BAŞA-BAŞ
Dosd odu ku öz dosdunnan dosd ola,
Düşməninnən düşmən ola başa-baş.
Mən aşığam başa-baş,
Oxu dərsin başa-baş.
Bədəsildən qaş qutar,
Ayax götür başa-baş.
Can deyənə, can denən mərdana,
Baş qoyanın qoy yolunda başa-baş.
Mərd iyitdər dünyada kimsə qaladı,
Hərcayılar cismim oda qaladı.
Mən aşıx, qala-qala,
Tikilif qala, qala.
Cavan ömrüm çürüdü,
Qürbətdə qala-qala.
Süleyman mülkində kimsə qaladı,
İllərinən üzü gülməz, başa-baş.
Aşıx Alı həzər dərdə dəvadı,
Bir dərdim var xəsdələrə dəvadı.
Yox aşıx dava gəzər,
Xəsdələr dava gəzər.
Əsil çay-çörəh verər,
Bədəsil dava gəzər.
Davaçısan, bu meydanda davadı,
İsdiyirsən kəllə vurax başa-baş.
ÇİRKİN
Bir gün aşıx Besavat işdən çıxıf evə gəlirdi. Gördü buna tərəf bir kadın gəlir. Amma bu kadın yaylığının bu tərəfini belə yaşmıyıf, bu tərəfini belə yaşmıyıf, naznan gəlir. Dedi:
– Ə, bu kimdi görəm? Bu niyə belə naznan-qoznan gəlir?
Gəlinin bir tərəfi yaşmaxlıydı. Besavad da buraynan gəlirdi. Bunun burası yaşmaxlı olanda çıxdı yoldan o biri tərəfdən gəldi ki, bunun üzünü görsün kimdi bu. Gələndə gördü ki, filankəsdi. Tanıyır da. Çoxlarının evini yıxıf, balasını yetim qoyuf. Dedi ki, ağız, ayağını saxla, sinəmdə bir neçə kəlmə söz var, onu deyim, onnan sora get. Ayağını saxladı. Dedi:
– Hə, nə deyəssən?
Götürür deyir ki:
Çox da naz eyləyif üzüü bürümə,
Mən səni görmüşəm, ay qara çirkin.
Ördək kimi ayağını sürümə,
Çoxlarını eylədin avara, çirkin.
Dodağın palandı, burnu püləsən,
Hak yaradıf, yoxsa özün beləsən?
Bir kəlmə danışsam sözə gələrsən,
Qaxallar başını divara, çirkin.
Dön bəri, dön bəri, görüm yönünü,
Ölçən olmaz uzununu, enini,
Beş qəpiyə alan olmaz gönünü,
Əgər çıxartsalar bazara, çirkin.
Farağat oturuf durduğum yerdə,
Apardın ağlımı, qoymadın sərdə,
Besavad Temiri getdiyi yerdə
Çıxartdın yolunnan kənara, çirkin.
ARVADIN ƏLİNNƏN
Üş qonşu olur, bunnar bir qarajda işdiyirmişdər. Hökumətin vaxdıydı dana, səhər saat səkgizdə işi götürməliydin. Bunnarın biri gej gedirmiş, biri onnan gej gedirmiş, biri tez gedirmiş. Bir gün birinci qonşu deyir ki, gəlin görək gej gəlməyimizin səbəbi nədir. Biz axı bir maaş alırıx, bir işdəməliyih. Oturullar üçü də. Birinci qonşu deyir ki:
Evlilər eşitsin, suvaylar bilsin,
Şikayətim var arvadın əlinnən.
Atalar dad çəkmiş əsrlər boyu
Bədnal atın, kür arvadın əlinnən.
Gecikməyinin səbəbi arvatdı da. Arvad yola salmır ki, farş gələ.
İkinci qonşunun iki arvadı vardı. Gördü ə, bu, bir arvadın əlinnən dad çəkir. Götdü dedi ki:
Evlilər eşitsin, suvaylar bilsin,
Əyə, təngə gəlmə bir arvadın əlinnən.
Bəs ikisin alannar nejə olsun?
O hesabda gör avadın əlinnən.
Yəni, bəs ikisini alan neynəsin? Üçüncü qonşu gördü ki, bunnarın dediyinə görə bunnar evlərinə gedə biləllər. Amma bunun arvadı elə idi ki... Götürdü dedi ki:
Dəli şeytan deyir gəl getmə evə,
Yıxıl burda qal arvadın əlinnən.
Ayır cehizini, ver qoltuğuna,
Uşaxları al arvadın əlinnən.
Birinci qonşu fikirrəşdi ki, ə, bu, nə danışır. Bunun üç uşağı var, altmış-yetmiş maat da maaş alır. Heç bunun alimentini görmü-yəjəh. Birinci qonşu alır buna eşitdirir ki:
Bir yana getməyə yolum da yoxdu,
Aliment verməyə pulum da yoxdu,
Əjəl yaxın gəlmir, ölüm də yoxdu,
Üz döndərif gör arvadın əlinnən.
Ölmür də canı qutara. İkinci qonşu deyir ki:
Əyə, tarixə baxıram cavan yaşımdı,
Tökülüf dişdərim, ağarıf başım
Özüm cəhənnəmə, qohum-qardaşım
Nələr çəkir gör arvadın əlinnən.
Qohum-qardaş da gəlmir da arvadın əlinnən. Üçüncü qonşu deyir ki:
Axşamdan olmamış başdıyır dava,
Daha sözdəriynən getmirəm, qağa.
Elə ki, əl atır palıd oxlova,
Dərim çıxır zol arvadın əlinnən.
Döyürmüş da arvad bunu. Birinci qonşu deyir ki:
Səhərkən davamız ucalır Şama,
Nabadın* qoyurux gələn axşama.
Yanıf sümüklərim dönüfdü şama,
Sinəm olufdu pir, arvadın əlinnən.
İkinci qonşu deyir ki:
Ə, qojalmışıx, yaş keçifdi yarıdan,
Sən də elə mən gündəsən arvad sarıdan.
Ver kağızın, al duldan, qarıdan,
Dünya bizə dar, arvadın əlinnən.
Dünya bizə niyə dar olur? Duldan, qarıdan tapıf alajağıx dana.
BİZİM ARVAD
Aşıx Besavad bir dəfə gəlir evə. Görür ki, sən öl, arvad sajı qoyuf kölgəyə, yuxadan, fətirdən o qədər bişirif ki, bu boyda qalağ oluf. Deyir ki, ay arvad, bunu neynirsən belə? Toy eləmirih, sünnət eləmirih. Qalıf quruyajax dana. Bunu az bişir, savah da bişir, bürüyün də bişir. Əlinnən alan yoxdu a.
Kişi aj imiş dana. Yuxanın birini götürür belə kəsir, elə yemək isdiyirdi ki, arvad oxleyin burnuynan bunun əlinnən yuxanı vurur, salır. Deyir:
– Dəymə. Madam heylədi, dəymə.
Deyir:
– Yaxşı, mən nə deyirəm, bişirirsən bişir.
Arvad bişirir. Aradan bir gün keçir. Kişi gənə işdən gəlir. Deyir:
– Arvad, yaman ajmışam, qaçarax maa bir az çörək ver.
Bir qızı vardı, qıza deyir:
– A bala, atan yaman ajıf, yüyür qonşudan bir çörəh al gətir.
Kişi deyir: “A qardaş, dünən çörəh bişirmədi bu? O qədər çörəh nejoldu?” Dedi:
– Ay arvad, bə dünən sənin bişirdiyin çörəh nejoldu?
Bu başdadı kişini dannamağa ki, sən kişi xeylağısan, sənin nə dərdinə qalıf. Deyir ki, nə deyirəm.
– A qızım, a qızım, maa bir dəftər-qələm ver.
Qız bir dəftər qələm verir, götürür bir şeir yazır:
Bir söz deyirəm, özümü ona yetirir,
Hədə-qorxu ilə ağaş götürür,
Hər öynədə yeddi fətir ötürür,
Nə var qanır, nə də yox, bizim arvad.
Heş zaddan bəyənif tikməyir donu,
Kimin nə həddi var dindirsin onu,
Civimnən xurcunum gələndə dolu,
Çalmamış oynayır saz bizim arvad.
SÖYLƏYİCİLƏR HAQQINDA MƏLUMAT
Abbasov Camal Rəşid oğlu, Ağcabədi rayonu, 1949-ci il təvəl-lüdlü, ali təhsilli. Söylədiyi mətnlər: Rəvayət: Hacı Qara (I mətn). Lətifələr: Bizim evimiz oradı; Soruş gör, hələ pravası var?; Söygülü Canan; Götür baltanı qoy xurcuna, ya Əli. Toplayanlar: İ.Rüstəm-zadə, T.Orucov
Ağamalıyev Eldar Əvəz oğlu, Bərdə rayonunun Seyid Yusifli kəndi, 1953-cü il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Seyid Hüseyn ağa (II mətn). Toplayan: İ.Rüstəmzadə.
Babayev Aslan Mehdi oğlu, Bərdə rayonunun Dəymədağıldı kəndi, 1958-ci il təvəllüdlü, ali təhsilli. Söylədiyi mətnlər: Nağıllar: Var-dövləti başqasına qismət olan kişi; Şaha nübar aparan kişi; Qismətdən qaçmaq olmaz; At quyruğu boyda sünbül; Yaxşılığa yamanlıq. Lətifə: Hələ gedib nənəsini də öyrədib. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə.
Babayev Zahid Əsəd oğlu, Bərdə rayonunun Dəymədağıldı kəndi, 1943-cü il təvəllüdlü. Söylədiyi mətnlər: Rəvayətlər: Musa peyğəmbərnən çoban; Ahunu balasına qaytaran Əli. Nağıllar: Məbudnan haramıbaşı (III mətn); Şahın siğə qardaşı; Ədalətli qazı. Lətifələr: Bəhlul olmağın bədəli; Bəhlulnan şəyirdi. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə.
Babayev Zabil Sahib oğlu, Bərdə rayonunun Dəymədağıldı kəndi, 1982-ci il təvəllüdlü, orta təhsilli. Bənna işləyir. Söylədiyi mətnlər: Allah qoysa, ərindi; Səni alanı da gördüm, pulumu yeyəni də; Sənin quyruğun elə həmişə göydədi; Hamınızı söz verə-verə gəmiyə komalamışam; Ayaq üsdə getmişdim. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə.
Bayramov Musa Şükür oğlu, Bərdə rayonunun Seyid Yusifli kəndi, 1934-cü il təvəllüdlü, təhsilsiz. Vaxtilə kalxozda suçu işləyib. Söylədiyi mətnlər: Rəvayətlər: Seyid Hüseyn ağa (V mətn); Canavarlı kəndi (II mətn); İsgəndər (I mətn); İlanlara qənim kəsilən kişi. Nağıllar: Quş dili bilən İsgəndər; Quru kəllə; Adamyeyən qız; Şah Abbasnan məleykə; Padşah oğlu; Məlik Məhəmməd; Qaraçuxasını yatıran şəxs; Üç qız; Evi arvad tikər; Şaha bel bağlama, arvada etibar etmə; Keçəl; Arvadın eləsi də var, beləsi də; Tacir Bəhlul. Lətifələr: Eşşək, sənə deyirəm, qonaq, sən eşit; Dızz. Müxtəlif şeirlər: Tapşırın məni; Ya Əli; Vaxdıdı; Qalmır; Yatıbdı; Çirkin; Arvadın əlinnən; Bizim arvad. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə.
Bayramova Narış İsa qızı, Ağcabədi rayonunun Afşar kəndi, 1945-ci il təvəllüdlü, dördillik təhsil. Vaxtilə sınıxçılıqla məşğul olub. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayətlər: Habilnən Qabil; Davud peyğəmbər (II mətn); Süleyman peyğəmbərnən qarışqa (II mətn); Yerin-göyün ağırlığı (II mətn); Atın üzəngisinə çıxan qan; Saili borcdan qurtaran Əli; Gəlin qayası; Eşq Abdal (I mətn); Sarı Aşıq; Köyük kəndi (III mətn); Axtamar gölü; Qaynaq qazılı; Qotur gölü; Qarı təpəsi; Qaçaq Nəbi; Aşığam, vətən sarı. Tərəkəmə yeməkləri: Bağır-beyin; Dəri basdırması. Nağıllar: Narxatın; Tısbağa qız; Tacir oğlu; Huri qızı; Santır; Baxdını gəzənin nağılı; Həzrət Əliynən qəssab; Savabın xeyri; Bacı həsrəti; Xeyrül-əməl (I mətn); Azreyilnən yoldaşlıq edən şəxs (II mətn). Lətifələr: Molla və eşşəyi; Molla özünü ölülüyə vurur; Özləri öz dərmanını bilirlər; Halıma bax, ay Mahmud; Altı daş, üsdü aş; İz eşşəyin, fil gəlinin; Yaman dərtdi, bacı. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Cəfərov Yasin Seymur oğlu, Ağcabədi rayonunun Afşar kəndi. Söylədiyi mətnlər: Əjdər güllələnən yer; Afşar şəri; Yeyim, doyum, nə verim? Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Cəfərov Nazim Ənvər oğlu, Ağcabədi rayonunun Afşar kəndi, 1960-cı il təvəllüdlü, ali təhsilli. Söylədiyi mətnlər: Afşarlar haqqında xatirələr. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Əlişov Qədir Ədil oğlu, Bərdə rayonunun Hüseynbəyli kəndi, 1934-cü il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Rəvayətlər: Həzrət Əliynən Salsal pəhlivan; Qaçaq Qaraş. Nağıllar: Dünyanı necə tutsan elə də gedər; Taleyindən narazı oğlan. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə.
Əliyev Əlövsət Əhər oğlu, Bərdə rayonunun Hüseynbəyli kəndi, 1959-cu il təvəllüdlü. Söylədiyi mətnlər: Ağamir dayı (I-III mətnlər). Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə.
Əliyev Rəfail Əli oğlu, Ağcabədi rayonunun Şahsevən kəndi, 1956-cı il təvəllüdlü, ali təhsilli. Söylədiyi mətnlər: Qaraçuxa (III-IV mətnlər); Cin (II mətn); Şahsevənlər haqqında xatirələr. Tərəkəmə oyunları: Papax oyunu; Dəsmal oyunu; Keçipapax oyunu; Çoban oyunu. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Əliyeva Səlbi Abdulla qızı, Ağcabədi rayonunun Şahsevən kəndi, 1928-ci il təvəllüdlü. Söylədiyi mətnlər: Bayatılar: 8-42. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Əsədov Saday Pənahvar oğlu, Ağcabədi rayonunun Hindarx kəndi, 1938-ci il təvəllüdlü, ali təhsilli. Söylədiyi mətn: Yaşa Əsəd. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Hacıyev Müzəffər Babaş oğlu, Bərdə rayonunun Hacallı kəndi, 1943-cü il təvəllüdlü, ali təhsilli. Söylədiyi mətnlər: Lətifələr: Çox qohumlu bəxtəvər; Fərasəti vardı birini də o tutardı; Otuza durmayan on ikiyə yaxın durardı? Müxtəlif şeirlər: Tanımır məni; Çağımdı; Başa-baş. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Həsənov Möhsün Qara oğlu, Ağcabədi rayonunun Yeni Qaradolaq kəndi, 1926-cı il təvəllüdlü, təhsilsiz. Söylədiyi mətnlər: Qayışbaldır; Gavur arxı (II mətn). Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Həşimova Səriyyə Zeyni qızı, Ağcabədi rayonunun Sarıcalı kəndi, 1926-cı il təvəllüdlü, ibtidai təhsilli. Söylədiyi mətnlər: Aynan Günəş; Məkkə yolu; Gülnən bülbül; Qaraçuxa (VI mətn); Hal (IV mətn); Cin (III-IV mətnlər); Yes xırman (II mətn). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Həziyev Hacı Allahverdi oğlu, Ağcabədi rayonunun Təzəkənd kəndi, 1949-cu il təvəllüdlü, ali təhsilli müəllim. Söylədiyi mətn: Aşıq Valeh. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Hüseynova Minayə İsa qızı, Ağcabədi rayonunun Afşar kəndi, 1946-cı il təvəllüdlü. Söylədiyi mətnlər: Rəvayət: Davud peyğəmbər (III mətn). Nağıllar: Allaha pənah; Azreyilnən yoldaşlıq edən şəxs (I mətn). Lətifələr: Heç nə; Doxsan doqquzunu verən, birini də yetirər. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
İbrahimova Zəhra Hüseyn qızı, Ağcabədi rayonu, 1952-ci il təvəllüdlü, ali təhsilli. Söylədiyi mətn: Yemişəm aşunu, tökmüşəm yaşumu. Toplayanlar: İ.Rüstəmzadə, T.Orucov.
İmanov Baba Surxay oğlu, Ağcabədi rayonunun Qaradolaq kəndi, 1934-cü il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətn: Hacı Məmmədhüseyn (I mətn). Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
İsmayılov Aqil Yavər oğlu, Ağcabədi rayonunun Rəncbərlər kəndi, 1964-cü il təvəllüdlü, orta-ixtisas təhsilli. El şənliklərində tamadalıq edir. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayətlər: Cin (V mətn); Seyid Məhəmməd ağa (IV mətn); Minəxor kəndi (II mətn); Ayran Alı təpəsi; Şpartı; Rəncbərlər kəndi; Şahsevən; Sofu qəbirstanlığı. Lətifələr: Dəryadan çıxan əl; Mən birini göstərmişdim. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Mahmudov Cabbar Əli oğlu, Bərdə rayonunun Qara Yusifli kəndi, 1927-ci il təvəllüdlü. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayətlər: İnsanın yaranması (I-II mətnlər); Davud peyğəmbər (I mətn); Əli pəncəsi; İtin etibarı. Nağıllar: Zal oğlu Rüstəm; Süleyman peyğəmbərin üzüyü; Yetim oğlan. Lətifələr: Ye, iç, ölmə; Bəhlulun bazarkomluğu. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə.
Mehdiyev Məzahir Əyyub oğlu, Ağcabədi rayonunun Hacıbədəlli kəndi, 1962-ci il təvəllüdlü, ali təhsilli. Söylədiyi mətnlər: Topal Teymur (II mətn); Çobanın mənasız sözü. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Məmmədov İmdad Bədəl oğlu, Ağcabədi rayonunun Qaradolaq kəndi, ali təhsilli. Söylədiyi mətnlər: Molla Pənah Vaqif; Molla Lətif (I-II mətnlər). Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Məmmədov Layiq Bayraməli oğlu, Ağcabədi rayonu, 1939-cu il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Sağmal və subay ulduzları; Quyruq donan ay; Qoyun, qarnınız tox, gözünüz ac olsun; Küləkdən qorxan peyğəmbər; Hacı Məmmədhüseyn (VIII-IX mətnlər). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Məmmədov Murad Musa oğlu, Ağcabədi rayonunun Qarado-laq kəndi, 1958-ci il təvəllüdlü, ali təhsilli. Söylədiyi mətnlər: Hacı Məmmədhüseyn (V mətn); Bəhlul atasını buyurur; Atın züy tutanı; Bəynən süd qardaşı olmusan. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Məmmədov Musa Məmməd oğlu, Ağcabədi rayonunun Qara-dolaq kəndi, 1936-cı il təvəllüdlü. Söylədiyi mətnlər: Hacı Məmmədhüseyn (II-IV mətnlər); Xatın arxı. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Məmmədov Zeynal Hümbət oğlu, Ağcabədi rayonunun Təzəkənd kəndi, 1930-cu il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Qoydu gözümü açam?; Seyid Məhəmməd ağa (III mətn); Şah Abbas (III mətn); Arxam boşdu, ona görə ağlayıram. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Məmmədov Əhməd Əmirxan oğlu, Ağcabədi rayonunun Sarıcalı kəndi, 1940-cı il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Ucubulux peyğəmbər; Seyid Məhəmməd ağa (I-II mətnlər); Hind-arxlı Seyid Məhəmməd ağa; Eşq Abdal (II mətn). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Mirzəyev Calal Camal oğlu, Ağcabədi rayonunun Hacıbədəlli kəndi, 1938-ci il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Qurd haqqında (II mətn); Hal (III mətn); Canavar qız; Eşşəyə dönmüş qızlar; Həzrət Əliynən gavur. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Muradov Əşrəf Müseyib oğlu, Ağcabədi rayonunun Şahsevən kəndi, 1934-cü il təvəllüdlü, yeddi illik təhsil. Söylədiyi mətnlər: Cin (I mətn); Köyük kəndi (II mətn). Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Musayeva Ətayə Baxşeyiş qızı, Bərdə rayonu, 1963-cü il təvəllüdlü, orta-ixtisas təhsilli. Söylədiyi mətn: Bəxtəvər sizsiniz. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Nəcəfova Samara Həmiz qızı, Ağcabədi rayonunun Afşar kəndi, 1932-ci il təvəllüdlü, təhsilsiz. Söylədiyi mətnlər: Lətifələr: Elə bilirəm dava kağızıdı. Bayatılar: 1, 2, 3, 4, 5, 6, 7. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Qasımov Camal Məhəmməd oğlu, Ağcabədi rayonunun Təzə-kənd kəndi, 1932-ci il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Hacı Qara (III-IV mətnlər). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Qasımov Hümbət Məhəmməd oğlu, Ağcabədi rayonunun Sarıcalı kəndi, 1926-cı il təvəllüdlü, orta-ixtisas təhsilli. Söylədiyi mətnlər: Qaraçuxa (V mətn); Yes xırman (I mətn). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Qasımov Musa İbrahim oğlu, Bərdə rayonunun Seyid Yusifli kəndi, 1940-cı il təvəllüdlü, ali təhsilli zootexnik. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayətlər: Dünya daşqını; Buğdanın ərşə çəkilməsi; Qaraçuxa (I mətn); Qurd haqqında (I mətn); Əzrayıl haqqında (I mətn); Şeytan haqqında; Ölməzlik alması; Nuhun ölümü; Süleyman peyğəmbərnən qarışqa (I mətn); Musa peyğəmbərin allahlığı; Fatihə surəsinin savabı; Yerin-göyün ağırlığı (I mətn); Peyğəmbərdən nicat istəyən şir; Ağıl vardan üstündür; Şəddatın cənnət tikdirməsi; Seyid Hüseyn ağa (I, III və IV mətnlər); Seyid Yusif Ağa (I mətn); Həzrət Əli daşı, İsgəndər (II-III mətnlər); Hər sənətkar Dəllək Murad ola bilməz. Nağıllar: Hatəmin səxavəti; Məbudnan haramıbaşı (II mətn); Ac qarnı doyuzdurmağın savabı (I-II mətnlər); Altı manatın misalı; Şahın yuxusu; Sağalmaz xəstəliyə tutulmuş adam; Əl aman; Döyülən axmaq. Lətifələr: Allah bölgüsü; İnanma; Abdal Qasımın ermənidən toyuq alması; Toyuqdan qorxan Qasım; Mənə dəyməginən. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Qəhrəmanov Şükür Hümbət oğlu, Ağcabədi rayonunun Salmanbəyli kəndi, 1923-cü il təvəllüdlü, ibtidai təhsilli. Söylədiyi mətnlər: Kəbirlilər haqqında xatirələr; Xan Şuşinski. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Qəhrəmanov Xıdır Pənah oğlu, Ağcabədi rayonunun Rənc-bərlər kəndi, 1942-ci il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Cin (VI mətn); Xeyrül-əməl (II mətn). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Quliyeva Raya Baloğlan qızı, Ağcabədi rayonunun Afşar kəndi, 1951-ci il təvəllüdlü, ibtidai təhsilli. Bayatılar: 96-107. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Qocayev Əhməd Bahadır oğlu, Bərdə rayonunun Seyid Yusifli kəndi, ali təhsilli. Söylədiyi mətn: Canavarlı kəndi (I mətn). Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Rəhimov Fazil Kərim oğlu, Ağcabədi rayonunun Taynaq kəndi, 1930-cu il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Seyid Əziz ağa (I-II mətnlər); Eşq Abdal (III mətn); Ələm ağacı. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Səlimov Rasim Xasay oğlu, Ağcabədi rayonunun Rəncbərlər kəndi, 1956-cı il təvəllüdlü, xanəndə. Söylədiyi mətnlər: Şah Abbas (IV mətn); Xeyrül-əməl (III mətn). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Şəmilova Solmaz Möhsün qızı, Bərdə rayonunun Şirvanlı kəndi, 1960-cı il təvəllüdlü, orta-ixtisas təhsilli kitabxanaçı. Söylədiyi mətn: İki qozun nağılı. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Temirova Tamara Aslan qızı, Bərdə rayonunun Dəymədağıldı kəndi, 1932-ci il təvəllüdlü. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayətlər. Hal (II mətn); Halallıq; Ölünün dirilməsi. Nağıllar: Üç qardaş; Övladını Azreyildən qaçıran ana. Toplayan: İ.Rüstəmzadə.
Zakir İsmayıl oğlu, Ağcabədi rayonunun Kəbirli kəndi,1945-ci il təvəllüdlü, ali təhsilli müəllim. Söylədiyi mətnlər: Örənqala; Mil düzü. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov
Zeynalov Ələmşah Zal oğlu, Bərdə rayonunun Şirvanlı kəndi, 1933-cü il təvəllüdlü, orta təhsilli. Vaxtilə kitabxanaçı işləyib. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayətlər: Əzrayıl haqqında (II-III mətnlər); Zınqırovlu Əzrayıl; Həvva; Huhun ölümü; Yerin-göyün ağırlığı (III mətn); İsgəndər (IV mətn); Şah Abbas (I mətn); Üzünün nuru gedən adam. Nağıllar: Yazıya pozu yoxdu; Quyruğu yox idi. Lətifələr: Bekaf Bəhlul; Soğan al, sarımsağ al; Elə bağlamışam, yerə düşməyəcək, ay qayınana. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə
Zeynalov Soltan İbrahim oğlu, Ağcabədi rayonunun Hacıbədəlli kəndi, 1936-cı il təvəllüdlü, təhsilsiz. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayətlər: Qaraçuxa (II mətn); Qızı udan əjdaha; İsgəndər (V-VI mətnlər); Topal Teymur (I mətn); Şah Abbas (II mətn); Hacı Qara (II mətn); Minəxor kəndi (I mətn); Haramı düzü; Gavur arxı (I mətn); Hacı Məmmədhüseyn (VI-VII mətnlər). Nağıl: Ağıllı qız. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov
BAŞLIQLAR
I MİFOLOJİ MƏTNLƏR, ƏFSANƏ VƏ
RƏVAYƏTLƏR
İnsanın yaranması 10
Dünya daşqını 11
Buğdanın ərşə çəkilməsi 13
Aynan Günəş 13
Məkkə yolu 13
Sağmal və subay ulduzları 14
Quyruq donan ay 14
Qaraçuxa 14
Hal haqqında 17
Cin haqqında 20
Əzrayıl haqqında 23
Zınqırovlu Əzrayıl 27
Şeytan haqqında 27
Qayışbaldır 28
Qurd haqqında 28
Gülnən bülbül 29
Qızı udan əjdaha 29
Canavar qız 30
Eşşəyə dönmüş qızlar 31
Ölməzlik alması 32
Peyğəmbərlər və dini şəxsiyyətlər haqqında
Həvva 32
Nuhun ölümü 33
Qoydu gözümü açım 34
Habilnən Qabil 34
Ucubulux peyğəmbər 35
Davud peyğəmbər 35
Süleyman peyğəmbərnən qarışqa 39
Küləkdən qorxan peyğəmbər 40
Qoyun, qarnınız tox, gözünüz ac olsun 40
Musa peyğəmbərin allahlığı 41
Musa peyğəmbərnən çoban 42
Fatihə surəsinin savabı 42
Yerin-göyün ağırlığı 44
Peyğəmbərdən nicat istəyən şir 47
Atın üzəngisinə çıxan qan 50
Ağıl vardan üstündür 51
Saili borcdan qurtaran Əli 53
Ahunu balasına yetirən Əli 55
Həzrət Əliynən Salsal pəhlivan 55
Həzrət Əliynən gavur 56
Şəddatın cənnət tikdirməsi 56
Pirlər və ocaqlar haqqında
Seyid Hüseyn ağa 58
Seyid Yusif ağa 61
Seyid Məhəmməd ağa 66
Hindarxlı Seyid Məhəmməd ağa 68
Seyid Əziz ağa 69
Həzrət Əli daşı 71
Əli pəncəsi 71
Bərdə imamzadəsi 72
Asxadan baba piri 73
Gəlin qayası 73
Eşq Abdal 74
Ələm ağacı 75
Tarixi şəxsiyyətlər haqqında
İsgəndər 75
Topal Teymur 85
Şah Abbas 85
Molla Pənah Vaqif 89
Qarabağın tanınmış adamları haqqında
Hacı Məmmədhüseyn 90
Hacı Qara 96
Xan Şuşinski 98
Sarı Aşıx 100
Aşıq Valeh 100
Qaçaq Nəbi 102
Qaçaq Qaraş 102
Yer adları, tayfa və nəsillər haqqında
Canavarlı kəndi 104
Köyük kəndi 104
Minəxor kəndi 105
Haramı düzü 105
Gavur arxı 106
Xatın arxı 106
Əjdər güllələnən yer 107
Axtamar gölü 107
Qaynaq qazılı 108
Qotur gölü 108
Qarı təpəsi 108
Yes xırman 109
Örənqala 110
Mil düzü 110
Ayran Alı təpəsi 111
Şpartı 112
Rəncbərlər kəndi 112
Sofu qəbirstanlığı 113
Şahsevən 113
Yaşa Əsəd 115
Müxtəlif mövzulu rəvayətlər
Hər sənətkar Dəllək Murad ola bilməz 116
İlanlara qənim kəsilən kişi 116
Üzünün nuru gedən adam 118
Halallıq 118
Ölünün dirilməsi 119
İtin etibarı 120
Aşığam, vətən sarı 121
Arxam boşdu, ona görə ağlayıram 122
Mən bayaq güləşdim 123
II XATİRƏLƏR
Kəbirlilər haqqında 124
Afşarlar haqqında 136
Şahsevənlər haqqında 152
Qaradolaqlar haqqında 159
III TƏRƏKƏMƏ YEMƏKLƏRİ
Bağır-beyin 169
Dəri basdırması 169
Basdırma 170
Sulux 170
Axtarma pendir 170
IV TƏRƏKƏMƏ OYUNLARI
Papax oyunu 171
Dəsmal oyunu 171
Keçipapax oyunu 171
Çoban oyunu 172
Dostları ilə paylaş: |