132. QARA MƏMMƏD
Qaçaxlar olan devrdə bizim kəntdə biri oluf Avdılla. Sovet hökuməti gələn vaxdı qaçaxların başçısı oluf. Deyiflər ki, Məmmədi tuta bilmirih. Bakıdan gəlillər, nə qədər eliyillər tuta bilmillər. Deyillər, ancax onu Avdılla tutar. Avdılla atdı dəsdəni götürür gedir. Hamı beşatılannı, qatarrı gedillər. Deyillər ki, Seyid Məmməd yalın üsdündəki alaçıxda yatıf. Qıraxda bunnar oturur gözdüyür, Avdılla gedir. Qabaxlar çadır keçədən hazırlanırdı. Nizəynən qabağın qalxızanda Seyid Məmməd gözünü açır deyir:
– Sən Həzrət Abbas, məni öldürmə, lütəm. Qoy paltarımı geyim əynimə, onnan sora məni öldür.
Demiyəsən, bu da beşatılanı qoymuşdu döşəyin altına. Avdılla deyir, geyin. Geyin deyəndə beşatılanı götürür nətər atırsa, Avdıllanın atının boynunnan tutur. At arxası üsdə yamacdan aşağı aşır. Atriyad qıraxdan bu çadırı güllələyir. Avdılla əlini qaldırır qışqırır ki, ay haray, atma. Seyid Məmmədi özüm tutajam. Ömrünün sonuna qədər də sovet hökumətini tanımadı. Qara Məmməd deyirdilər. Onnan sora Avdılla onu tutuf gətirmişdi Laçına. Ona bəraət verdilər, o da gəlib dağda zağada yaşayırdı.
Dostları ilə paylaş: |