Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə188/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   184   185   186   187   188   189   190   191   ...   300
6. ŞƏRÇİ GƏLİN
Biri varıymış, biri yoxuymuş, bir qardaş, bir bajı varıymış. Bun­nar çox mehriban qardaş-bajı idilər. Qardaşının arvadı deyir ki, mən nətər eliyim ki, bunnarı bir-birinnən ayırım. Bir gün gəlinin bir kör­pəsi olur. Körpə olanda bu körpəni boğur öldürür, qoyur yüy­rüyə. Sə­nəyi götürüb suya gedir. Qəyidir gəlir özünü öldürür, yüyü­rüb yüy­rü­yə baxır. Uşax ölüf dana. Özü eliyib axı. Qışqırır ki, mə­nim uşa­ğımı niyə öldürmüsən? Axşam da qardaşı gəlib deyib ki, nolub? Arvadı deyir ki, bəs hal-qəzyə belədi. Apar bajını öldür, mən onu gör­mək is­təmirəm. Oğlanın da ürəyi gəlmir axı, bajısıdı. Öldürmək istəmir. Oğ­lan bajısını aparıb qolunun birini kəsib gəlir. Deyir ki, bajımsan da, səni öldürmək istəmirəm. Çıxıb gedir. Qız da meşədə qalır. Gejələr palıd ağajının kufasına girir, gündüzlər isə meşədə fırlanır.

Bir gün padşahın oğlu şikara çıxmışmış. Kefnən meşədə gəzirmiş. Padşahın oğlu görür ki, it nəyəsə gedir, hürür palıdın yuvasına. Deyir:

– Yox e, burda bir şey var. Ya indi qurd-quşdu, ya da insandı.

Deyir:


Ay insan, insansa çıx, nəsənsə çıx.

Qız deyir ki, Allahdan gizdin deyil, bəndədən nə gizdədim. Mən çıxa bilmirəm da, paltarım meşələrdə dağılıb, paltarım yoxdu. Get maa bir dəst qadın paltarı gətir. Bı da gedib gətirir. Görür, ay Al­lah, qız dünya gözəlidi. Bını götürüb gedir evinə, bınnan evlənir. Ev­lənənnən sora nə olur, nə olmur, bınnar ayrılıllar. İki də uşağı olur: bir qız, bir oğlan. Bı gəlin çaya gedir, çayı addamalıymış. Çayı addı­yan­da uşağın biri çaya düşür. Qadının qolunun biri yox idi axı. Hə­mən qolu ilə uşağı tutmax istəyəndə qurban olduğumdan bir səda gə­lir, qadının qolunu bitirif, qolu gəlif üstünə. Bınnar bir ev tutub qalıllar.

Bir gün bının qardaşı (gör Allahın işinə bax), hərrənir, fırra­nır, gedir o kəndə. Arvad qardaşın görən kimi tanıyır, amma qar­daşı yox. Qardaşı arvada, yanı bajısına deyir ki, ay bajı, Allah qo­nağı istiyirsən, bu gejəliyə gəlim bırda daldalanam. Deyir, gəl qardaş, Allaha da qurban olum, qonağına da. Arvad uşaxları örgə­dir ki, gedin topuzu atın qonağın sapoğunun içinə. Səhər deyəjəm ki, bəs mənim uşağımın topunu oğurramısan.

Səhər açılır. Uşaxlar ağlaşır ki, bizim topumuzu ver. Anaları uşaxları örgədir ki, siz həylə deyin, mən bını sübut eliyəjəm. Qar­daşı nə bilsin ki, bı arvad onun öz doğma bajısıdı. Arvad deyir ki, ay qardaş, sən niyə uşaxların topunu oğurruyuf sapoğuna qoymu­san? Kişi and-aman eliyir ki, mən oğurramamışam, neynirəm axı topu. Arvad deyir:

– And işmə, oğurramısan axı. Niyə yalan danışırsan?

Kişi özün öldürür ki, axı mən oğurramamışam. Arvad kişiyə deyir ki, bilirsən mən kiməm? Mən sənin bajınam. Qolumun birini kəsif meşəyə ötürdüyün bajınam. Mən sənin uşağını öldürmüşdüm ki? Sapoğun içindəki o topdan sənin xəbərin vardı? Arvadının böhtanına uydun qolumu kəsdin, məni azdırdın. Görürsən də böhtan nətəər olur (bala, indi də var həylə işdər)? Oğlan bajısını da götürüb aparır. Arvadını da qovur, təzdənnən olur bajı-qardaş.

Söyləyici bu nağılı atasından eşidib.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin