Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə170/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   166   167   168   169   170   171   172   173   ...   300
ETNOQRAFİK MДTNLДR
NOVRUZ ADƏTLƏRİ
I mətn

Yeniyetmə qızdar ilaxır çərşənbədə xəlvəti kömbə yoğurar­dılar, balaca uşağa verərdik ki, apar bunu tonqalın közünün altında basdır. Bizi də qıraxdan isdəyən çox idi. Anam deyirdi, yox, mənim qızdarım əzəli körpədilər, özü də mən qərib olmuşam, qızdarımı qırax yerə vermərəm. Elimi ürküdüb öz axsağıma verəjəm. Ona görə də heş kəsə bizi vermirdi. Belə bayram olanda qardaşım arvadı bizə dedi, aparın kömbə basdırın. Biz də bajımnan xamır yoğurdux, kömbə qayırdıx, özümüzdən balaja qardaşımız uşağına verdik ki, apar bunu basdır çərşənbə ojağının külünə. Sabah ertə biz gedif onu gəzməli idik. Hansı birimiz onu tez tapsa, onun baxdı tez açılardı. Tezdənnən durdux getdik. Çöpü götdük, eşəliyəndə kömbə mənim əlimə gəldi. Mən götdüm bunu gizlədim. Gətirif qardaşım arvadına verdim. Bular dedi Narış qabaxca getdi, Minaya (bacısı – top.) evdə qaldı. Həqiqətən də heylə oldu. Mən bir il Minayadan qabax getdim.


II mətn

Çərşənbənin biri buza düşür, buz sınır. Biri oda düşür oddan çəkilirsən geri. Axır çərşənbədə ağaca ruxsat verilir, ağac başdıyır yar­paq­lamağa. Axır çərşənbədə kim evində yatmasa, onun işi düz gəl­məz. Gərəh axır çərşənbədə öz məhləndə olasan, yoxsa gələn il genə perik düşərsən. Həmin gün Cənab Əli qırmızı geyif taxta çı­xıf. Onun şə­rəfinə Nooruz bayramına on gün qalmış hər qapıya qır­mızı bağlanırdı.

Dayım deyif, gəlin gedək yumurtanı boyayax qoyax suyun qırağına heş kəs bilməsin. Gediflər yumurtanın yanına qara, bir də qırmızı cöhər qoyuflar. Biri Qasım oluf, biri Əşrəfin qardaşı Mika­yıl, biri də Məcid dayım oluf. Sabaha yaxın tez qaçıflar ki, görək nə yazılıf. Gediflər ki, dayımınki qırmızı cöhərnən yazılıf, Qasımnan Mikayılınkı qaraynan yazılıf. İkisi də gülləynən öldü.

İlin axır çərşənbəsində sabah tezdən bulax başına gedərdih. Gedə bilməyən adamın köynəyin aparardıx, onun əvəzinnən də suyun üsdünnən tullanardıx, deyərdih ağırrığı, uğurruğu, diş ağrısı, baş ağrısı – hamısı tökülsün qalsın bu suyun üsdündə. Bulaxdan daş gətirirdik. Hər küncə birin atırdıx, birin də nehrəmizə qoyurdux ki, bərəkətdi olsun. Bulaxdan su gətirirdik, ojağın ətrafına o suyu tö­kür­dük. Evdəki bütün suları boşaldıb təzə sudan tökərdik, həmin sudan çay dəmliyərdik, malın üsdünə də səpərdik.

Axır çərşənbədə söyüd üş dəfə başın qoyur yerə, sora qalxızır. Onda səhərə qədər kim yatmıyıf o söyüdün budağını tutsa, nə niyyət tutufsa, hasil olmalıdı.

İlin axır gejəsi cibi boş qoymazdar, cibdə az da olsa, pul sax­lanmalıdı. Onda gələn il də cibin dolu olar.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin