Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 8,77 Mb.
səhifə29/35
tarix30.07.2020
ölçüsü8,77 Mb.
#102750
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

XXX mətn



  • Kürkü geydim, baldırımı sarıdım,

  • Arvad-uşaq heş bilmədi varıdım,

  • Qoydular qapıda sərgi qorudum

  • Dedilər toyuğa kiş demir zaman.



  • Həşdatdan, doxsannan yüzə yaşadım,

  • Arvadı, uşağı onda boşadım,

  • Bir də uşağ oluf yerə iş...m,

  • Durdum gördüm yerim yaşdı bir zaman.



  • ***

  • Elin pisi kürdhacılıdı,

  • Tamam sözdəri acıdı.

  • Paşa bəyi qatmağ olmaz,

  • Hamısı ağıl möhtacıdı.



  • AŞIQ BƏYLƏR



  • Bizdə Molla Vəli var idi, Narışdar kəndində olurdu. Kəndə gələndə bizim evə düşərdi. Aşığ Bəylər dediyimiz də o kəntdən idi. Bir dəfə gedillər Vəlinin dalınca ki, ölü yerinə gətirələr. Aşığ Bəylər də toya gedirmiş. Qabangədih deyilən yer var, orda ras­da­şıllar. Molla Vəli deyir:

  • – Bəylər, xeyir ola?

  • Deyir:

  • – Vəli, yəqin xeyirdi ki, mən gedirəm da. Şər olcaxsa, sən gedəcəhsən.



  • AŞIQ VALEHİN ŞUŞA SƏFƏRİ



  • Valeh gedir Şuşaya toya. Toya xanın özü də gəlir. Okqədər gözəl, okqədər şirin oxuyur ki, xan çıxardır buna bir qızıl onnux verir. Toy qutarır, hər küsdə öz işinə gedir. Vəzir gəlir xanın yanı­na. Deyir:

  • – Xan, on ildi mən sana vəzirrik eliyirəm, heş sən bir manat maa pul vermirsən. O aşıx nə idi, ona bir onnux qızıl verdin?

    • Əyə, – deyir, – onu Allah ona verib ey, mən vermədim.

    1. Deyir:

    2. – Nətər Allah ona verdi?

    3. Deyir:

    4. – O gözəllikdə insan, o şirinnikdə səs, bunu Allah eliyib.

    5. Deyir:

    6. – İndi mən onu ziyana salım, sən də məni tanı.

    7. Razılıx verir, deyir ki, sal, amma namərtdik, alçaxlıx yox ha. Götürür bir məktub yazır öz imzasıynan. Şuşada boğaz ağrısı xəsdəliyi peyda oluf, camahat qırılır. İyirmi-otuz dənə öküz, at yükü zoğal təşkil eliyif gətirirsən buraya, bəlkə camahat qırılmıya. Axı xan da buna hörmət eliyif. Bu fikirrəşir ki, xanın məmləkətində bu hadisə oluf. Onnan-bunnan gedir atını isdiyir pulun verir, səbət isdiyir pulun verir, çual isdiyir pulun verir. Bu biri tərəfdən də vəzir hər küçəyə bir dənə zoğal satıcısı qoyur. Valeh elə şəhərin girəcə­yində görür zoğal satıllar. Bir az ayana yeriyir, zoğal satıllar, bir az ayana yeriyir, zoğal satıllar. Yolda öküzün biri ölür. Tərrəmiş at, qışın günü. At da qeysər44 olur, atı basdırıllar peyinə ki, sağala­cax. Atın biri heylə olur ölür. Gedir vəzirin sərəncamına. Deyir:

    8. Kim ki innən belə burda sala bağ,

    9. Arvadı q....di, özü qurumsax.

    10. Çualın küncünnən car oldu bulax,

    11. Mən belə bazarın nəyinə gəldim,

    12. Ordan buraya deyinə-deyinə gəldim.



    13. Allahverdigildə vardı bir nökər,

    14. Haramzada gejə durur bixəbər,

    15. Atın çulunu alır, at olur qeysər.

    16. Mən belə bazarın nəyinə gəldim,

    17. Ordan bura deyinə-deyinə gəldim.





    18. NADİR ŞAH VƏ SULDUZLU AŞIQ BƏHMƏN



    19. Nadir Şah Şərur mahalında müharibə eliyirdi. Aran zəmidə də Nadir Şahın dööləti, malı, dəvələri qalır. Aran zəmidə Qarabeygir adında bir atı qalır. Nadir şah da elan eliyif ki, kim Qarabeygir atın ölüm xəbərini mana versə, onu asdırajam. Sulduzdu Aşıx Bəhmən gedir çıxır bunun Aran zəmisinə. Malı-dööləti, dəvələri, qoyunu, atı. Gedir çıxır, baxır ki, camahat çox pis vəzyətdədi, elə bil ölüsü düşüf camahatın. Deyir, ayə, niyə belə oluf? Deyillər, Nadir şahın malı-dööləti, qoyunu, dəvələri hamısı qırıldı, Qarabeygir də öldü. Hamımızı dar ağacınnan asdırajax. Deyir, indi ki belədi, mən ge­dim oraya, Nadir şaha deyim, Qarabeygir öldü. Qoy məni öldürsün, bu camahata dəyməsin. Camahat da razılaşır.

    20. Gedir çıxır Şərura. Şərura o vaxdı çatır ki, Nadir şah qalib gəlif torpağı alıf. Nadir şah görür ki, bir aşıx çiynində saz gəlir. Deyir, çağırın bura, aşıxlar gəzəyən olur, görüm mənim aran zə­mim­dən nə xəbər var. Aşığı çağırıllar Nadir şahın hüzuruna. Nadir Şah deyir:

    21. – Aşıx, siz gəzəyən olursuz. Bir mənə deynən görüm aran zəmidə vəzyət necədi?

    22. Bu da aran zəmiyə gedif toxunuf, vəzyəti bilir nətərdi. Deyir:

    23. – Şahım, nolar, nətər lazımdı sənə deyərəm.

    24. Aşıx deyir:

    25. Başına döndüyüm ədalət şahım,

    26. Aran zəmi bu il çox qar olufdu.

    27. Qar suyu işməhdən qırılır uşax

    28. Çay çeşmələr donuf mismar olufdu.

    29. – Ayə, nə pis xəbər verdin, ə. Ə, – deyir, – mən ora yonca əkdirmişdim. Nə danışırsan? Bəs o yonca nətər oldu?

    30. Aşıq deyir:

    31. – Düz deyirsən, əkdirmişdin.

    32. Yoncanı əkdirdin dəvə boyunca,

    33. Dəvələr yemədi qarnı doyunca,

    34. Əlim qabar oldu gönün soyunca,

    35. Nər mayalar çöldə beman olufdu.

    36. Deyir:

    37. – Sən öl, bu çox pis başdadı, ə. Bu belə başdıyıf, gələgör deyə ki, Qarabeygir də ölüf.

    38. Deyir:

    39. – Şah, başına dönüm, sən elan eləmisən ki, Qarabeygirin ölüm xəbərin kim gətirsə, başın kəsdirəjəm. Onun ölüm xəbərin özün dedin. Aşıx deyir ki,

    40. Odu ki, deyirsən atnan qatır,

    41. Birisi şilədi45, birisi qotur.

    42. Gördüyün köhlənnər yan-yana yatır,

    43. Qarabeygir damda mundar olufdu.

    44. Nadir şah qoşun sərkərdəsinə deyir ki, bunun boynun vur. Sərkərdə deyir:

    45. – Şah, aşıx gördüyünü çağırar. Bu gedif aran zəmini gəzif, nəyi görüfsə, onu deyir. Niyə boynun vurdurursan? Şəruru ki almı­şıx, hər şey düzələr. At da əmələ gəlejeh, qoyun da, mal da.

    46. Aşıx deyir:

    47. Yarəb, varmı bu işdərin əncamı,

    48. Bu ağır müşgülün tapıldı çəmi.

    49. Sulduzdu Bəmənəm, çəkmərəm qəmi,

    50. Gözəl şahım bizə pasiban46 olufdu.

    51. Şah deyir:

    52. – Səni buraxajam gedəjəhsən, arxayın ol. Deyir, məni istəyən buna xələt.

    53. Aşığın kisəsini doldurullar. Aşığ ordan yola düşür, gəlir çıxır aran zəmiyə. Aran zəmi Qarabağ mahalındadı. Deyillər, əyə, Sul­duz­du Bəhmən, de görək noldu? Deyir, sən öl, tam arxayın olun. Qarabeygirin ölüm xəbərin də dedim, heç birinizə ölüm yoxdu. Bax, bu da onun mana verdiyi xələt. Camahat da deyir, əhsən ki sən bizi bu zülümdən xilas elədin.

    54.  

    55. NÖVRƏS İMAN



    56. Atam söhbət eliyirdi. Atamın əsas sənəti dərziydi, hər şeyi bilən adamıydı. Özünün yaxşı saz çalmağı vardı. O söhbət eliyirdi ki, Növrəs İman Bərdə rayonunun Mustafaağalı kəndinə gəlib çıxır. Orda özü söhbət eliyəndə atamın yadında qalıb. Növrəs İman özü danışırmış ki, bir gün Göyçə mahalının qonşu Ağkilsə kəndinnən Dədə Ələsgərin oğlu Talıbı qonşu kəndə toya çağırıllar. Talıb gedir toya. Görür ki, toyu çalan Dədə Ələsgərin şəyirdi Aşığ Əsətdi. Bir az oturur qulağ asır. Baxır ki, Əsəd Ələsgərin sözlərini oxuyur öz adına bağlıyır. Doğurdan, kim olsa, qəlbinə dəyər. On iki il, on dörd il bir sənətkarın çörəyini ye, çörək qazanmağ üçün onnan sə­nət örgən, axırda da belə naxələflik eylə. Talıb qalxır deyir ki, Əsəd əmi, nə tez unutdun duz-çörəyi? Aşığ Əsəd də deyir ki, sən hələ cavansan, otur aşağı. O vaxdı Ələsgər deyirdilər, indi Əsəd deyillər. Talıb çox pəjmürdə halda qayıdır öz kəntdərinə. Bunun əmisi uşağı, qardaşı, qohum-əqraba baxır ki, Talıb çox pəjmürdədi. Soruşullar ki, Talıb, toydan gələn bu vəzyətdə olmaz. Nolub, niyə beləsən? Dü­şüllər üsdünə. Deyir, mənim dərdimə əncam eyləsə Kəlbəcərri Qurban eyliyər, bir də Aşıx Hüseyin Cavan. Növrəs İman bunnan soruşur ki, dərdini de, əmoğluyuğ, öldürmə məni. De­yir, hal-qəzyə belə-belə. Əsəd atamın sözdərini oxuyur öz adına bağlıyır, mən də belə dedim, mana da nalayiq cavab verdi. İman cürə sazı götürür, atı minir həmin kəndə gedir Əsədin dalınca. Əsədə də xəbər verillər ki, evin yıxılsın, İman gəlir. Əsəd toyu yarım­çıx qoyub aradan çı­xır. İman gəlir ki, Əsəd qaçıb. Bunu tutullar ki, sən aşığı­mızı qaçır­mısan, gəl toyumuzu yola ver, sora hara gedirsən get. İman məj­bur­du, toyu yola verir, səhərisi gəlir Gəncə şəhərinə dəmir­yol vağza­lına. Əsəd o vaxdı tanınan aşıxlardan olub. Aşığ Əsədi kassirdən soruşur. Kassir deyir, dünən gejə Tiflis poyuzuynan getdi. İman da bilet alır, gəlir Tiflisə. Səhər-səhər Tiflisdə düşür, ora-bura fırranır, baxır bir çayxana var. Gedir çayxanaya. Baxır ki, bir saz asılıb çayxanadan. Sazını burdan asanda çayxananı işdədən oğlan gəlir ki, qardaş, onu ordan asma. İman deyir ki, niyə? O da çəkil ağacın­nan­dı, bu da. Birinin böyük, birinin balaja olmağının nə mənası var? Bir-birini yemiyəjək a. Deyir, mən sözümü dedim, mənnən incimə.

    57. Nəysə, oturuf çay içəndə Aşıx Sadıx gəlir. – “Saz kimindi?” Heş kim dillənmir. Çayxananı işdədən oğlan deyir ki, Sadıx əmi, o cavan oğlanındı o saz. – “Ə, sənindi saz?” Deyir: – “Bəli, mənim­di”. Deyir: – “Bunu burdan niyə asmısan?” Deyir: – “Ay əmi, ikisi də çəkil ağajınnan düzəlib, bir-birinin ətini yemir a, durub orda”. Deyir: – “Yox, onu ordan asmısansa, məni meydana çağırırsan. Sazını götür çıxax meydana”.

    58. Nəysə, İman sazını götürür çıxır ortaya. Sadıx da sazını götü­rür. Yaşda böyük olduğuna görə Sadıx düşür qabağa. Xəsdə Qası­mın açılmayan qıfılbəntdərini Növrəs İmana deyir. Növrəs İman çönür ki, qırmızı ayəynən divara cavabı yazılıf. Nörəst İman özü də savadsız adam olub, heç bir mədrəsə bitirmiyib. Amma o devrdə sovet sədri işdiyirmiş. Aşıx Sadıx dedikcə İman açır. Otu­ran­nar de­yir ki, icazə ver bu kişi də bir söz desin. Sadıx arada soru­şur ki, qar­daş oğlu, birdən Göyçə mahalınnan olarsan, dosdum Ələs­gərin tö­rə­məsinnən olarsan? İman boynuna almır. Nəhayət, İman boynu­na alır ki, mən Ələsgərin qardaşı Musanın oğluyam. Sadıx qolunu sa­lır bunun boynuna ki, gedəjeyik bizə. Bu gejə mənim qonağım­san.

    59. Aşıx Sadıx İmanı götürür gətirir öz evlərinə. Oturuflar, bir az ordan-burdan söhbət eliyillər. Sadığın ayləsi də yemək hazırrı­yır­mış. Sadıx arada qalxır gedir ayləsinə nəsə tapşırır. Yemək ortaya gələndə İmana agah olur ki, yeməkdə nəsə var. Çönür deyir ki, ay xala, o cürə sazı ver mana. Sinəmə üç xana söz gəlib, onnarı deyim. Sadıx deyir, qardaşoğlu, çörəyimizi yeyək, gejəni əlimizdən almı­yıf­lar a, səhərə qədər birin sən de, birin mən. Deyir, yox ey, sinəm çatdıyır, qoy deyim sora. Özü qalxır sazı götürür, belə bir qoşma deyir:

    60. Hamı xəlq olundu bir qətrə sudan,

    61. Hər ötən gədəyə xan demək olmaz.

    62. Yatıb yuxudadı, qalxmaz yuxudan,

    63. Nəlayiq insana can demək olmaz.





    64. Ömür xoş keçirsə, başın tacıdı,

    65. Taleh bəd gətirsə, bəxt qıyqacıdı,

    66. Bir tənə söz zəhrimardan acıdı,

    67. Namərd süfrəsində nan yemək olmaz.

    68. Növrəs İman Əsədi tapmır. Özünün dediyinə görə, gəlir Gən­cə­də Şeyx Sənan kümbəzinə girir. Deyir, ora girdim ki, Quranın yazı­lışında səyf var, mən Quranı təzədən yazajam. Orda ağalar ağası mana bir şillə vurdu, hələ də onun əzabın, əzyətin çəkirəm. Onnan sora İman havalanır.



    69. ƏLƏSGƏRLƏ ŞƏYİRDİ MİKAYIL



    70. Mikayıl Dədə Ələsgərin şəyirtdərinnən biri olub. Götürmək qabiliyyəti bir az zəyif oluf. Mikayıla örgədillər ki, on iki ildi Ələsgərə şəyirtdik eliyirsən. Sən də Ələgər kimi bir aşıqsan, get özünə çörək qazan. Nə vaxda qədər sən bu kişiyə qulluğ eliyəssən. Bu da bunun ağlına batır. Bir gün deyir, Ələsgər əmi. Deyir, bəli. Deyir, Ələsgər əmi, mənə xeyir-dua ver, mən gedəsi oldum. Deyir, oğul, niyə? Deyir ki, baxıram ki, yetginnəşmişəm, mən də bir aşı­ğam. Deyir, ay oğul, hələ yarımçıx da döyülsən. Gəl getmə. Deyir, yox ey, gedəjəm. Mikayıla bir saz da bağışdıyır. Deyir, oğul, get, amma sənnən bir xayişim var. Deyir, buyur. Deyir, getdiyin məclis­lərdə demə Ələsgərin şəyirdiyəm (çünki Ələsgər Mikayılın yükünü bilirdi). Deyir ki, baş üsdə.

    71. Nəysə, Mikayıl sazı götürür çıxır gedir. Bir müddət aradan keçir. Bir kəntdən keçəndə baxır ki, toy səsi gəlir. Dönür toya. Görür bir saz aşığı meydan suluyur. Ataların bir sözü var. Deyir, qonax qonağ isdəməz, ev yiyəsi hər ikisin. Aşıx da heylə olub. Aşığ aşığı görəndə mütləq meydana çağırmalıydı. Mikayıl məclisə gəlir. Buna söz verillər. Çalıb oxuyur. Aşıx baxır ki, barmax, mizrab xam vurur, boğaz xam vurur. Özü də baxır Mikayıl bir az yekə gedir, ustaddarın yerişini yerimək isdiyir. Baxır ki, bunda alınan söhbət döylü. Bunu çəkir meydana. Deyir, kimin şəyirdisən? Deyir, özüm örgənmişəm. Çox çalışır, demir. Orda Xəsdə Qasımın dəyirman hakqında deyilmiş açılmıyan qıfılbəndin Mikayıla deyir. Mikayıl qalır çar-naçar. O vaxdı da qanun beləydi ki, bağlandınsa, sazını verməlisən. Mikayıl məjbur sazın verir, atın minir tərpənir Ağkil­səyə Dədə Ələsgərin hüzuruna. Uzaxdan Dədə Ələsgər baxır ki, Mikayıl gəlir, amma saz yoxdu belində. Qardaşı Musaya deyir ki, Mikayılın deyəsən yal quyruğunu qırxıb göndəriflər üsdümüzə. Mi­kayıl gəlif çıxır başaşağı. Ə, Mikayıl, oğul, sazın hanı? Dinmir. Ay oğul, danış. Deyir, hal-nağıl belə-belə. Ə, sözdər yadındadı? Deyir, yadımdadı. Sözdəri deyir. Ələsgər oğlu Bəşirə deyir ki, ay Bəşir ba­la, o sazı ordan gətir bura. Bəşir sazı gətirir, Ələsgər sazı köklüyür. Müxəmməs üsdündə deyilmiş qıfılbəntdi, Dədə Ələsgər də müxəm­məs üsdündə onu açır. Deyir:

    72. Gələndə usdad kəlamı köhnə yaram qan verir,

    73. Mocə gəlir bəhri-çeşmim qətrey- baran verir.

    74. Danəni torpağ içində göyərdir kani kərəm,

    75. Bir cüt mələk müqərrardı, bizdərə ərzan verir.



    76. Şirdanından dən gəlmiyəndə düşür qeyri hala,

    77. Dəhanından atəş qalxır, ah çəkib eylər nala.

    78. Qəzəbinnən ləngər verir gah qabağa, gah dala,

    79. Dut qalxdıxca ləngər verir, asiman verir.



    80. Gəl biçarə Ələsgər, dərsi kimnən almısan,

    81. Nahax yerdən saz götürüf xalqa qovğa salmısan,

    82. Üç kəlmə sözdən ötrü sən ki məhətdəl qalmısan,

    83. Nahaxdı İran tatdarı Mikayıla dövran verir.



    84. QARA KƏRİM



    85. Kərim Şahüseyn oğlu XIX əsrin birinci yarısında Zəngəzur qəzasının Çıraqlı kəndində yaşamışdır. Anadan olduğu və öldüyü tarix dəqiq bəlli deyildir. Kərimin atası Şahüseyn cavankən vəfat etmiş, arvadı Fatma oğlu Kərimi başqalarına cəhrə əyirib yun dara­maq və gəbə toxumaqla böyütmüşdür. Kərim böyüyəndən sonra bəyə nökər olmuşdur. Nökər haqqına aldığı qara cöngəni ham­paların kotanına qoşub özü də hodaqlıq etmişdir. Kərim savadsız ol­duğu halda sinədən şeir deyərmiş. Hətta müasirləri Kərim ilə Baş­xanım arasında olmuş əhvalatlar əsasında “Qara Kərim” adlı rəvayət yaratmışlar.



    86. QARA KƏRİM VƏ QIZXANIM



    87. I mətn

    88. Qara Kərim Ağcakəntdən bir qız sevir, adı da Qızxanım oluf. Qızxanım da bəy nəslidi. Varı-dööləti, zəri-zibası – hər şeyi öz yerin­də. Qızxanımın atası, anası gedif dağa, özü qalıf Ağcakəntdə. Bu da nökər idi, Çıraqlı İlyasın öküzdərini otarırmış. Öküzdəri qoyufdu biçənəhdə gejəykən gedif çıxır Qızxanımın yanına. Deyir:

    89. – Qızxanım, mən axı sənin dərdinnən dəliyəm. Sən niyə rəhm eləmirsən, bunun aqibəti hara gedif çıxajax?

    90. Deyir:

    91. – Kərim, yetimsən, qəbul eliyirəm. Atan yox, anan yox, qəbul eli­­yirəm. Evin yox, qəbul eliyirəm. Amma qarasan, onu qəbul elə­mi­rəm.

    92. Bu da ərəblər kimi qarayanız oğlanmış. Deyir:

    93. – Xanım, iki qatar söz deyəjəm. Əgər qəbul eləsən, eliyərsən, eləməsən, mən razı.

    94. Deyir:

    95. Sən mənə qara de, mən sənə timsal,

    96. Göreydim xatırın razı olarmı?

    97. Ağ süd ağ kağıza əncam eyləməz,

    98. Qara mürəkgəbsiz yazı olarmı?



    99. O adam namərtdi bəhməz yemiyə,

    100. Kişmiş qara şeydi adın demiyə,

    101. Yüz neməti qoyar olsan nəmiyə,

    102. Nemətdərin bir şahbazı olarmı?



    103. Ay da gedib düşür qara buluda,

    104. Siyah torpax ayrı durarmı suda?

    105. Bir xəbər söylüyün o güftu gudə,

    106. Onnarın bir-birinnən nazı olarmı?



    107. II mətn

    108. Qara Kərim Laçın rayonunun Çıraxlı kəndində anadan oluf. XVIII əsrin sonları XIX əsrin birinci yarısında yaşıyıf. Kəlbəcər rayonunda Başxanım adında bir qız ona buta verilif. O, öz butasına şeirlər həsr eləməyə başdıyır. Bizim Çıraxlı kəndinin qonşuluğunda Bozdu kəndi vardı, orda Təməsqulu bəy oluf. Təməsqulu bəyin də həyat yoldaşının adı Başxanım oluf. Başxanıma xəbər verillər ki, Çıraxlı Kərim sənin hakqında şeir yazır, səni vəsv eliyir. Bu da özün­nən çıxır, bəy arvadıdı. Deyir, kim, o qara gedə? Qara Kərim də bu sözü eşidir, gəlir Təməsqulu bəyin qapısına. Çağırır, bəy çıxır çölə. Deyir, şair, çıx yuxarı. Deyir, yox bəy, qapında ölməyə gəl­mişəm. Deyir, Kərim, niyə? Deyir, elə söz oxuyajam ki, məjbur oluf məni öldürəssən. Nədi, nədi? Deyir, arvadın Başxanımı çağır, ona deyiləsi sözüm var. Başxanımı çağırır. Axı orda buna qara gedə deyif. İndi Kərim qara rəngin həyatda nə qədər vacib olduğunu nəzmə çəkir.

    109. Deyir, sən qara deyərsən, mən timsal,

    110. Göreydim xətrin razı olarmı.

    111. Ağ süd ağ kağıza əncam eyləməz,

    112. Qara mürəkgəbsiz yazı olarmı?



    113. Gün göyçəkdi, niyə düşür qara bulutdan,

    114. Siyah toprax ayrı durarmı sudan?

    115. Xəbərdar olarsan bu giftu guhdan,

    116. Onnarın bir-birinə nazı olarmı?



    117. Ağ post yaxşıdı qara buxara,

    118. Qırmızı çarğata çalmeyi-qara,

    119. Kərim deyər həqiqəti, sən hara,

    120. Onnarın bir-birinə nazı olarmı?



    121. III mətn

    122. Kərim gedir Başxanımın dalınca. Görür ki, Başxanım köçüb gedib yaylağa. Dalınca yaylağa gedir, görür burdan da köçüb. Orda deyir:

    123. Köçübdü ağır elləri

    124. Batıbdı qəm-yasa dağlar.

    125. ..................................

    126. ......................................



    127. İki sevgi firaq kimi

    128. Hakq keçirmiş çırax kimi,

    129. Bağban əl çəkmiş bağ kimi

    130. Qalıbdı mirasa dağlar.



    131. Dağlar yenə öyünübdü,

    132. Gül-nərgizi soyunubdu,

    133. Kərim kimi geyinibdi

    134. Qara libasın dağlar.



    135. IV mətn

    136. Kərim çox gedir Başxanımın dalınca. Başxanımın ata-anası qızı buna vermillər. Okqədər gedir gəlir, gedir gəlir. Anası da görür Kərim bu qızdan əl çəkmir. Ehtiyat eliyir ki, əlinnən bir xəta çıxa, bunun başına bir iş gələ. Anası onu mundarrıyır, onnan sora Başxa­nımdan əl çəkir. Başxanımnan əl çəkənnən sora mənim babamın bayısını verillər Qara Kərimə.



    137. OLUR



    138. Laçın rayonu dağlıx yer olduğu üçün qış sərt olurdu. Bir il də qış çox sərt gəlir. Qara Kərimin qohumlarından Qədir addı kişinin otu qutarmışımış. Mal-qoyun da çox. Qalır çar-naçar vəzyətdə ki, neyniyim. Bizdə yaz bir az gej gəlir da. Mart ayının axırrarıdı, bunun ot-alafı qutarıf, qalıb pis vəzyətdə. Qara Kərim götürüb onu nəzmə çəkir. Deyir:

    139. Qıjıltıynan dağdan əsir tufannar,

    140. Vaveyliyə düşüf cəmi insannar.

    141. Mərələrdən qutarıfdı samannar,

    142. İndi də gəvənnər xoş avaz olur.



    143. Biçarə Qədirdə yoxdu bir güman,

    144. Axşam-səhər dayim çəkir əl-aman,

    145. Kim versə ona bir səbət saman,

    146. O zaman əhvalı çox saz olur.



    147. Qara Kərim, unutma bu ilki qışı,

    148. Çürüdür ağacı, əridir daşı,

    149. Müşgül olub qara camışın işi

    150. Xəlbirnən azuqəsi çox az olur.



    151. OLMAZ



    152. Qonşu kənt var, Qarakeşdi. Orda yüzbaşı İsgəndər oluf. Bir az əzazil adam oluf. Gəlif töycünü yığanda camahatı incidif. Qara Kərim orda ona bədahətən şeir deyir. Qara Kərim özü yazıb-oxu­mağı bilmiyif, nə deyirdisə, bədahətən deyirdi. Orda ona deyir ki:

    153. Fürsət əldə ikən yaxşılığ eylə,

    154. Əlində hər zaman ixdiyar olmaz.

    155. Gəl güvənmə dövlətinə, malına,

    156. Mala, mülkə, ömürə eytibar olmaz.



    157. Qara Kərimi axdaran tapar,

    158. Bir könlü tikən min kəbə yapar,

    159. Sən çalış işini hakq ilə apar,

    160. Hakdan qeyri kimsə sənə yar olmaz.





    161. OLMAZ



    162. Deyillər ki, hər zad çəkər cinsinə,

    163. Sarı əldə saxlamaxnan baz olmaz.

    164. Nanəcibə əmək çəksən itirər,

    165. Qalayçıdan sana minasaz olmaz.



    166. Borc çörək alsa da qardaşdan bacı,

    167. Verəndə yaxşıdı, alanda acı.

    168. Rəndəyə çəksən də əyri ağacı

    169. Binadan əyridi, daha düz olmaz.



    170. At yerinə ulax çəkər töylüyə,

    171. Yaramaz ki düşmən üsdə höylüyə,

    172. Söyütdən təndir, kürtdən (bijdən) ölüya,

    173. Qara qarğa suya düşsə, qaz olmaz.



    174. Selav kənarında yatan şad olmaz,

    175. Bədəsillə həmdəm olan kam almaz.

    176. Şüşədən çəksələr, əsil cam olmaz,

    177. Əsil cam da sınsa, hələ zay olmaz.



    178. Ulduz şölə saçmaz çıxsa ayınan,

    179. Gədəçədən heç bəy olmaz çayınan,

    180. Qonşulardan gələn cam-cam payınan

    181. Yəqin bilin, heş kimsənə bay olmaz.



    182. Kərim deyir, yaxşı nədən tanını,

    183. Var qutarar eyiblinin canını,

    184. Çəksələr meydana hak divanı,

    185. Kök öküzdər arıx ata tay olmaz.



    186. Kərim bu sözdəri deyər xasına,

    187. Canım qurban iyitdərin xasına,

    188. Qarğa yumurtasın quş yuvasına,

    189. Qoysan, qarğa olar, baysar olmaz.



    190. GƏRƏK



    191. Arxalığ əlindən gəldim amana,

    192. Səni qatlayıban bir bükən gərək.

    193. Yolum düşsə, bir səfərə getməyə,

    194. Şəllənməyə yaxşı bir örkən gərək.



    195. İynə satan, malın qalsın mirasa,

    196. Sapı pərdi imiş, ulduzu kasa.

    197. Qara Kərim, çox söyləmə xülasə,

    198. Sən deyən təhərdə bir tikən gərək.



    199. AŞIQ MÖHÜBBƏT

    200.  

    201. Həsənov Möhübbət Məhəmməd oğlu Laçın rayonunun Zağal­tı kəndində anadan olub. Ağcabədi rayonunda dünyasını dəyişib. Deyilənə görə, aşıqlıqdan əlavə, həm də gözəl at çapırdı. Hətta bir dəfə toyda at çapışı zamanı atının tapırı qırılır, yəhəri düşür. Çılpaq atnan yenə hamını keçməyi bacarır.



    202. Yüklə 8,77 Mb.

      Dostları ilə paylaş:
  • 1   ...   25   26   27   28   29   30   31   32   ...   35




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin