PEYĞƏMBƏRLƏR VƏ DİNİ ŞƏXSİYYƏTLƏR HAQQINDA
21. ADƏMİN CƏNNƏTDƏN QOVULMASI
Siftə cənnət yarananda Adəm peyğəmbər Havvaynan olufdu cənnətdə. Sora Adəm peyğəmbəri şeytan aldadıf. Cənnətin qoruxçusu əjdaha imiş. Adəm peyğəmbəri cənnətə salanda deyif ki, merdən-meyvədən, gözünə dəyənnən ye, su iç. Buğda ağacı da varmış, deyif onnan yemə. Şeytan girif əjdahanın dilinin altına başdıyıf orda ağlamağa. Adəm peyğəmbər gəlif ki, ay allahın heyvanı, niyə ağlıyırsan? Deyif, bax, buranın gözətçisi, nəzarətçisi mənəm. Bax, bir belə baxçada, bağda hər şeydən gözəl o ağaşdı, onun meyvəsinnən yemirsən. O dərdə ağlıyıram ki, o ağacı gözdüyürəm, bir belə zəhmət çəkirəm, onnan yemirsən. Adəm peyğəmbər də aldanır, gedir bir avış buğdadan yığır yeyir. Yeyəndə üzr isdiyirəm bədənində şişmə əmələ gəlir. Şişmə əmələ gələndə Allaha agahıdı, Allah-taaladan səda gəlir ki, ya Cəbreyil, tulla kənara. Havvanı bir tərəfə tulluyur, Adəm peyğəmbəri bir tərəfə.
Cənnətdən danışdım, cənnət bəlkə də bizim yer idi. Adəm peyğəmbəri cənnətdən qavan Allah elə deyil ki, bizim kimi bəndələrə qıymıya.
Dostları ilə paylaş: |