Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə171/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   167   168   169   170   171   172   173   174   ...   300
III mətn

Axır çərşənbədə çaydan daş götürərdik, birinə döölət daşı deyirdik, birinə ruzu daşı, yaz gəlir yaxşı günnər üçün. Yeddi daş sanıyıb atırdıx sənəyimizə. Daş sənəyin içində qalardı, bir aydan-iki aydan sonra yaxalanıb atılardı.


IV mətn

Axır çərşənbədə kim birinci sudan doldursa, onun baxdı açılır. Ona görə bütün qızdar çalışırdı ki, hamıdan erkən gedif su doldursun.

Birimiz olurdu paccah, başına yaylıq atırdıx, vəzir-vəkili də böyründə oturardı. O əmr verirdi, biz onnan hərəkət eliyirdik. Hey­lə gecəyarıyadək oynuyurdux. Kim yatsa, paltarınnan palaza, gə­vəyə tikirdik. Oğlannar ayrı, qızdar ayrı padşah qururdu. Oğlannarı içə­ri­mizə qoymurdux, amma görürdün hansısa oğlan qadın paltarı geyi­nif içərimizə gəlif. Yığdığımız ayın-oyunnan yemək bişirirdik, qa­la­nını isə paccah aramızda bölürdü. Paccah desə ki, axşamadək dur, durasıdı, döy, döyəsidi. Kimsə sözünə baxmır, əmrinə tabe ol­mur­dusa, onu cəzalandırırdı.


V mətn

Hər məhlənin öz padşahı olurdu, böyründə vəzir-vəkil, qoçu­su olardı. Padşah əyninə arxalıx, üsdünnən çuxa geyər, oturardı stolda. Başına da papax qoyardı. O biri məhlələrdən adam tutuf gətirirdilər ki, padşah səni çağırır. Padşah deyir, sən kimdən icazə alıb mənim mahalıma gəlmisən? O da deyirdi, gəzə-gəzə gəldim çıxdım bura. Padşah deyir, beş maat cərmə verəssən. Çıxarıf verirdi, vəkil də qeyd eliyirdi dəftərə. Deyirdi, kimnən gəlmisən? Deyirdi, keçəlnən, kosaynan. Padşah deyirdi, bir cərməniz də var. Havanızı deyin, burda oynuyassınız. Zurnaçılara əmr eliyirdi, bu­ların havasını çalırdı, oynuyurdular. Axırda keçəlnən kosa deyirdi, şah, yoruldux, xayiş eliyirik, icazə verəsiniz gedək. Amma gərək keçəlin də payın verəsiniz.


VI mətn

Oğlannardan biri qız paltarı geyinir, biri də bəydi guya bığ çəkif başına papax qoyuf. Yannarında tütək çalan olurdu da, qapı-qapı gəzəndə bu çalırdı, olar başdıyırdılar oynamağa. Oynuyur­dular, oynuyurdular, birdən dururdular, deyirdilər bizim payımızı gətirin. Deyirdilər, yox, yaxşı oynamamısız. Bir də təzdən bular qol götü­rürdülər, oynayırdılar. Çərşənbə günü qovurğa qovururdux, içinə tut qurusu, yumru şirnilər qatırdıx. Torbaların gətirirdilər payların verir­dih. Deyirdilər, yox, bu azdı, pul da verin. Pul da alırdılar, genə oynuya-oynuya gedirdilər. Bayramın öz günü qızdar qapı pusur­du, ayrıca məclisləri olurdu.

Kosanın əyninə arxalıx geydirirdilər, başına şiş papax qoyur­dular. Bir adam da buların it qoruyanı olurdu. Axı kənd yerində it çox olurdu. O da buların yığdığına şərik olurdu.

Səsə qoyurdux, kim qazanırdısa, onu geyindirif oturdurdux padşah stolunda. Padşah qırmızı xələt geyinirdi, başına da kar­don­nan düzəldilmiş bəzəkli papax qoyurdu. O ev olmurdu, pay gön­dər­məsin. Əyilmiyənnəri, əmrə tabe olmuyannarı gətirirdik dizi üsdə oturdurdux, cəza verirdik. Mənim uşaxlarım qadın paltarı geyinirdi, üzlərin yaşmaxnan örtürdülər, gedirdilər qızdarın məclisinə. Qızdar da oğlan paltarı geyinif oğlannarın məclisinə gəlirdi. Kimin şəraiti yaxşı idisə, padşah onun evində otururdu. Padşah göz gəzdirirdi, baxırdı ki, Mahmud gəlmiyif. Əmr eliyirdi Mahmudu tapın gətirin. Gedirdilər qolunnan tutuf gətirirdilər. O da baş əyirdi, təzim eliyirdi. Padşah ona cərimə kəsirdi ki, bu qədər aş gətirəssən, kişmiş, xurma gətirəjəhsən.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin