Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə108/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   104   105   106   107   108   109   110   111   ...   300
II mətn

Andranik deyifdi ki, sana qızıl verəjəm, sən icazə ver qoşun keşsin Qarabağ zonasına. Deyif ki, qoy atama maslahat eliyim. Gəlif ata­sının yanına. Atası deyif ki, Laçın balaca yerdi. Qarabağa keçən­nən sora qayıdıf Laçını da alajax. Bir kələh quruf bunu məhv eləmək lazımdı. Sən qızılı al, denən qoşunun gəlsin. Camahatın şüb­­hə­lənməməsi üçün silahları yığsınnar arabaya, silahsız gəlif keş­sin­nər. Andranik bu dediyi kimi gəlir. Dalı Zabığa girəndə əmr eliyir, dalın, qabağın kəsin. Ordan bir dənə də erməni çıxa bilmir. Andra­nik qırmızı at minmişmiş, özü də qırmızı geyinmişmiş. Aprel ayıdı, suyun daşan vaxdıdı. Andranik özün atıb çaya. Gülləynən atı vuruf­lar, atın da tərkində xurcun varmış. Bizim də insan tamahgirdi dana. Xurcun çaya düşəndə bunnarın başı xurcuna qarışır ki, onu tu­talar. Andranik özün verif kola, aradan çıxıf. Xurcuna baxıflar ki, kəsil­miş barmaxdı üsdündə üzüy, kəsilmiş qulağdı üsdündə sırğay­nan. Heylə olur Andranik qaçır gedir. Sultan bəy onda Laçını vermir.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin