III mətn
Babam ölən vaxdı bir dənə şeir yazıb, deyib bunu qoyarsız mənim qəbrimə. Axı o vaxdı deyillər insan öləndə Əzrayıl gəlir haynan-küynən, bir əlində məşəli, bir əlində çəngəli, meyidi qaldırıb onnan sorğu-sual eliyir. Bununla əlaqədar babam belə bir şeir yazır:
Xişmin geri al, əl saxla
Rəbbimdi o bir Allah.
Gəlib halımı sorub getsən,
Mətləbi murada yetsən,
Mənnən sual etsən
Kitabımdı Kəlamüllah.
Gəl yanıma gülə-gülə,
Rəhnə vurma sən bu dilə,
Yazıxdır, dəymə Bedilə
İslamıdı, vallahi, billah!
İndi bildim ki ölmüşəm
Haqqı Vətənim, gəlmişəm
Kömək ol, ya rəsul-allah.
Mirsədi babam da şeiri oxuyub deyib buna yasin-zad oxumaq lazım deyil. Bu kişi behiştdikdi.
IV mətn
Bir dəfə yaz nətəri gəlifsə qoyun-quzu hamısı qırılıf. Bizim evin üst tərəfi yamac idi. Babam çıxıf həyətə, baxıb görür ki, qoyun-quzu hamısı qırılıf. Bir dənə qızdı, bir dənə buzovdu, beş-altı da quzudu. Belə baxıb deyir:
Erkəci danadan, çobanı qızdan
Xudam razı olmasın heç belə yazdan.
V mətn
Bir dəfə cöngəsi xəsdələnmişdi, qojam baxırmış ona. Qojam cöngənin ölməyini isdəmirmiş. Şorba bişirif cöngənin ağzına tökür. Babam baxıf gülməyi tutuf. Arvadına deyir:
Vurulmuşam sənin kimi zayıla,
Xəsdə deyil, şorba içə, ayıla.
Lazım budu cinazəyə qoyula,
Cinazəsində yeriyə cöngə.
Dostları ilə paylaş: |