Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə192/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   188   189   190   191   192   193   194   195   ...   300
10. ÇİRKİN QIZIN BƏXTİ
Bir dənə gəlin olur, ayləsi olur bunun. O qədər çirkin olur, o qədər çirikin olur. Yoldaşı da dünya gözəli olur, bunu çox isdiyir. Bu gəlin xəcalət çəkir. Yoldaşına baxır, özünə baxır, deyir: “Ay Allah, mən neyniyim görəm. Bunun bu cür yaxşılıxlarının qarşı­sında mən buna neyniyə bilərəm”. Çöx götür-qoy eliyir, deyir: “Bu­nu evləndirəcəm”. Axşam olanda yoldaşına deyir ki, bəs mən anam­gilə gedəcəm. Deyir ki, get də. Səhər olur, durur özüçün çörək bağlıyır, yığır-yığışdırır, düşür yola. O kənd sənin, bu şəhər mənim, gəzir, dolanır, yoldaşına yaraşan bir qadın tapmır. Bir gün axşa­müstü çox yorulur, əldən düşür. Gəlir bir meşənin içində oturur. Yaxında kənd var imiş. Deyir, burda çörəyimi yeyim, gedim bu gecə bu kəntdə gecəliyim, sabah yenə gedərəm də. Oturur, elə tə­zəcə süfrəni açmışmış, görür ki, ağacların arasınnan elə bir gözəl gəlin çıxdı ki. Fikirrəşir deyir ki, hə, bu mənim yoldaşıma yara­şandı. Ancax Allah eliyə subay ola, mən bunu alam yoldaşıma.

Bu gözəl gəlin gəlir, salam verir oturur. Deyir ki, bəs çörək kəsək. Gözəl gəlin buna deyir ki, ay bacı, nə gəzirsən belə? Deyir ki, Allahdan gizdin deyil, səndən nə gizdin. Mənim yoldaşım çox gözəldi, gözəl insandı, gözəl xasiyyəti var. Mən özüm görürsən də nə gündəyəm, çirkin, aciz bir qadınam, amma məni o qədər çox isdiyir ki, mən özümdən xəcalət çəkirəm. Fikirrəşirəm ki, neçə il­lərdi mən onun ayləsiyəm. İndi onun yaxşılığın qabağında onun özünə layiq bir dənə qadın alım, olara qulluğ eliyim. Siz ağacların arasınnan çıxanda mənim o qədər ürəyimə yatdınız ki, elə mənim yoldaşıma yaraşansız. Fikirrəşdim ki, subay olsaz, sizi alardım yoldaşıma. Bu gözəl gəlin gülür. Deyir ki, sən nahaq əzyət çəkib çöllərə düşmüsən. Sən özün gözəl deyilsən, bəxtin gözlədi. Sən onu bil ki, yoldaşın sənə baxanda... Bax, mən sənin taleyinəm. Görürsən nə qədər gözələm. Sənin yoldaşın sənə baxanda səni yox, məni görür. Get başı sal aşağı, o çörək də sənindi, o aylə də sənindi, o uşaxlar da sənindi. Sənin taleyin gözəldi.

Arvad gəlir evə yorğun-arğın. Yoldaşı deyir ki, niyə belə eli­yirsən. Açır kişiyə hər şeyi danışır. Kişi deyir ki, sən mənə eləsin alacaydın ki, sənnən də gözəl olacaydı?


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin