27. QARIŞQANIN DUASI
Peyğəmbər əleyhsalamın dünyaya nazil olmasından bir yaxşı əhvalat danışaram. Elə vaxd oluf ki, il quraxlıx oluf. Quraxlıx olanda camahat bir-birinə deyif ki, bu il ajdıx olajax. Ağıllı adamın biri deyif ki, indiyətən fikir eliyərdıx. İndi peyğəmbərimiz var, nə fikir eliyax. Peyğəmbərə deyərıx Allaha deyər, yağar. Məsləhət bilinən adamlardan göndərillər peyğəmbər əleyhsalamın görüşünə. Peyğəmbər əleyhsalamın da deyilməynən görüş yeri bir mətə imiş. Oraya gedənnərdən gəlif soruşurmuşlar ki, nə istiyirsən, nə deyirsən, onnar da istəklərin deyirmişlər. Peyğəmbər gələn adamları qəbul eliyif. Deyif ki, ya peyğəmbər, il quraxlıxdı. Camahat bizi göndərdi ki, gedin peyğəmbərə deyin Allaha istixaza eləsin, bəlkə yağış yağdı, aj qalmıyax. Deyif, yaxşı eləmisiz. Gedin camahata deyin yuyunsunnar, qüsullansınnar, səhər çıxax sahəyə, o pay torpaxda Allaha dua eliyərıx, inşallah yağar.
Bu fikirnən camahat gedif qüsullanır. Səhər gəlillər peyğəmbər əleyhsalam qabaxlarında, camahat da arxasında. Gedillər sahəyə çıxıllar. Sahəyə çıxanda peyğəmbər əleyhsalam nəxarta dua eliyir, istixaza eliyir, yalvar-yapış eliyirsə, nə bulud, nə nəm, nə çiskin – heş nə gəlmir. İndi camahat bir-birinə deyir ki, bu yalannan deyir peyğəmbərəm. Buların belə deməsi peyğəmbərə agah olur. Peyğəmbər əleyhsalam Allaha yalvarır ki, ilahi pərvərdigar, mənim nə günahım var ki, sözüm eşidilmədi. Günahımı de, canımı al. Mən o camahatın üzünə nejə çıxaram?
Peyğəmbər əleyhsalam burda özünə ölüm istəsin, camahat da qayıdıf getməkdə olsun. Peyğəmbər addım-addım geri qayıdır. Peyğəmbərin özünə ölüm istəməyi oxatrana Allaha xoş gedir ki, Allahdan vəh gəlif, qarışqa peyğəmbərin qabağında dillənif: – Ya peyğəmbər, niyə fikirrisən? Peyğəmbər əleyhsalam deyif ki, Allahın cüjüsü, sənnik döyül. Deyif ki, ya peyğəmbər, nolar ki, sən böyüksən, mən kiçik. Səni də Allah yaradıf, məni də. Danışırıx, bəlkə kömək elədim. Peyğəmbər danışığa cavab verməsə, olmaz. Deyir ki, camahatnan getdim dua elədim, yağmadı. İndi özümə ölüm isdiyirəm. Deyir ki, ya peyğəmbər, gəl qayıdax, mən dua eliyim yağsın. Peyğəmbər əleyhsalam cavabında deyir ki, əgər sənin duana yağajaxsa, elə mənə ölüm lazımdı. Qoy bu başdan Allah mənim günahımı desin, canımı alsın. Qarışqanın cavabı bu olur ki, ya peyğəmbər, sən yalvardın, dua elədin noldu? Mən də dua eliyərəm, yağmaz, yağmaz. İndi qarışqa qabaxca, peyğəmbər əleyhsalam da bunun arxasınca. Camahat baxır ki, peyğəmbər qayıdır. İndi də bir-birinə deyir ki, peyğəmbər Allaha dedığı sözü bizim yanımızda demədi ki, örgənərıx. İndi odey təkcə qayıdır. Qayıdıllar həmən mətəyə. Qarışqa dua eliyir, peyğəmbər əleyhsalam deyir amin, amin. Allah-taala nəm gətirir, yağış gətirir. İndi peyğəmbər əleyhsalam Allaha daha sidq ürəknən deyir ki, mən sənin rəsulun, peyğəmbərin. Mənim elədiyim dualara yağdırmadın, amma qarışqanın etdiyi duaya yağdırdın. Günahımı de, canımı al. Cənab Cəbrayıl vasitəsiynən vəh gəlir ki, ya peyğəmbər, qarışqanın duasıynan yağmıyıf, peyğəmbərin amininə yağıf. Sənnən gələn maxluqatı şeytan qoymadı amin desin. Sənin duanın arxasında amin olmadı. Amma qarışqanın duasının arxasında peyğəmbər amini var, peyğəmbər amininə yağıf. Onnan sora peyğəmbər əleyhsalam təskinnik tapıf.
Dostları ilə paylaş: |