı Qaraman təzdən ata minir. Deyiflər ki, niyə mindin ata? Deyif ki, Şah da düşdü. Şah da dedi ki, Hajı Qaraman gəlir məni qarşılamağa, piyada gəlir. Gərəh mən də pi­yada gedəm. Ona görə mindim ki, Şah da minsin ata. Şah İsmayılın adamları da görüşəndə deyiflər ki, hə, belə-belə oldu. Onda Şah İsmayıla çox təsir eləmək isdiyif ki, Şirvana hücum eləməsin. Alınmıyıf. Çox mübahisə eliyiflər. Olmuyuf. Onda Hajı Qaraman deyif ki, sən Şirvanı alassan, amma gərəh müharibə eləmiyeydin.


IV mətn

Deyillər ki, Çaldıran döyüşündə Şah İsmayıl məğlub olanda buna ox atıflar. Bir nəfər sinəsini verir oxa. Sinəsini oxa verəndə Şah İsmayıl bilif ki, bı Hajı Qaramanın qardaşı Mehdi Çələbinin oğludu. Onda deyif ki, bını təcili çatdırın çələbilərə. Çələbilər də Şahın Şirvana hücumu vaxdı indiki Çələbilərə köşmüşdər. Həmən yaralı da gəlir Naxçıvanın Badamlı kəndində ölür. Deyərdilər ki, otuzuncu illərə kimi həmən qəbri gedif ziyarət eliyirmişdər.



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə