Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə110/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   106   107   108   109   110   111   112   113   ...   300
IV mətn

Mən orda iştirak edən ağsakqalları görmüşəm. Əmiri, Ağaları, Minkəntdi Gülümü görmüşəm. Olar deyirdilər ki, erməninin qoşu­nu gəlir söykənir Həkəri çayına. Andranik Sultan bəyə qasid gön­dərir ki, sənə iki pud qızıl verim, qoy keçim Qarabağa. O da razı­laşır. Gə­lir evə. Onun atası Paşa bəy həmişə Sultan bəyə bəy deyir­miş. Deyif, bəy, niyə bikefsən? Deyif, ata, bəs belə-belə. Andra­nik iki pud qızıl verir, özü də isdiyir keçə Qarabağa. Deyir, bəs sən neynədin? Deyir, razılığ verdim. Deyir, yox, bala, səhv eləmi­sən. O gedif Qarabağı da alajax, qayıdıf səni də öldürə­jəh, gənə də qızıl onundu. Deyir, bəs tədbir? Deyir, onun bircə tədbiri var. Adam göndər, denən mənim torpağımnan bir dənə saldatın əli tüfəyli keş­mi­yəjəh. Silahın hamısın dördyüz qatırdı, arabadı, nədisə yük­lü­yün. Qoşunun dalı Minkənd çayınnan qutaran­da qabağı enəjək Həkəri çayına. Bizimkilər hamısı da akopda göz­dü­yürmüşdər. Çıxıf qırarsınız.

Elə heylə də eliyif, dörd yüz arava yüklü silahı bəy daşıdıf Kürthacıya. Andranik özü səkgiz atdıynan qaçıf. Onun biri gedif Arazda batıf. İki boz at oluf. Biri Andranikin atı oluf. Andranik keçif o taya.


V mətn

Həsən kişi vardı, Andraniknən Sultan bəy qavaxlaşanda, de­yir, Sultan bəyin atın mən tutmuşdum. Deyir ki, Andranik gəldi, bunnar danışdılar. Birdən Zabuxda güllə atıldı. Onda Andranik ba­şa düşdü ki, bu uduzuf. Altında boz at vardı. Sıçrıyıf aradan çıxdı. Daldan atdılar, güllə dəydi yaraladı. Hiss olundu ki, güllə qolunnan dəydi, amma çıxdı getdi.

Bunu maa Həsən kişi danışıf, Ağaların atası.
VI mətn

Ermənilər hüjum çəkəndə Sultan bəy əmr verir silahı bajaran adam, bir də tüfəyi olan adamlar Minkəndə yığılsın. Şeylanlı Bəşir də onda cavan oğlanmış. Adsız-sansız adam idi. Kəntləri yığır Min­kəndə, ordu düzəldir Andranikin qoşununa qarşı vuruşmağa. Bu da cavandı, evləmiyif. Sultan bəy cavannarı sıraya qoymuşmuş. Bir dəfə üzünə baxa-baxa gedirmiş, bir dəfə də arxadan baxa-baxa ge­dirmiş. Deyif, əlimi kimin arxasına qoysam o irəli çıxsın. Min­kənt­də Bəşirin bir qohumu varmış. Sultan bəy əlini Bəşirin kürə­yinə qo­yanda deyir o uşaxdı, silah bilmir. Sultan bəy deyir, yüz gül­lə atsın biri boşa getməz. Özü də düz deyir ey. Bəşir elə bir adam­mış ki, gülləsi boşa getməzmiş. Sultan bəyin onu tanımasına bax ey.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin