Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2.61 Mb.
səhifə7/28
tarix19.06.2018
ölçüsü2.61 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   28

V mətn

Gəlif yaylax yoluun üsdündə bir evdə qalıf, Əhməd addı bir kişinin evində. Bular bunu qonax eliyiflər. Gejə görür ki, pərdənin arxasında nəsə narahatçılıx var. Bular da isdiyirmiş qonağa yaxşı olsun, o, nəsə hiss eləməsin. Deyif ki, orda kimdi zarıyan, niyə zarıyır o? Deyir, bular da boyunnarına almıyıflar ki, xəsdəmiz var. Demə, bu evdə də xəsdə, şikəst bir qız uşağı varimiş. Adı da Yetər imiş. O vaxdan bəri ona Yetər nənə deyirih. Gejənin bir vaxdı qız anasını çağırıb. Anası deyif ki, bala, nədi, nolufdu?

Deyif:

– Ana, dur çırağı yandır.



Deyif:

– A bala, çırağı niyə yandırım ki? Onsuz da sənin üçün nə fərqi var, sənin gözün görmür axı?

Deyif:

– Yox, ana, dur çırağı yandır, ayağ üsdəyəm, durmuşam.



Anası duruf çırağı yandırıf. Baxıf ki, qız duruf ayağ üsdə, gözdəri də baxır. Tamam-kamam sağlam. Deyif:

– Bala, saa noldu, sən belə oldun?

Deyif:

– Ana, bı sifətdə bir kişi qolumnan tutdu, dedi dur ayağa.



Qız belə deyəndə anası bilir ki, bu, qonaxdı. Səhər açılanda deyiflər ki, qonax, sən kimsən? Deyif:

– Əşi, bir yolçuyam da, gedirəm yolumnan. Axdardığım yeri hələ tapmamışam, gedəjəm.

Deyiflər ki, yox ey, de görəh, sən kimsən? Deyif ki, mənim çəliyim var da, o dayanana kimi mən gedəjəm. Deyif:

– Sən bu qızı nətər sağaltdın?

Deyir:

– Yox, mən sağaltmadım, mənnih deyil, Allah sağaltdı, Allah­lıxdı.



Kişi deyif ki, mən bu qızı, bu mülkü, bu torpağın hamısını veri­rəm saa. Çəliyin harda dayanar, dayanar. Verirəm saa. Bu torpaxlar da sənin olsun. O torpaxların aşağısı Arazdı, yuxarısı da Həkəri çayınnan o tərəfə gedir. Hamısı sənindi. Onun oğlannarı çox oluf. Çoxlu kəntdər də onun oğlannarının adınadı. Cəbrayıl oluf, onun oğlannarının içərisində Soltan oluf. Orda yerrəşifdi, orda qalıfdı. Bu mülkün yuxarı tərəfində Dövlətyarlı camaatı var. İndi də Füzulidə yaşıyıllar Dövlətyarlı camaatı. Kənt də var bu adda. Bu Dövlətyarlı camaatı da həmən vaxt yaylaxda imiş. Eşidiflər ki, bəs kəndi bir nəfər zəbt eliyifdi. Yaylaxda eşidiflər bunu. Bir nəfər deyir ki, mən gedif oları ordan çıxardaram. Gəlif bu adam buna yaxınnaşan kimi yumşalıf. Qayıdıf gedif yaylağa. Deyiflər noldu? Deyif:

– Vallah, getdim, elə o kişini orda görən kimi ajığım yatdı. And işmişdim ki, onu salajam ayağımın altına. Elə surət gösdərdi ki maa, elə oldum ki, elə bil siz göndərən adam dəyiləm, – deyəndə deyil­lər ki, ə, yox, sən onnan nəsə almısan, mümkün olan şey dəyil. Bu səfər üş-dört nəfər yolluyuflar. O üş-dört nəfər də qayıdıf eyni şeyi deyif. Sohra kənd qayıdanda bunun nuruna heyran qalıflar. Buna deyiflər ki, bu mülk, bu torpax sənə qurbandı. Deyillər ki, o torpağın hakqını verif. Həm də deyillər ki, Dövlətyarlılar bunnan pul götür­mü­­yüflər. Sora da buna deyiflər ki, biz sənnən bir yerdə yaşıya bilmərih.

Deyif:

– Niyə?


Deyiflər ki, biz bu var-döyləti oğurruxnan, quldurruxnan əldə eləmişih. Torpağı qoyuf buna, köçüflər. Köçüflər Köndələn çayın yanına. İndi də deyillər ki, Dövlətyarlıların nəsli ordan gəlmədi.

VI mətn

Hajı Qasım Çələbi, canım qurban olan, əlində çəliyi gəzirmiş. Gedif qabaxca Bilgə dağının qabağında çəliyi atıf. Deyif ki, yox, bırda adamlar çoxdu, bırda qala bilmərəm. Arvadına deyif ki, bırda qala bilmərih. Bırdan gediflər başqa bir dağın ətəyində məskən salırlar. Özü də kasıbımışdar. Bir Hajı Qasım Çələbi oluf, bir də ar­vadı. Hajı Qasım Çələbi oturuf, arvad oturuf yavan çörəh yeyiflər. Kişi bir gün çıxıf dağın ətəyinə, deyif ki, ay Allahın heyvannarı, tökülün gəlin. Tay Gülpəri çörəyi yavan yeyə bilmir. Bir də görül­lər ki, marallar tökülüf gəlir, əmcəhləri nə boyda. Bılar bı maralları sağırmışdar, balasını bir tərəfə ötürürmüşdər, nənələrini də bir tə­rəfə. Hə, bala, bıların möcüzələri belə oluf.


VII mətn

İki oğlan gedirmiş Hajı Qasım Çələbigilə. Oğlannardan biri qayıdır ki, ə, nə Çələbi, Çələbi salmısan ee. Çələbi bir möcüzə gösdərmiyənnən sohra nə Çələbidi bı. Gediflər, yolda gedənnərdən biri də bir beş maat pul verif ki bılara, bını da Çələbiyə verərsiz. Bı kişinin biri bir layaxsız söz deyif yolda. Gedif elə qapıya düşəndə Çələbi deyif ki, hə, o yolda verilən pulu verin Gülpəriyə, getsin qənd alsın, gətsin çay içəh, qəndimiz yoxdu, o layaxsız sözü də özaa götü, bizə demə. Kişi xeylağıdı dayna, ağzı qızışıf, nəysə deyif. Ağzı partavımış*. Bınnan sohra deyif ki o kişi, Çələbi baba, bir möcüzə gösdər dayna, heş sən möcüzə gösdərmirsən?

Deyif:

– Gösdərərəm, ancax sən yeyə bilməzsən.



Deyif:

Yeyə bilmərəm, bilmərəm dayna, səən nəya lazımdı?

Deyif:

– Gedərsən, gəldiyin yolun kənarında bir cıqqılı qaramux kolu var. O qaramux kolun dibində bir yasdı daş var. O daşı qaldı­rarsan, onun altındakını götürüf gətirif yeyərsən.



Gedif daşı qaldırıf. Daşı qaldıranda görüf kü, bir küpə qıp­qırmızı qızıldı. Deyirsən, Xudaya, Xudavənd-aləm, bax, belə day­na, onnux, beşdih qızıldı dayna. Küpəni görəndə səvinif. Daşı qal­dırıf əynə. Küpəyə əlin uzadanda bının hamısı ilan oluf başını qal­dırıf bına sarı. Çəkilif geri. Gəlif deyif ki, Çələbi, başaa dönüm, gördüm sifdə qızıldı, sohra hamısı qırmızı ilan oldu. Deyif:

– Yedin?


Deyif:

– Yox.


Deyif:

– O malyeməzin malıdı. Yığıf saxlıyıf, axırda da ölüf. O, onun malıdı, ilannar da onun nəfsidi, yatıf qızılın ağzında.


VIII mətn

Bı Nuru paşa yatar, yuxuda görər ki, bir nəfər adam bının yuxusuna girdi, bına dedi ki, sən topları yoxla, topların lüləsini qumnan dolduruflar. Özü də deyər ki, bını xəlvət yoxla. İkinci səfər yuxusuna girər, genə fikir verməz. Üçüncü səfər olanda durar yox­luyar, görər elə, doğrudan da, qumnan dolduruflar. Məlum oluf ku, bını Andranikin adamları türk əsgəri paltarında eliyiflər. Yuxuda gördüyü kişinin sifəti bının yadında qalar. Yuxuda buna deyər, sən kimsən? Deyər, mən Hajı Qasım Çələbiyəm. Soraxlıyır. Soralar bına deyəllər ki, Hajı Qasım Çələbi ancax Azərbaycandadı. Azər­bay­cana gələndə soraxlıyar, Hajı Qasım Çələbinin yerini örgənər. Gələr Hajı Qasım Çələbiynən görüşsün. Hajı Qasım Çələbiyə də agah olur ku, Nuru paşa gəlir bınnan görüşməyə. Yusifbəyli kən­dində bılar qarşılaşıflar. Orda böyüh bir daşın üsdə oturallar, üş saat yarım söhbət eliyəllər. Camaat yığışar buların başına. Yusif­bəyli kəndi də Qubadlıda, Həkəri yaxınnığında olan kəntdərdən biridi. Həmən daşı sora camaat yonub on səkkizinci ildə, abidə dü­zəlt­mişdər. Yolun qırağına qoymuşdar. Üsdünə də yazmışdılar ki, Hajı Qasım Çələbiynən Nuru paşa burda üş saat söhbət eliyiflər. Camaat o daşı ziyarət eliyirdi. Aşağı gələnnər də, yuxarı gedənnər də.


IX mətn

Bir gün Hajı Qasım Çələbinin çoxlu qonağı olur. Arvadı bına deyir ki, kişi, adam çoxdu, kartof da azdı yeməyə vırmağa. Qayıdıf bına deyir ki, narhat olma sən, bı dəyqə çatır, yoldadı. Beş dəyqə keş­mir ki, bir nəfər atın belində iki çual kartof gətirif qapıda düşürür.


X mətn

Qaçax Azad addı biri oluf. Əsli Saatdı, Sabirabad tərəfdən oluf. Biz tərəflərə də gəlirmiş. Ermənilərə qarşı da çox vuruşuf. Sohra da Sabirabatda Sovet hökumətinə qarşı qaçaxçılığ eliyif uzun müddət. Bı gəlir Gəyən düzü tərəfdə bir yer var, biz ora Böyüh Qaş, bir də Kiçih Qaş deyirdih. O iki yerin arasında bı Hajı Qasım Çələbinin qabağını kəsər. Bını nağıl eliyən kişi Soltannıdandı. İndi də durur. Yüzdən çox yaşı var. And içirdi ki, gözümnən gördüm. Deyir mənim onda on dört-on beş yaşım olardı. Dədəm də qoşuldu Hajı Qasım Çələbiyə, başdadılar söhbət eliyə-eliyə kəndə tərəf yol getməyə. Yannarında dört-beş nəfər başqa adamlar da varıydı. O Qaçax Azad orda bizim qabağımızı kəsdi. Qəfildən peyda oldu. Deyir, dedi ki, Hajı Qasım Çələbi, ya bir möcüzə gösdərəssən, ya da səni öldürəjəm. Bir az keşdi, dedi ki, Hajı Qasım Çələbi, dəyə­sən, sənin canın saa şirin dəyil. And işdi ki, yanındakıları vırajam. Deyir, həylə deyənnən sohra Hajı Qasım Çələbi dedi ki, yaxşı, tay mənim ixtiyarım yoxdu, Allah özü bir iş işdəsin ki, sən razı qal. Əl çəh bizdən. Elə bını deməhnən bir cüt kəhlih gəldi, biri sağ çiyninə qondu, biri də sol çiyninə qondu, başdadılar oxumağa. Kəhlih də elə quşdu ku, əhilləşmir. Tutuf aparıf saxlasan, uzax başı bir ay saxlıyassan, əldən çıxan kimi qaçajax. Deyir dedi ki, əşi, əviiz bı dərənin ağzındadı, gəlif orda bı kəhlihlərə dən vermisən, indi səni tanıyıf gəlif çiynaa qondu.

Deyir:

– A kişi, gəl əl çəh bizdən.



Deyir:

– Yox ey, sən maa möcüzə gösdər.

Orda o, üş möcüzə gösdərif. Biri yadımnan çıxıf. Üçüncüsü оdur ki, yerdən ojax daşı boyda bir daşı götürüf, – o kişi and içirdi ki, bı mənim gözümün qabağında oluf, on beş yaşım olardı, – atdı göyə, dedi:

– Ey daş, Allahın hökmüynən qal göydə.

Deyir atdı belə. Hardasa deyir beş metirrihdə daş qaldı. Ojax daşıycan daş idi deyir. Daş qaldı göydə. Dedi ki, Azad, əl çəkirsən mənnən. Deyir düşdü bının ayağına:

– Məni bağışda, inandım, inandım.

Deyir, Qaşın döngəsi var, ora kimi gəldih. Ordan ora üş yüz metr var. Amma daş atdığı yer Qaşın burnunnan görükür. Deyir, qaçax Azad baxdı göyə, gördü ki, daş hələ göydədi. Deyir dedi ki, Çələbi, o daş elə qalajax göydə. Deyir, deməhnən daş düşdü yerə. Deyir, Çələbi də dedi ki, ay Allah evi yıxsın, o daş qalmalı idi orda. Sən heylə deməsəydin, o daş qalajeydi orda. Məkkəyə bərabər ikinci ziyarətgah yaranajeydi burda. Sən ona mane oldun. Deyir, dedim ki, bağışda Çələbi, daşı gedim gətirim, at göyə. Deyir, Çələbi də dedi ki, yox, tay qutardı.
XI mətn

Ağəli kəndinnən oluflar olar. Ağəli kəndinə İrannan bir seyid gəlif. Zəngilanın Ağəli kəndi var orda. Seyid orda bir qız alıf, yurd salıf. Ağəli kəndinin camaatı Hajı Qaramana gəlif-gedirdi. Bı seyidin qohumları deyif ki, tay biz Hajı Qaramana, Hajı Qasım Çələbinin yanına getmiyəjeyih. Kəndimizdə seyid var.

Bı camaat iki yerə bölünüfdü, mübahisə olufdu. Deyiflər ki, sizin bı seyid bir möcüzə gösdərsin, ora getmiyəh. Seyid deyif ki, nə möcüzə bazarıdı. Möcüzə nədi, zad nədi? Deyiflər ki, amma o möcüzə gösdərir da. Hər şey eliyir. Bı seyid inammıyıf. Bılar şərtdə­şiflər. Deyif:

– Biz gedəjeyih, bizə əvvəlcə süddü aş verəjəhlər, sütdü şoraba, sohra da çolpa-plov bişirəjəhlər. Çolpanın plovunu yeyə­je­yih. Sohra da bizə tağı üsdündə qarpız-yemiş gətirəjəhlər. Özü də bir-birimizdən aralı oturmuyajeyih orda.

Bını seyidnən seyidin adamları deyir. Gəlif oturullar. Çörəh sırfıya gələndə birinci bulara sütdü aş veriflər. Sohra plov yeyiflər. Sohra Hajı Qasım Çələbi deyif ki, Gülpəri – Gülpəri nənəmizin adıdı, – get qonaxlara qarpız-yemiş gəti, özü də tağı üsdündə olsun. Gülpəri nənəmiz deyərdi ki, belə deyəndə dəhşətə gəldim. Deyif:

– Qarpız-yemiş anbarda küş tərəfdədi.

Deyərdi ki, getdim anbara, gördüm qarpız-yemişi, elə bil ki, indicə tağlı-tağlı gətirif yığmısan bıra. Yer də dizdən qarmış. Gətirifdi, gətirənnən sohra bılar deyif bəs belə. Bizi bağışda, sənin yanaa bı niyyətnən gəlmişih.
XII mətn

Hajı Qasım Çələbinin atası rəhmətə gedəndə beş-altı yaşı oluf­du. Rəhmətə gedəndə ən yaxşı mürütdərini yığıf başına. Bir otuz-qırx mürüdünü yığıf. Deyif ki, mənim ömrümə az qalıf. Mən bir həfdəyə gedəjəm. İçizdən kim Hajı Qasım Çələbiyə qəyyum­luğu boynuna götürər? Heş kim boynuna götürmüyüf. Oların hansına deyifsə, deyif yox, biz bajarmarıx. Filan kəntdən Camal kişiyə deyif ki, Camal, tay sən qalmısan, qəyyumluğ eliyəssən. On altı yaşına çatanda deyərsən ki, bütün bu işdərin başında o durajax. Mənim yerimdə odu. Sizə rəhbərriyi ona tapşırıram. On altı yaşına kimi mürütdərə də rəhbərriyi sən eliyəssən.

Gələr bının on altı yaşı tamam olar, amma Camal bına hələ heş nə deməz. Bir günnəri Musdafa addı bir kişi Hajı Qasım Çələ­bini mürütdəriynən bir yerdə dam evinə qonax çağırar. Hajı Qasım Çələbi içəri girəndə gedər oturar birbaş səbətin üsdündə. Bı səbət də yerdən iki-üş metr yuxarıda düzəldilirdi. Taxd kimi bir şey olurdu. Bı oturar. Oturanda camaat deyər ki, bəs düş aşağıda ca­maa­tın içində otur. Deyər:

– Yox, mən burda oturmuşam, bıra yaxşıdı.

Deyər:

– A bala, bu camaat sənin başaa yığışıfdı. Uşaxlığ eləmə. Sən Alı Çələbinin oğlusan.



O tərəfdən camaat deyər ki, gör Alı Çələbinin yerində kim qalıf, başdan xarab bir uşax qalıf. Bu qayıdar deyər ki, mən çıxıf oturmuşam burda, yağış yağajax, sel olajax, damı da su basajax. Özümü yağışdan qorumağ üçün burda oturmuşam. Genə camaatın bəziləri deyər ki, ə, bının başı xarabdı ey. Yağış nə axtarır? Göydən od tökülür. Deyəllər ki, a Qasım, axı yağış yağmır. Deyər ki, hələ bir damın qapısını açın, görün yağış yağır, yoxsa yox. Qapını aşdıxlarıynan sel dolar içəri. Bir yağış dolar, bir sel dolar içəri ki, hamı isdanar. Bir dənə bı qalar. Həmən səbəti saxlıyırdılar. Belə möcüzələri olufdu.
64. ALI ÇƏLƏBİ
I mətn

Alı Çələbi türmədə yatanda türmənin ağzını qıfıllıyıflar, qıfıl açılıf düşüf yerə. Neçə dənə qıfıl dəyişiflər, hamısı açılıf düşüf yerə. Alı Çələbi türmədə Molla Qüdrətnən, bir də mənim atamnan bir yerdə oluflar. Türmədən çıxırmışdar çölə, gedif yamacda gəzir­miş­dər. Heş bir gözətçi oları saxlamırmış. Elə bil ki, görmürmüş­dər. Bılar gəldihcə qapılar öz-özünə açılırmış. Deyir, türmənin rəisinə çatdırıflar. Deyiflər ki, bəs üş dusdax, başda da filankəs olmaxnan qapıları bağlanmır. Türmənin rəisi çağırır yanına, bunnan söhbət edir. Deyif ki, o qıfılın orda dayanmamağı mənnih dəyil, qapıların açıl­­mağı mənnih dəyil. O, Allahın hökmüdü. İnanmırsan, düş mən­nən gedəh. Yoxluyuflar. Deyif ki, sən isdəsən axı bağlı qalar. Deyif:

– Yox, ona mənim güjüm çatmaz.

Şuşa türməsində oluf. Belə şeylər çox oluf.


II mətn

Qonşu oluflar iki gəlin. Biri gəlir çələbilərin yanına uşax niyyətiynən. Gələndə qonşusu da təzə tuman almışmış. Deyif:

– Qonşu, o təzə tumanı ver, geyinim gedim.

Bı verif. O biri gəlin, sən demə, beş ildi getmişmiş, uşağı olmurmuş. Nəysə, gəlif çıxanda bına deyif ki, bı tuman sahibinin iki uşağı olajax: bir oğlu olajax, bir qızı. Tuman sahibi də qonşu­sudu axı. Bı gəlinin yanında olannar deyif ki, bı nə deməkdi? Tu­man kimindi ki? Deyif:

– Tuman qonşunundu, qonşudan alıf geymişəm. Bı tuman verən gəlindi, dörd-beş ildi getmişmiş ərə, uşağı olmadığı üçün əri qavmışmış.

Kəndə qayıdanda görüf kü, əri gəlif bını aparıf. Sohra uşağı da olufdu. Alı Çələbinin yanındakı mürütdər sual verif ki, o nəydi dedin, niyə helə dedin?

Deyif:

– O gəlin qonşunun tumanını geyif gəlmişdi. O qədər həvəs­nən vermişdi ki o tumanı ona, uşax da tuman sahibinin payına düşdü. Gələn gəlin camaata qoşulub gəlmişdi, bəxtəbəxt gəlmişdi. O amma həvəsnən tumanını vermişdi.


III mətn

Bu nəslin məşhur nümayəndələrinnən biri də böyüh Alı Çələbidi. Sünnü-şiyə ayrılığına qarşı ən kəsgin adam oluf. O vaxt bir dəfə şiyə mollalarınnan sünnü mollaları birləşif bını məhkəməyə veriflər. Qazı məhkəməsi hardasa Çimən yaylağında olufdu, mənim eşitdiyimə görə. Qazıya deyiflər bının məqsədi bilinmir. Hansı dinə xidmət elədiyi bilinmir. Quranı gətirif deyif:

– İkinci bir Quran gətirin maa ki, ya sünnünün olsun, ya şiyənin. Desinnər ki, bı sünnünün Quranıdı, bu da şiyə Quranıdı.

Deyillər:

– Yox, Quran birdi.

Deyif:


– Allah birdi, peyğəmbər birdi, Quran birdi. Bəs bu sünnü-şiyə haradan çıxdı?
IV mətn

Öz nəsillərinnən də müritdəri oluf, kənardan gələnnərdən də oluf. Yaxşı müritdəri olufdu, amma sora yolunu azan müritdəri də olufdu. Eləsi də var ki, qürrələnifdi. Belələrinnən də xoşdarı gəlmiyifdi. Şıx Alı addı bir müritdəri oluf. Hajı Qasım Çələbinin müridi oluf o Şıx Alı. Bir gün gəlif deyif ki, ustad, bu gejə sənnən yuxarıda uçurdum. Sabah gəlif deyif ki, ustad, axı mən uça bil­mirəm. Deyif:

– Sən çətin uçarsan. Sənin qanatdarı yolmuşam, tay hara uçursan. Sən gərəh qürrələnmiyeydin. Mənnən yuxarıda uşsan da, onu maa deməməliydin.

İndi də bəzən deyillər: "Şıx Alı evinin iti kimi uluyursan elə". Olar Allahın yanında eşidilənnərdən oluflar.

Bizdə bir keşmiş milislərdən, partiya işçilərinnən varıydı. Adı da Əli Mamedovuydu. Soralar özü maa danışırdı. Deyirdi mən Allaha heş vaxt inanmırdım. Kamsamoluydux dayna. Alı Çələbini mən həbs elədim. Alı Çələbi Hajı Qasım Çələbinin oğluydu. Hajı Qasım Çələbinin də atasının adı Alı Çələbiydi. Atasının adını oğluna qoymuşdu. Birinci dəfə mən onu həbs eliyəndə maşın xoda getmədi. Birdən ağlıma gəldi ki, dusdaxların içində Alı Çələbi də var. Deyir, dedim ki, Alı Çələbi, elə elə ki, maşın xoda düşsün. Təzə maşınıydı. Dedi:

– Əşi, mənim nə işimə qalıf. Urusun qayırdığı dəmirdi, mən­nən onun nə əlaqəsi.

Dedim:

– Yox, Alı Çələbi, sənnihdi.



Bir az baxdı, baxdı, dedi:

– Allahın hökmüynən işə düş.

Maşın işə düşdü, getdih. Xannıx kəndində mən onu həbs eliyəndə axırıncı həbsi idi. Bunu Heydərqul addı bir nəfərin evinə çağırdım. Gəldi. Dedim, səni söhbətə çağırmışam.

Dedi:


– Yox, sən məni söhbətə çağırmamısan, sən məni axırıncı sə­fər çağırmısan. Həbs eliyəssən. Uzağı bir-iki günnən sora mən gül­lələnəjəm.

Deyir, belə deyəndə dəhşətə gəldim. Deyir, dedim ki, Alı Çə­ləbi, üçüncü, dördüncü dəfədi ki, səni həbs eliyirih. Birində bu qə­dər yatmısan, birində on gün yatmısan. Axırıncı səfər oları tu­tan­da olar üş gün sorğu-sualsız yatdılar: mənim atam Əhməd Çələbi, onun atası Alı Çələbi, bir də Mərcannıdan Molla Mirzağa. Buları hər gün çağırıf bircə sual veriflər. Sergey Mironoviç Kirovu öldü­rənnərin adın deməlisiz. Kirovu öldürənnən sora tutmuşdar buları.

Deyir, bir gün bınnan söhbət eliyəndə bına dedim ki, Alı Çə­lə­bi, mən Allaha inanmıram. Sən elə eliyə bilərsən ki, mən Allaha inanım? Deyir, maa dedi ki, mən neynim ki, sən Allaha inanmırsan. Mən neyniyə bilərəm sən Allaha inanasan? Əl çəkmədim ki, maa gösdər, inandır ki, o dünya var, cənnət var, cəhənnəm var. Deyir, birdən maa dedi ki, dön abışqadan çölə bax, gör nəyi görürsən? Deyir, dedim ki, mən abışqadan çölə baxanda orda bir çinar ağacı var, onu görürəm. Dedi, gəl indi bax, gör nəyi görürsən? Deyir, gəldim baxdım, gördüm gül-çiçəh, çəmənnih, həmişə gördüyüm şeylər yox, tamam başqa şeylər görükür gözümə. Bıları Əli Mame­dov danışırdı ha. Savatdı adamıydı özü də. Deyir maa dedi ki, o gördüyün cənnətiydi, saa cənnəti gösdərdim. Sora deyir maa dedi ki, yaxşı bax, gör indi nə görürsən? Gördüyümnən, deyir, dəh­şətə gəldim. Cəhənnəmə düşənnərin nə əzab çəkdihlərini gördüm. On­nan sora mən Allaha inandım. Bına dedim, səni mən həbs eliyə bilmərəm. Deyir, maa dedi ki, məni həbs eləməsən, sənin özüü də tutajaxlar, ayləə incidəjəhlər. Gəl düş yanıma, gedəh.
65. YƏHYA ÇƏLƏBİ
Yəhya Çələbi deyif ki, uşaxlar, atı maa gətirin, bir hadisə var.

Deyir:


– Ə, nədi, nolufdu?

Deyir:


– Görmürsən, çayın o tayında nəsə bir səs-küy var.

Atı gətirillər, minir gedir. Gedir görür ki, qardaş isdiyir bajının başını kəssin. Bu nə olan şeydi? Ay nədi, ay nədi? Deyif ki, bəs, ayıb olmasın, utanmazdıx eliyirəm, bu bajını üş gündü toy eliyif veriflər bu evə. Bu da paltarın, ayıb olmasın, yuyuf sərif məfdilə. Səhər du­ruf görüflər paltarın biri yoxdu. Deyiflər tumanı neynə­misən ver bura. Səni bu saat öldürəjeyih. Qardaşdarı gəlif tökülüflər, deyiflər tu­manı ver. Yəhya Çələbi deyif ki, siz dayanın, mən deyəjəm, palta­rın yerini deyəjəm. Burda oturuf, deyif:

– Get, o dey, o ala inəyi kəs.

Ala inəyi kəsir, ayıb olmasın, paltar içinnən çıxır, inəyin qar­nın­nan çıxır. İnəyin qarnınnan çıxanda gəlillər bu kişinin əlinə-aya­ğına düşüllər.


66. YASİN ÇƏLƏBİ
Hajı Qaramanın şeirləri çox oluf deyillər. Hajı Qasım Çələbinin də bayatıları, şeirləri çox oluf. Sohradan mən örgəndim ki, Yasin Çələbi türmədə olanda dört kitab yolluyuf. Onun ikisi şeirlər divanı oluf, ikisi də islam tarixinə aid oluf. Özbəkisdanda türmədə yatanda yolluyuf. O elə türmədə ölüfdü. Onun uşağının sorağını biz hardasa yetmiş beş, yetmiş altıda aldıx. Zərgər Məhəm­məd olufdu Bakıda. Güjdü, tanınmış adam olufdu. O İçərişəhərdə olufdu. Maa dedilər ki, olarda Yasin Çələbinin əlyazmaları var. Heş sohra da onu əldə edə bilmədim.
67. MİR SƏDİ AĞA
I mətn

Şəxsən mənim öz qonşumun oğlu qoz ağacınnan yıxılıf ağır zərbə alıf, dili tutulmuşdu. Onun atası cibinə üş maat pul qoyur, bir balaca kisə də qoz yığır Mir Sədi ağanın yanına getməh üçün. Yolda kişi fikirrəşir ki, mənim nəzirim azdı. Utanıf o nəzirnən Mir Sədi ağanın yanına getməyə. Bu fikirnən o cibindəki pulu da, bir kisə cəvizi də qoyur yolda bir daşın altına. Elə pulsuz gedir Mir Sədi ağanın ocağına. Kişi həyətə girən kimi Mir Sədi ağa bunu yanına çağırır. Deyir ki, nəzirin çoxu, azı olmaz, nəyə görə sən fikrii dəyişib o nəziri daşın altda gizdəmisən? Kişi yerində mat qalır bunun bu sözünə ki, bu hardan bildi ki, bu nəziri daşın altda gizdiyif. Kişini qəbul eliyir, ona tapşırır ki, bir də belə eləmə. Orda kişinin oğluna dua yazır. Duanı götürüf evə gəlir. Görür ki, oğlu oturuf ayleynən, uşaxnan danışır, oluf həmənki adam. Bunu öz gözümnən görmüşəm.



II mətn

Xannıx* kəndində iki qardaş varmış. Böyüh qardaş Mir Sədi ağa­nın ojağını ziyarət eliyir, bir seyid kimi, bir ojax kimi onu ta­nıyır, ona itaat eliyir. Kiçih qardaş isə dinsiz olur. Bu, Allaha, pey­ğəmbərə inanmır, olara itaat eləmir. May ayının ortalarında Qu­bat­dı­nın Bərgüşad çayı həddən artıx aşıf daşır, yernən-göynən belə. Həmin o Xannıxdakı böyüh qardaş Mir Sədi ağaya bir qoyun nəzir demişmiş. Qardaşını çağırır, ona deyir ki, gəl mənə köməh elə. Bir qoyunu Mir Sədi ağanın ojağına aparıram. Çayı keşməh də çox dəhşətdi, mümkün dəyil. Balaca qardaş bir təhər yola gəlir. Qoyunu götürüf Mirrər** kəndinin qabağına, çayın qırağına gedillər. Həmin gün Mir Sədi ağa bilir ki, o iki qardaş olara gəlməlidi. Mir Sədi ağa çayın o tərəfinnən əl eliyir ki, özüzü vırın çaya, keçin bəri, qorx­mu­yun. İki qardaş qoyunun hərəsi bir buynuzunnan tutuf özdərini çaya vırıllar. Sərbəst çayı keçif o tərəfə çıxıllar. Kiçih qardaş bu boy­da çayda heş qüvvə hiss eləmir. Elə bil ki, bir arxı keçif getdilər.

Kiçih qardaş böyüh qardaşına deyir ki, mən inandım, amma az inandım. Mir Sədi ağanın qapısına gedəjeyih, amma bir şərtim var. Biz həyətə girən kimi Mir Sədi ağa əyər bilsə ürəyimnən nə keçir, onda ona inanajam, inam gətirəjəm ki, ojaxdı, seyitdi. Biz orda olar­kən Mir Sədi toyuxların içərisinnən qara toyuğun birini tu­tuf kəsif mənə yedirtsə, onda bilərəm ki, Mir Sədi ağa möcüzəlidi. İki qardaş Mir Sədi ağanın həyətinə girən kimi Mir Sədi ağa arvadı Saranı çağı­rır yanına, tapşırır ki, həyətdə gəzən qara toyuğun birini tutun, kəsif bişirin, verin o cavan oğlana. Onun ürəyi onu isdiyir. Bını deyəndə cavan oğlan – balaca qardaş ta birdəfəlih inanır, iman gətirir.
68. MİR MƏHƏMMƏD AĞA
Mir Sədi ağanın oğlu Mir Məhəmməd ağa vəfat edərkən gözü­müz­nən görmüşüh bunu hamımız, onun yas yerinə hər yerdən, eləcə də Gürcüsdannan şeyxlər, mollalar, seyitdər – hamısı gəlmiş­di. Mir Məhəmməd ağanın tabutunu götürəndə onun tabutunun üsdündə o qədər qaranquş gedirdi ki, gəl görəsən. Tabutu qəbir­sdan­­nıxda yerə qoyanda mollalar, şeyxlər, seyitdər buyurdular ki, hamı qəbirsdannan çəkilsin qırağa. Elə ki camaat qırağa çəkildi, qaranquşdar tökülüf tabutun üsdə nə isə oxudular. Qutarannan sora üş dəfə fırrandılar tabutun üsdünə, qalxdılar, yendilər. Üçüncü dəfədən sora uçuf getdilər. Sora buyurdular ki, tabutu götürün. Bunu biz öz gözümüznən görmüşüh.
69. MİR HƏMZƏ NİGARİ
Mir Həmzə Nigari özü çələbilər məktəbində* dərs alıfdı. İki il təhsilini çələbilərdə alıf. Soralar məktəbi Türkiyədə qutarıf, gəlif Qarabağa. Çələbilər məktəbində də işdiyif. Təriqət başçısı oluf. Nəqşibəndi oluf. O vaxdın mollalarına, qazılarına çoxlu həcvlər yazıfdı. Ona görə də İbrahim xan bına qiyabi ölüm hökmü çıxarıf. Ona görə də gizdi yaşamağa məcbur olufdu.

Bir dəfə Qubatdıda onu bir kəntdə gülləyə basıflar. Onun Şirvanda, Qazax bölgəsində böyüh hörməti olufdu. Nə hörmətnən yanaşıflarsa ona Şirvanda yanaşıflar. Şıx İsmayıl Sıracəddinnən dərs alıf Kürdəmirdə, Ağdaşda da dərs alıfdı. Soradan bına ölüm hökmü verilib, yazığa. Məhəmmət Çələbi əfəndi bının usdatdarınnandı, məllimlərinnəndi. Gedif İbrahim xanın yanına, deyif: “Niyə belə? Bı da Fatmanın, Əlinin törəmələrinnəndi. Təriqət başçısıdı”. İbrahim xan bına deyir: “Birincisi, maa həcv yazıfdı. İkincisi, zikrin o qəbul edilməz formalarını yayıfdı”. Bı deyif ki, onun mən də əleyhinəyəm. O, mənim boynuma. Ona bizim zonada icazə verilmiyif. O, Qazax­da, Borçalıda geniş yayılıfdı.

Nəysə, bını – Mir Həmzə Nigarini Səfər bəy addı birisi bir də­fə az qalıf ki, gülləynən öldürsün. Bilmiyifdi, şıkqıltı gəlif. İsdiyif atsın, bının tazısı imkan vermiyif güllə atsın. Tazı tüfəngi bının əlinnən salıf. Deyif nəysə burda bir şey var. Gedif görüf Mir Həmzədi. Bir qalın kolluğa girif. Deyif:

– Burda niyə gizdənmisən?

Deyif:

– Bəs məni bı Mirrərin, Dəmirçilərin mollaları gülləyə basıf­lar deyənə gəlif burda gizdənmişəm.



Aparıf evinə qonax. Bir ay bını evində qonax saxlıyıf. Sora bını aparıf Dərələyəz tərəfə yaylağa. Yayı yaylaxda qalıf. Ta yay­laxdan qayıtmağa on beş gün qalmış bını özlərinnən aparıflar Vedi­yə. Çələbilərin o Abbasqulu bəygilnən çox qədim, böyüh yaxınnığı, dosduğu oluf. Bılar Abbasqulu bəyin babası, atasıgildə qonax qalıflar. Onu sonra aparıf Arazdan keçiriflər o taya.



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə