Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 8,77 Mb.
səhifə31/35
tarix30.07.2020
ölçüsü8,77 Mb.
#102750
1   ...   27   28   29   30   31   32   33   34   35

QALDI

  •  

  • Ziyarətgahımdı ata ocağı,

  • Mənimçün müqəddəs pir idi, qaldı.

  • Səsin eşitmədik ulu dağların,

  • Ağladı-ağladı, kiridi qaldı.

  •  

  • Xınalı kəkliyin xəzin nəğməsi,

  • Mavi səmalarda qartalın səsi,

  • Bulağ zümzüməsi, çay şəlaləsi

  • Qiymətli sərvət idi, dür idi, qaldı.

  •  

  • Kəkotu, qantəpər, zirəçiçəyi,

  • Yasəmən, gülxətmi, moruğ ləçəyi,

  • Çiyələk, baldırğan, ayı döşəyi,

  • Ləli-gövhər idi, nur idi, qaldı.

  •  

  • İçimi yandıran alov ahımdı,

  • Zülmətə çevrilən nur sabahımdı,

  • Siznən ünsiyyətdə olan ruhumdu,

  • Umbay o dağlarda əridi qaldı.

  •  

  • QALAMDIR SAZIM

  •  

  • Həm saz övladıyam, saz varisiyəm,

  • Həm də ki, sinəmdə balamdır sazım.

  • Günəşə, vətənə, eşqə, ülfətə

  • Şöhrətdir, alqışdır, salamdır sazım.

  •  

  • Həyat dərsliyidir qədir bilənə,

  • Dünya saz nuruna gərək bələnə,

  • Qızıl şəfəqləri qəlbə çilənə,

  • Öyüddür, hikmətdir, kəlamdır sazım.

  •  

  • Zəfərim, harayım, hayım ondadır,

  • Günəşim, ulduzum, ayım ondadır,

  • Mərifət, məhəbbət, payım ondadır,

  • Bir ölməz sevdadır, ilhamdır sazım.

  •  

  • Əzəldən qılınca bir qardaş olmuş,

  • Bahar buludutək boşalmış, dolmuş,

  • Haqqın döyüşündə yaralar almış,

  • Basılmaz, yenilməz məramdır sazım.

  •  

  • Onun nəğmələri Kürdür, Arazdır,

  • Əslimin, soyumun anası sazdır.

  • Bu sözü qəbrimin daşına yazdır:

  • Umbayam, alınmaz qalamdır sazım.

  •   

  • ARASINDA

  •  

  • Birisi ayrılıq, biri vüsaldır,

  • Qalmışam iki cür yol arasında.

  • Ya qolum quruya, boynuna həsrət,

  • Ya səni nazlaram qol arasında.

  •  

  • Mən sənin dalınca ləliyəm, ləlik.

  • Çoxdur yad ovçular, dilbilməz əlik.

  • Tərlan qorxusunnan xınalı kəklik,

  • Qurar yuvasını kol arasında.



  •  Birdən meylin dönər haram sərvətə,

  • Baxmazsan peymana, eşqə, mürvətə,

  • Uyarsan rütbəyə, ada, şöhrətə,

  • Qalarsan ürəklə pul arasında.

  •  

  • Sənin Umbay kimi əhli-halın var,

  • Bilmirəm nə meylin, nə xəyalın var.

  • Hər dodaq üstündə bir tək xalın var,

  • Dirilik bulağı xal arasında.

  •  

  • VAR

  •  

  • Bəxtəvərsən, telli sazım,

  • Od ürəkli diyarın var.

  • Qorqud kimi Baba dağın,

  • Ələsgər tək Qoşqarın var.

  •  

  • Nələr deyim, nələr sana,

  • Quzu könül mələr sana.

  • Kim toxuna bilər sana,

  • Öz Koroğlu simsarın var.

  •  

  • Telindədi Qurbanilər,

  • Gəraylılar, divanilər,

  • Qoy çağlasın ruhanilər,

  • Xəzanım var, baharın var.



  • “El havası” bir dəryadır,

  • Həm cəngidir, həm layladır.

  • Bir nağıldır, bir röyadır,

  • Nə şirin bəhrə-barım var.

  •  

  • Sən oldun ömrümün dadı,

  • Gül açdı könül muradı,

  • Umbayın kamil ustadı,

  • Əmrahın, Kamandarın var.











  • BULAQ

  •  

  • Kor olaram, gözlərinə

  • Baxmasa gözüm, ay bulaq.

  • Söykənsin billur üzünə,

  • Sərinnəsin üzüm, ay bulaq.

  •  

  • Yaxşı bax bu yer üzünə,

  • Bir gör əyrisi, düzü nə?

  • Yolundakı yar izinə,

  • Qarışsın izim, ay bulaq.

  •  

  • Qəlbi nədən daşa döndü?

  • Bir vəfasız quşa döndü,

  • Gözlərimdə yaşa döndü,

  • O pünhan sözüm, ay bulaq.

  •  

  • Ürəyimdə nakam dilək,

  • Mələyər yetim quzu tək.

  • Səninlə sərniməz ürək,

  • Mən necə dözüm, ay bulaq?

  •  

  • O bədr olan gözəl aya,

  • Yalvardım, salmadı saya.

  • Aşıq Umbay bir sal qaya,

  • Sən gümüş sazım, ay bulaq.

  •  

  • BAXTIMI

  •  

  • Dünyanın tilsim qarısı,

  • Qərq eylər selə baxtımı.

  • Zəncirləyər Məcnun kimi

  • Aparar çölə baxtımı.

  •  

  • Günəşimi arasalar,

  • Yol azdırar yarasalar,

  • Zalım hicran qara salar,

  • Dağlarda Lələ baxtımı.

  •  

  • İçdiyim qəm ağusudur,

  • Aləm onun yağısıdır,

  • Qərib çöllər ahusudur,

  • Gözləyər tələ baxtımı.

  •  

  • Saçımda rəngi var qışın,

  • Qəm dövrəmdə qoşun-qoşun,

  • Çiynində hicran, qurğuşun,

  • Yıxar bu şələ baxtımı.



  • Olum dünya, ölüm dünya,

  • Axır başı ölüm dünya,

  • Umbayam, bu zalım dünya,

  • Sovurdu yelə baxtımı.

  •  

  • HEYİF



  • Möhübbət Həsənovun vaxtsız vəfatına

  •  

  • Yenə yada düşdü, can ay Möhübbət,

  • O məğrur, dolaşıq telinə heyif!

  • Yandırar aləmi vaxtsız tənəzzül,

  • Ağır itgi oldu elinə, heyif!

  •  

  • Qamətin yadıma düşəndə necə,

  • Gözlərim qaralır, gün olur gecə,

  • Hamı heyran idi səndəki gücə,

  • Pəhləvan qüvvətli qoluna heyif!

  •  

  • Nə deyim həyatın belə işinə,

  • Bağlanan bir ömrün bu gərdişinə,

  • Enli kürəyinə, aslan döşünə,

  • O pələng pəncəli əlinə heyif!

  •  

  • Umbayam, baş əydim mərhəmətinə,

  • Ali əqidənə, ədalətinə,

  • Düzgün eytibara, sədaqətinə,

  • Sahibsiz sazının telinə heyif!

  •  

  • AMANDI

  •  

  • Atam Sadıq deyərdi ki, ay oğul,

  • Haramı halala qatma, amandı!

  • Mənliyin, vicdanın, saflığın olsun,

  • Yadlar ətəyindən tutma, amandı!

  •  

  • Deyərdi ki, unutma sən ağlını,

  • Babaların nəsihətini, nağlını.

  • Tanıyıram bir nainsaf oğlunu,

  • Onun tilsimində yatma, amandı!



  • Bir də deyərdi ki, Vətən yaxşıdır,

  • Sadalardı nədən, nədən yaxşıdır.

  • Vətənin xeyrini güdən yaxşıdır,

  • Zərrəsin heç nəyə satma, amandı!

  •  

  • Deyərdi ki, çox insanlar görmüşəm,

  • Sərvət üçün alçalanlar görmüşəm,

  • Alçaqlıqla ucalanlar görmüşəm,

  • Bax, belə şöhrətə çatma, amandı!

  • SÖYLƏYİCİLƏR HAQQINDA MƏLUMAT



  • Abasəliyeva Güllü Səttar qızı, Laçın rayonu, Vağazin kəndi, 1941-ci il, yeddi illik təhsil. Ağcabədi rayonunun Taxtakörpü qəsə­bəsində məskunlaşıb. Söylədiyi bayatılar: 1-221. Toplayanı: İ.Rüstəmzadə



  • Abbasov Asif Şura oğlu, Laçın rayonu, Arduş kəndi, 1962-ci il, orta təhsilli, ticarətlə məşğuldur. Söylədiyi mətnlər: Ovçuluqla bağlı xatirələr (III mətn); Ərimgəldi. Aşıqlar və el şairləri: Aşıq Abbas (XII-XX mətnlər). Toplayanı: İ.Rüstəmzadə



  • Abbasov İnşallah Abış oğlu, Laçın rayonu, Piçənis kəndi, 1927-ci il, orta təhsilli. Binəqədi rayonunda məskunlaşıb. Söylədiyi mətnlər: Paşa bəy (XIV mətn). Aşıqlar və el şairləri: Aşıq Abbas (XI mətn). Toplayanı: İ.Rüstəmzadə



  • Abbasov Yaqub, Laçın rayonu, Güləbird kəndi, ali təhsilli müəl­­­lim. Sumqayıt şəhərində məskunlaşıb. Söylədiyi mətn­lər: Sarı Aşıq (XVI-XVIII mətnlər). Toplayanı: İ.Rüstəmzadə



  • Abdullayeva Qələm Əhməd qızı, Laçın rayonu, Qazıdərəsi kəndi, təhsilli. Sumqayıt şəhərində məskunlaşıb. Söylədiyi mətn­lər: Güdul adam; Ata məsləhəti. Vergili adamlar haqqında: (II mətn). Nağıl: Sarsaq arvad. Lətifə: Adamı adam yanına gön­də­rib­lər; Hamısı var. Toplayanı: S.Bağdadova



  • Ağayeva Atlas Məhəmməd qızı, Laçın rayonu, Qazıdərəsi kəndi, 1937-ci il, təhsilsiz. Sumqayıt şəhərində məskunlaşıb. Söylə­diyi mətnlər: Seyid Səfi ocağı. Toplayanı: S.Bağdadova



  • Axundov Umbay Sadıq oğlu, Laçın rayonu, Qarakeçdi kəndi, 1940-ci il, ali təhsilli. Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Nağıl: Şah Abbas və üç oğru. Lə­tifə: Bəhməzin tamı yoxdu. Dastan: Nigarın İstanbula aparılması. Aşıqlar və el şairləri: Aşıq Valehin Şuşa səfəri; Aşıq Abbas (X, XXIX mətnlər); Nadir Şah və Sulduzlu Aşıq Bəhmən; Qara Kərim və Qızxanım (I mətn). Şeirlər: Olmaz; Arvad; Dərdini; Keçi; Ya­tıb­dı; Dağlar; Dəyməsin; Ağlar məni; Taleh, etmə məni namərdə möh­tac; Gəlsin; Yalandı; Onda yada şeir düşür; Qaldı; Qalamdır sazım; Ara­sında; Var; Bulaq; Baxtımı; Heyif; Amandı. Toplayanı: İ.Rüstəmzadə



  • Aslanov İbiş Şərif oğlu, Laçın rayonu, Mişni kəndi, 1940-cı il, inşaatçı olub. Abşeron rayonunun Sulutəpə qəsəbəsində məs­kun­laşıb. Söylədiyi mətnlər: Gəloxçu tayfası (II mətn); Laçın adının mənşəyi. Səyyah Məhəm­mədin şeirləri: Gedir; Qara deyilmi? Toplayanı: İ.Rüs­təmzadə



  • Aslanov Surxay Aslan oğlu, Qubadlı rayonu, Qaracallı kəndi, 1931-ci il, ali təhsilli, uzun müddət müəllim işləyib. Sumqayıt şəhə­­rində məskunlaşıb. Söylədiyi mətnlər: Mirsədi ağa (III mətn); Korlar kəndi; Nəzir bulağı. Toplayanı: İ.Rüstəmzadə



  • Aslanov Şahsuvar İsgəndər oğlu, Laçın rayonu, İrçan kəndi, 1953-cü il, orta təhsilli. Bilgəh qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Cağazurlu Ağamməd. Toplayanı: İ.Rüstəmzadə



  • Aslanova Əfruzə Əli qızı, Laçın rayonu, Cicimli kəndi, 1975-ci il, orta təhsilli. Sumqayıt şəhərində məskunlaşıb. Söylədiyi mətn­lər: Arvaddan qorxan kişi. Toplayanı: S.Bağdadova



  • Balakişiyev İsmixan Calal oğlu, Qubadlı rayonu, Başarat kəndi, 1948-ci il, ali təhsilli. Söylədiyi mətnlər: Əlyanlı qaçaqları (VI mətn). Toplayanı: İ.Rüstəmzadə



  • Bayramov Cavanşir Fərman oğlu, Laçın rayonu, Mais kəndi, 1951-ci il, səkkizillik təhsil, sürücü işləyib. Ağcabədi rayonunda məskunlaşıb. Söylədiyi mətnlər: Gəloxçu tayfası (I və III mətnlər); Ərəblər nəsli; Qaçaq Səfo (II mətn). 1918-ci il hadisələri xatirə­lərdə: (III mətn). Toplayanı: İ.Rüstəmzadə



  • Behbudov Xanlar Mustafa oğlu, Laçın rayonu, Malıbəy kəndi, 1938-ci il, orta təhsilli, sinif müəllimi. Qala qəsəbəsində məs­­kun­laşıb. Söylədiyi mətnlər: Malıbəy kəndi. Toplayanı: İ.Rüstəmzadə



  • Bədəlov Əyyub Bağman oğlu, Qubadlı rayonu, Dəmirçilər kən­di, 1942-ci il, ali təhsilli. Sumqayıt şəhərində məskunlaşıb. Söy­lədiyi mətnlər: Hacı Bədəl (I-V mətnlər). Etnoqrafik mətn: Nov­ruz adətləri (VIII mətn). Ləti­fə: Dəli sözü (II mətn); Keçən il vur­dum, oldu; Həkim, ölməyim məsləhətdi; Yüz qıram içməklə çər­lədin; Mən də arvad kimi bir şeyəm; İt de, qurd de, nə deyirsən de. Toplayanı: İ.Rüstəmzadə



  • Bəxtiyarov Məmmədqulu Bərxudar oğlu, Laçın rayonu, Gülə­bird kəndi, 1954-cü il, ali təhsilli riyaziyyat müəllimi. Söylədiyi mətnlər: Bayramuşağı nəsli; Kolanı İsmayıl. Aşıqlar və el şairləri: Sarı Aşıq (XIV mətn). Toplayanı: İ.Rüstəmzadə



  • Bəndəliyev Əyyub İsmayıl oğlu, Laçın rayonu, Qarakeçdi kəndi, 1925-ci il, ali təhsilli. Ağcabədi rayonunda məskunlaşıb. Söylədiyi mətnlər: Cin haqqında (I mətn); Həzrət Əli haqqında digər mətnlər (III mətn); Səfqulu və Ağəli nəsli (I mətn); Əsli-Kərəm bulağı; Gəlmədin. Nağıl: Dünyanı necə tutsan elə də gedər. Lətifə: Bu bızındı (I mətn); Kamallının sifarişi; İstənilməyən qonaq (II mətn). Toplayanı: İ.Rüstəmzadə



  • Dəmirov Qafqaz Əvəz oğlu, Qubadlı rayonu, Mahmudlu kəndi, 1954-cü il, orta təhsilli. Söylədiyi mətnlər: Usuflu kəndi; Şah taxtı. Lətifə: İki çayın arasından keçəsən, südün əskik gələ (I mətn); Sənin qızınla cənnətə getməkdənsə, cəhənnəmə gedərəm; Özümə yer eləməliydim da; Əmioğlu yeyə; Demirsən olsa; Kiriş və süpürgə əhvalatı. Toplayanı: S.Bağdadova



  • Əbişova Zəminə Məhəmməd qızı, Qubadlı rayonu, Qaracallı kəndi, 1948-ci il, təhsilli. Abşeron rayonunun Saray qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Ardıc ağacı; Mirsədi ağa (I mətn); Məşədi Bağdad; Həzrət Əli addıyan dərə. Etnoqrafik mətn: Nov­ruz adətləri (VII mətn). Lətifə: Ölüm pulumu elə bu başdan ver; Çöngə oğurluğu. Aşıqlar və el şairləri: Sarı Aşıq (XIX mətn). Toplayanı: S.Bağdadova



  • Əhmədov Cavanşir Məhəmməd oğlu, Laçın rayonu, Kamallı kəndi, 1937-ci il, orta təhsilli, sürücü işləyib. Söylədiyi mətnlər: Qurd qadın (III mətn); Əli bulağı (I mətn); Şah Abbasın qatırı. Ləti­fə: Fatihəni kimin adına verəcəyəm (II mətn). Toplayanı: İ.Rüstəmzadə



  • Əhmədov İsa Səttar oğlu, Laçın rayonu, Vağazin kəndi, 1934-cü il, orta təhsilli. Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məs­kunlaşıb. Söylədiyi mətnlər: Qurd qadın (I mətn); Hacısam nəsli (III mətn); Vağazin kəndi; Alqulu kəndi (I mətn); Bəyin zağa­sı; Paşa bəy (IX, XI və XII mətnlər). Toplayanı: İ.Rüstəmzadə



  • Əlişoğlu Əbülfət. Başı bəlalı kəndim. Sumqayıt: “Zər­da­bi”, 2006 kitabından götürülmüş mətnlər: Ovçular haqqında xatirələr (IV mətn); Xəsis adam; Laləzar körpüsü; Dünyamalı; 1918-ci il hadisələri xatirələrdə (V mətn).



  • Əliyev Əli Umud oğlu, Laçın rayonu, Ərikli kəndi, 1934-cü il, ali təhsilli müəllim. Müəllimlər İnstitutunun Ağcabədi filialında işləyir. Ağcabədi rayonunda məskunlaşıb. Söylədiyi mətn­lər: Paşa bəy (I-II mətnlər); Dovşanı araba ilə tutmaq. Aşıqlar və el şairləri: Sarı Aşıq (VI-VIII mətnlər). Toplayanı: İ.Rüstəmzadə



  • Əliyeva Çimnaz Bayramalı qızı, Qubadlı rayonu, Hacılı kəndi, 1952-ci il, təhsilli. Sumqayıtda məskunlaşıb. Söylədiyi mətnlər: Qaranquş haqqında; Sərçəni öldürmək savabdı (II mətn); Barama­qurdu; Həzrət Əli və gavur; Böyüyə hörmət; Ömür suyu; Seyid Sə­lim ocağı; Qaçaq Baba (V mətn); Sevgi-məhəbbət bazarlığı; Ağac­la bağlı xeyir-dua. 1918-ci il hadisələri: (I mətn). Nağıl: Çörəyə ehtiram (I mətn); Otuz illiyə verilən var-dövlət. Lətifə: Dəli sözü (I mətn); Donum, aş ye. Toplayanı: S.Bağdadova



  • Əliyeva Roza Fərəməz qızı, Zəngilan rayonu, Mincivan qə­sə­bəsi, 1948-ci il. Söylədiyi mətnlər: Allah məni xilas edəcək. Na­ğıl­lar: Şah Abbas və keçəl; Allahla şərikli bostan əkən qoca; Pir­qu­lunun şahlığı; Çirkin qızın bəxti; Arvad şəri. Bayatılar: 222-249. Toplayanı: Ü.Əliyeva



  • Əsədov Ədalət İxtiyar oğlu, Qubadlı rayonu, Göyyal kəndi, 1959-cu il, ali təhsilli müəllim. Sumqayıt şəhərində məşkunlaşıb. Söylədiyi mətnlər: Göyyallılar haqqında (I mətn). Etnoqrafik mətn: Sürəkçi. Lətifə: Sən allah, onun kökünü kəssənə. Toplayanı: İ.Rüstəmzadə



  • Əsədova Savat Cümşüd qızı, Qubadlı rayonu, Xələc kəndi, 1937-ci il, təhsilsiz. Söylədiyi mətnlər: İmamzadə. Nağıl: Məhəm­məd Hənifə. Toplayanı: İ.Rüstəmzadə



  • Əsgərov Famil Məhəmməd oğlu, Laçın rayonu, Dambulaq kəndi, 1959-cu il, orta təhsilli, sürücü işləyib. Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Qaçaq Nəbi (IV mətn). Lətifə: Özün halal edəcəksən. Aşıqlar və el şair­ləri: Aşıq Abbas (II mətn). Toplayanı: İ.Rüstəmzadə



  • Güləliyev Nuruş Xanhüseyn oğlu, Laçın rayonu, Şeylanlı kəndi, 1937-ci il, ali təhsilli. Ağcabədi rayonunun Taxtakörpü qəsə­bə­sində məskunlaşıb. Söylədiyi mətnlər: Səfqulu və Ağəli nəslinin mənşəyi (II mətn); Şeylanlılar haqqında; Sultan bəy (VI və IX mətnlər). Toplayanı: İ.Rüstəmzadə



  • Gülməmmədov Zakir Ofşar oğlu, Laçın rayonu, Kosalar kəndi, 1941-ci il, orta təhsilli, ticarətlə məşğul olub. Söylədiyi mətnlər: Çılpaq donuz (I mətn); Ağoğlan məbədi; Sultan bəy (IV və X mətn­lər); Hərənin öz qisməti var. Nağıl: Dülgər Əhməd. Lətifə: Gülmə­yən Bəhlul; Bəhlul ulağı ağaca dırmaşdırır. Toplayanı: İ.Rüstəmzadə



  • Heydərova Balaxanım Calal qızı, Laçın rayonu, Dambulaq kəndi, 80 yaşında, yeddiillik təhsil. Ağcabədi rayonunun Tax­ta­körpü qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Həzrət Əli haqqında digər mətnlər (I mətn); Seyid Alı xəlifə (IV-VI mətnlər). Etnoqrafik mətn: Xıdır Nəbi (I mətn). Toplayanı: İ.Rüstəmzadə

  • Həmidov Nəriman Şükür oğlu, Qubadlı rayonu, Armudlu kəndi, 1933-cü il, orta-ixtisas təhsilli müəllim. Sumqayıt şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: Səbət keçməz; Qaçaq Nəbi (IX mətn); Əlyanlı qaçaqları (I-IV mətnlər). Toplayanı: İ.Rüstəmzadə



  • Həsənalıyev Malik Babaş oğlu, Laçın rayonu, Güləbird kəndi, 1954-cü il, orta təhsilli, bərbər işləyir. Sumqayıt şəhərində məs­kun­laşıb. Söylədiyi mətnlər: Cicimli ocağı (II mətn); Hazırcavab laçınlı. Aşıqlar və el şairləri: Sarı Aşıq (XX mətn). Topla­yanı:İ.Rüstəmzadə



  • Həsənov Həsən Əsgərxan oğlu, Qubadlı rayonu, Fərcan kəndi, 1948-ci il, ali təhsilli müəllim. Sumqayıt şəhərində məşkunlaşıb. Söylədiyi mətnlər: Qaçaq Baba (I-IV mətnlər); Fərcan kəndi. Top­layanı: İ.Rüstəmzadə



  • Həsənov Hüseyn Həsən oğlu, Laçın rayonu, 1956-ci il, ali təh­silli, yas məclislərini aparır. Sumqayıt şəhərinin H.Z.Tağıyev qə­səbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Cicimli ocağı (I mətn); Malik Əjdər türbəsi (I mətn); Kar kümbəz (II mətn); Paşa bəy (XIII mətn); Sultan bəy (XII mətn); Sən dediyində durmadın. Toplayanı: İ.Rüstəmzadə



  • Hümmətova Kəmalə Xudam qızı, Qubadlı rayonu, Əfəndilər kəndi, 1965-ci il, təhsilli. Söylədiyi mətnlər: Üç qardaş. Aşıqlar və el şairləri: Sarı Aşıq (XXI mətn). Toplayanı: S.Bağdadova



  • Hüseynov Hilal Qoca oğlu, Laçın rayonu, Güləbird kəndi, 1936-cı il, orta təhsilli. Sumqayıt şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: Sarı Aşıq (I və XIII mətnlər). Toplayanı: İ.Rüstəmzadə



  • Hüseynov Mamay Qaçay oğlu, Qubadlı rayonu Sarıyataq kən­di, 1927-ci il, orta-ixtisas təhsilli, müəllim işləyib. Sumqayıt şə­hərində məskunlaşıb. Söylədiyi mətnlər: Malik Əjdər türbəsi (IV mətn); Mirsədi ağa (II mətn); Dərviş pirim; Soltanbud; Sarı­ya­taq­lılar haqqında (I mətn); Qaçaq Nəbi (I-III mətnlər); Əlyanlı qaçaq­ları (IX-X mətnlər); Padarlı Behbud. Vergili adamlar haqqında: (III-IV mətnlər). Lətifə: Kimin ayağı mazol olar? Aşıqlar və el şairləri: Sarı Aşıq (XV mətn). Toplayanı: İ.Rüstəmzadə



  • Hüseynov Nuşirəvan Bəylər oğlu, Qubadlı rayonu, Qaralar kəndi, 1935-ci il, orta ixtisas təhsilli, uzun müddət briqadir işləyib. Sumqayıt şəhərində məşkunlaşıb. Söylədiyi mətnlər: Qaçaq Nəbi (VII-VIII mətnlər). Toplayanı: İ.Rüstəmzadə



  • Xıdırov Əziz Qasım oğlu, Laçın rayonu, Ağbulaq kəndi, 1966-cı il, ali təhsilli müəllim. Ağcabədi rayonunun Taxtakörpü qəsəbə­sində məskunlaşıb. Söylədiyi mətnlər: Temiruçan dərə; Kərimuçan dərə; Sınıq körpü; Qaçaq Fətulla (I-III mətnlər); Qaçaq Səfo (I mətn). Lətifələr: Bu bızındı (II mətn); Qara şeydən qor­xa­rıq; Sıxdım ki suyu çıxa, öldülər. Aşıqlar və el şairləri: Sarı Aşıq (V mətn); Aşıq Bəylər. Toplayanı: İ.Rüstəmzadə



  • İbrahimov Cəfər Məmməd oğlu, Laçın rayonu, Oğuldərə kən­di, 1937-ci il. Şəki şəhərində məs­kunlaşıb. Söylədiyi mətnlər: Adəmin cənnətdən qovulması; Seyid Mirəziz ağa (I-II mətnlər). Top­la­yanı: İ.Rüstəmzadə



  • İlyasov Möhübbət Alış oğlu, Laçın rayonu, Ağanus kəndi, 1953-cü il, orta təhsilli, sürücü işləyib. Söylədiyi mətnlər: Eylas kişinin lətifələri. Toplayanı: İ.Rüstəmzadə



  • İsgəndərov Paşa Əvəz oğlu, Laçın rayonu, Ərikli kəndi, 1950-ci il, ali təhsilli riyaziyyatçı. Məktəb direktoru işləyir. Bərdə rayo­nu­nun Zümürxaç kəndində məskunlaşıb. Söylədiyi mətnlər: Dörd sev­gi; Ömərin Fatmaya elçi düşməsi; Hacısam nəsli (II mətn); Səfqulu və Ağəli nəslinin mənşəyi (II mətn); Alqulu kəndi (II mətn); Paşa bəy (XVI-XIX mətnlər); Sultan bəy (V və XV mətn­lər); İbra­him xa­nın oğlunun ölümü haqqında; Natəvanın Seyid Hüsey­nə ərə getməsi. Nağıl: Kor kişinin nağılı; Belə də qalmaz; Allah­dan gələn bəla. Lətifə: Dünyanın ortası haradır? Pezəvəng. Toplayanı: İ.Rüs­təmzadə



  • İsmayılov Allahqulu Sultanalı oğlu, Qubadlı rayonu, Göyyal kəndi, 1935-ci il, orta təhsilli, mexanik işləyib. Sumqayıt şəhərində məşkunlaşıb. Söylədiyi mətnlər: Göyyallılar haqqında (II-III mətn­lər). Toplayanı: İ.Rüstəmzadə



  • İsmayılov Əyyub İdris oğlu, Laçın rayonu, Nağdalı kəndi, 1948-ci il, ali təhsilli, uzun müddət müəllim işləyib. Ağcabədi rayonunda məskunlaşıb. Söylədiyi mətnlər: Seyid Məşədi İmran (I mətn); Paşa bəy (III-V mətnlər); Sultan bəy (VII mətn); Xosrov bəy; Temir yüzbaşı (I-II mətnlər); Qaçaq Hümmət. Aşıqlar və el şairləri: Sarı Aşıq (IX-XII mətnlər); Aşıq Abbas (III və XXX mətnlər). Toplayanı: İ.Rüstəmzadə



  • İsmayılov İsmayıl Sədi oğlu, Laçın rayonu, Cicimli kən­di, 1947-ci il, orta təhsilli. Sumqayıt şəhərində məs­kun­laşıb. Söylədiyi mətnlər: Musa peyğəmbər (I-II mətnlər); Malik Əjdər türbəsi (III mətn); Mir Həmzə Nigari (I-II mətnlər); Allahdan istəyən kişi. Nağıl: Qaraçuxasını axtaran kişi; Əcəli suda tamam olan gənc. Lətifə: Mən onların deyil, onlar mənimdir (I mətn). Toplayanı: İ.Rüstəmzadə



  • İsmayılov Vaqif Şərif oğlu, Laçın rayonu, Cicimli kəndi, 1946-cı il, ali təhsilli. Sumqayıt şəhərində məskunlaşıb. Söylədiyi mətn: Erkək Tavat (IV mətn). Toplayanı: İ.Rüstəmzadə



  • Kərimov Ağakərim Rəhim oğlu, Laçın rayonu, Zağaltı kəndi, 1936-cı il, ali təhsilli aqranom. Binə qəsəbəsində məskunlaşıb. Söy­lədiyi mətnlər: Hal haqqında (I mətn); Əli dostu; Paşa bəy (XXI mətn); Sultan bəy (XVII mətn); Kürdoğlu Məhəmməd (VI mətn). Lətifə: Qındı içəndə saqqalı tərpənirdi. Toplayanı: İ.Rüstəmzadə



  • Qorçuyev Xanış Seyfalı oğlu, Laçın rayonu, Səfyan kəndi, 1933-cü il, orta təhsilli. Sumqayıt şəhərində Kimya Texno­logiyaları Texnikomunun yataqxanasında məskunlaşıb. Söylədiyi mətnlər: Qurd qadın (II mətn); Cin haqqında (II mətn); Qaçaq Nəbi (VI mətn). Toplayanı: İ.Rüstəmzadə



  • Mamedov Bayram Mövlamverdi oğlu, Laçın rayonu, Cicimli kəndi, 1933-cü il, orta təhsilli. Sumqayıt şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: Mir Həmzə Nigari (III mətn); Kar kümbəz (I mətn). Toplayanı: İ.Rüstəmzadə



  • Mehdiyev Gümüş Balaca oğlu, Laçın rayonu, Arduşlu kəndi, 1940-cı il, orta təhsilli. Ağcabədi rayonunun Taxtakörpü qəsəbə­sində məskunlaşıb. Söylədiyi mətnlər: Misçi və Həşimlər nəsli (I-II mətn). Aşıqlar və el şairləri: Aşıq Abbas (XXI-XXV mətnlər). Toplayanı: İ.Rüstəmzadə



  • Məmmədov Əlizamin Yaqub oğlu, Laçın rayonu Çıraqlı kən­di, 1967-ci il, ali təhsilli, tamadalıq edir. Masazır qəsəbəsində məs­kunlaşıb. Söylədiyi mətnlər: Çıraqlı kəndi. Aşıqlar və el şair­ləri: Aşıq Abbas (XXVIII mətn); Növrəs İman; Ələsgərlə şəyir­di Musa; Qara Kərim və Qızxanım (II-IV mətnlər). Qara Kərimin şeirləri: Olur; Olmaz. Toplayanı: İ.Rüstəmzadə



  • Məmmədov Azad Gəray oğlu, Laçın rayonu, Güləbird kəndi, 1937-ci il, təhsilli. Sumqayıt şəhərində məskunlaşıb. Söylədiyi mətn­lər: Güləbirddəki nəsillər (II mətn); Gavırlı dərəsi; Sultan bəy (VIII mətn); Erkək Tavat (III mətn). Sarı Aşıq (XXII mətn). Toplayanı: S.Bağ­dadova



  • Məmmədov Xudar Paşa oğlu, Qubadlı rayonu, Hacılı kəndi, 1932-ci il. Sumqayıt şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: Hacılı kəndi; Sultan bəy (XIV mətn). Toplayanı: S.Bağdadova



  • Məmmədov Mehman Rza oğlu, Qubadlı rayonu, Sarıyataq kəndi, 1966-cı il, ali təhsilli. Sumqayıt şəhərində məskunlaşıb. Söy­lədiyi mətnlər: Sarıyataqlılar haqqında (II-III mətnlər). Topla­yanı: İ.Rüstəmzadə



  • Məmmədov Məhəmməd Mürsəl oğlu, Laçın rayonu, Minkənd kəndi, 1936-cı il, orta təhsilli, yas məclislərini aparır. Binəqədi ra­yo­nunda məskunlaşıb. Söylədiyi mətnlər: Qarışqanın duası; Allah dəvənə bərəkət versin; Peyğəmbərin yalanı; Minkənddəki nəsillər (I-VII mətnlər). Etnoqrafik mətnlər: Xıdır Nəbi (II mətn); Ho­lavar. Nağıl: Dilimi yaxşılığa öyrədirəm. Lətifə: Mən onların deyil, onlar mənimdir (II mətn); Kamallı kələyi; İstənilməyən qonaq (I mətn); Maşın tayanı yeyir. Toplayanı: İ.Rüstəmzadə



  • Məmmədov Telman Əziz oğlu, Zəngilan rayon, 1939-cu il, ali təhsilli müəllim. Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: Sarı Aşıq (XXIV-XXV mətnlər). Toplayanlar: F.Qasımova, G.Can­məm­mədova



  • Mikayılov Bəxtiyar Temir oğlu, Laçın rayonu, Minkənd kəndi, 1936-cı il, üçillik təhsil. Söylədiyi mətn: 1918-ci il hadisələri (II mətn). Toplayanı: İ.Rüstəmzadə



  • Mirzəyev Koroğlu Sədi oğlu, Laçın rayonu, Kaha kəndi, 1957-ci il, orta-ixtisas təhsilli, ticarətlə məşğuldur. Ağdam rayonu­nun Quzanlı qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Niyyət daşı; Çatıqıran nəbi; Firəng yolu; Sultan bəy (I və XI mətnlər); Qaçaq Nəbi (V mətn). Lətifə: Bacadan asılan qazan; Şah Bəh­lula yemək göndərir; Dənizdən çıxan əl. Aşıqlar və el şairləri: Aşıq Abbas (I mətn). Toplayanı: İ.Rüstəmzadə



  • Mustafayeva Telli Həbib qızı, Qubadlı rayonu, Qarağaşlı kəndi, 1943-cü il, orta-ixtisas təhsilli, tibb işçisi. Sumqayıt şəhə­rində H.Z.Tağıyev qəsəbəsində məskunlaşıb. Söylə­diyi mətnlər: Eymən­mə könlüm, eymənmə; Qaçaq Nəbi (X mətn); Erkək Tavat (V mətn). 1918-ci il hadisələri: (IV mətn). Toplayanı: İ.Rüstəmzadə



  • Niftəliyev Rafiq Şahverdi oğlu, Laçın rayonu, İmanlar kəndi, 1937-ci il, ali təhsilli. Məktəb direktoru, icra nümayəndəsi işləyib. Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: İmanlar kəndi; Sultan bəy (XVI mətn). Etnoqrafik mətn: Bəyin qardaşlığı. Lətifə: Qarının arzusu. Aşıqlar və el şairləri: Aşıq Abbas (XXVII mətn). Səyyah Məhəmmədin şeirləri: Yeridi; Qara düyə; Dünya, söylə, Söyzalını neylədin? Toplayanı: İ.Rüstəmzadə



  • Novruzov Məhi Alışan oğlu, Laçın rayonu, Mişni kəndi, 1927-ci il, yeddi illik təhsil. Arıçılıqla məşğuldur. Ağca­bədi rayo­nu­nun Taxtakörpü qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Gəloxçu tayfası (IV mətn); İbrahim xanın oğlu Paşa bəy; Cavad xan; Qara Məmməd. Toplayanı: İ.Rüstəmzadə



  • Novruzov Şahsuvar İslam oğlu, Qubadlı rayonu, Qubadlı qə­sə­bə sakini, 1929-cu il, orta-ixtisas təhsilli. Sumqayıt şəhərində məs­­kunlaşıb. Söylədiyi mətnlər: Əlyanlı qaçaqları (XI mətn); Erkək Səfər; Ey qara pişik, şto delayeş? Toplayanı: İ.Rüstəmzadə



  • Paşayev Fəxrəddin Müzəffər oğlu, Laçın rayonu, Kamallı kəndi, 1956-cı il, ali təhsilli mühəndis. Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: Kamallı kəndi; Kürdoğlu Məhəmməd (IV-V mətnlər); Qaçaq Səfo (III mətn). Lətifə: Bünövrədən ot çıxıb. Toplayanı: İ.Rüstəmzadə



  • Paşayeva Əsli, Qubadlı rayonu, Taroğlu kəndi, 1934-cü il. Binə­qədi rayonunun Biləcəri qəsəbəsində məskunlaşıb. Söylədiyi mətn: Kalba Məhəmməd. Toplayanı: S.Bağdadova



  • Paşayeva Nargilə, Zəngilan rayonu, Beşdəli kəndi, 1948-ci il, Biləcəridə məskunlaşıb. Söylədiyi mətn: Beşdəli kəndi. Top­la­yanı: S.Bağdadova



  • Paşayeva Şamama Həsənalı qızı, Qubadlı rayonu, Taroğlu kəndi, 1944-cü il, təhsilsiz. Biləcəri qəsəbə­sində məskunlaşıb. Söy­lə­diyi mətnlər: Hal haqqında (II mətn); Allahın toyuğa acıq­lan­ması; Çoban aldadan ulduz; Çılpaq donuz (II mətn); Bibi su, bibi su; Sərçəni öldürmək savabdı (I mətn); Aləmə od düşər; Odla pambıq; Qoşa palıd; Özgəyə quyu qazan özü düşər; İcazəsiz addım atmaq cəhənnəmlikdir; Allahın şükürsüz bəndəsi; Ruhun inciməsi. Vergili adamlar haqqında: (I mətn). Etnoqrafik mətnlər: Çiləyə düşmək; Həmzatlı qadın; Cin dəyişəyi; Uşağın ilan boğan vaxtı; Axsıl. Nağıl: Üç bacı; Şərçi gəlin; Qəbr əzabı; İlan udan kişi; Ədalətsiz şah; Çörə­yə ehtiram (II mətn). Lətifə: Üsdən-üsdən; Ala öküzün əhvalatı; Quş qalxdı, dədəm qalxdı. Toplayanı: S.Bağ­dadova



  • Rəhimov Qədim Ənvər oğlu, Laçın rayonu, Korcabulaq kəndi, 1962-ci il, orta təhsil. Şəki şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: İlan qayası; Seyid Məşədi İmran (II mətn); Korcabulaq kəndi; Lolabağır kəndi; Qorçu kəndinin adı; Yağlıvənd kəndi; Kürdoğlu Məhəmməd (II-III mətnlər); Əlyanlı qaçaqları (VIII mətn). Nağıl: Hambal Mehdi. Toplayanı: İ.Rüstəmzadə



  • Salmanov Çingiz İsa oğlu, Qubadlı rayonu, Xələc kəndi, 1956-cı il, ali təhsilli müəllim. Sumqayıt şəhərində məskunlaşıb Söylədiyi mətnlər: Xələclilər haqqında (I-II mətnlər). Toplayanı: İ.Rüstəm­zadə



  • Səfərov Əyyub Lətif oğlu, Laçın rayonu, Məlikpəyə kəndi, 1944-cü il, orta təhsilli, sürücü işləyib. Söylədiyi mətnlər: Sultan bəy (XIII mətn). Aşıqlar və el şairləri: Sarı Aşıq (XXIII mətn). Toplayanı: İ.Rüstəmzadə



  • Səmədov Səlim Hacı oğlu, Laçın rayonu, Dambulaq kəndi, 1936-cı il, orta təhsilli. Ağcabədi rayonunda məskunlaşıb. Söylə­diyi mətnlər: Ustadına rəhmət; Peyğəmbərin Meraca getməsi; Həz­rət Əlinin ölümü; Comərd qəssab; Həzrət Əli və Rüstəm Zal; Seyid Alı xəlifə (I-III mətnlər). Toplayanı: İ.Rüstəmzadə



  • Şahsuvarov Şahsuvar Zülfü oğlu, Laçın rayonu, Budaqdərə kəndi, 1940-cı il, orta-ixtisas təhsilli həkim. Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Ovçu­luqla bağlı xatirələr (I-II mətnlər); Bədnəzər adamlar haqqında; Həzrət Əli haqqında digər mətnlər (IV mətn); Budaqdərə kəndi; Mənim atım ana-baladı; Köşə boyda yer. Lətifə: Məşədi kişinin lətifələri (I-II mətnlər). Aşıqlar və el şairləri: Aşıq Abbas (XXVI mətn). Toplayanı: İ.Rüstəmzadə



  • Səfərova Nahidə Arif qızı, Laçın rayonu, Güləbird kəndi, 1971-ci il. Söylədiyi mətn: Dəlikdaş. Toplayanı: S.Bağdadova

  • Şirinov Məhəmməd Temir oğlu, Qubadlı rayonu, Muradxanlı kəndi, 1930-cu il, orta təhsilli, fəhlə işləyib. Söylədiyi mətnlər: Düldül hoppulan yer; Əlyanlı qaçaqları (V mətn); Erkək Tavat (II mətn). Toplayanı: İ.Rüs­təmzadə



  • Tağlıyev Cəmil Vəli oğlu, Zəngilan rayonu, Aşağı Gəyəli kəndi, 1931-ci il, ali təhsilli müəllim. Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətn: Qaçaq Nəbi (XI mətn). Toplayanlar: F.Qasımova, G.Canməmmədova



  • Zalov Məhəmməd Mürsəl oğlu, Laçın rayonu, Alxaslı kəndi, 1930-cu il, yeddiillik təhsil. Ağcabədi rayonunun Taxtakörpü qəsə­bəsində məskunlaşıb. Söylədiyi mətnlər: Alxaslı kəndi; Sultan bəy (II mətn). Lətifə: Fatihəni kimin adına verəcəyəm? (I mətn); Ölü xortladı (I mətn). Toplayanı: İ.Rüstəmzadə



  • Zamanov Bulud Mehdi oğlu, Laçın rayonu, Ərikli kəndi, 1931-ci il, orta təhsilli, bənna olub. Ağcabədi rayonunun Taxta­körpü qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Vaxt-vədə haqqında; Buğa bürcü; Aşıq, yaza nə qaldı?; Hacısam nəsli (I mətn); Hey­dər­uşağı nəsli; Qatırçı Murad; Torpağın tavazası. Aşıqlar və el şairləri: Sarı Aşıq (IV mətn). Toplayanı: İ.Rüstəmzadə



  • Zeynalov Əli Əbil oğlu, Laçın rayonu, Tərxanlı kəndi, 1933-cü il, ali təhsilli riyaziyyat müəllimi. Söylədiyi mətnlər: Paşa bəy (XV mətn); Qaçaq Fərzalı (I-VI mətnlər); Qaçaq İldırım (I-II mətnlər); Erkək Tavat (I mətn). Aşıqlar və el şairləri: Aşıq Abbas (IX mətn). Top­la­yanı: İ.Rüstəmzadə



  • Zeynalov Yurin Abbas oğlu, Laçın rayonu, Piçənis kəndi, 1938-ci il, orta təhsilli, yas məclislərini aparır. Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məskunlaşıb. Söylədiyi mətn­lər: Bel ağrısı; Musa peyğəmbər (I mətn); Misçi və Həşimlər nəsli (III mətn); Paşa bəy (VI, VII, VIII və X mətnlər); Sultan bəy (III mətn); İsgəndər bəy; Kürdoğlu Məhəm­məd (I mətn). Nağıl: İmam Hüseyn aşiqi. Lətifə: Xəbəri necə çat­dır­malı. Aşıqlar və el şairləri: Aşıq Abbas (IV-VIII mətnlər); Paşa bəyin tərifi. Toplayanı: İ.Rüstəmzadə



  • Abasəliyeva Güllü Səttar qızı, Laçın rayonu, Vağazin kəndi





  • Aşıq Umbay, Laçın rayonu, Qarakeçdi kəndi



  • Yüklə 8,77 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   27   28   29   30   31   32   33   34   35




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin