Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə195/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   191   192   193   194   195   196   197   198   ...   300
13. ƏCƏLİ SUDA TAMAM OLAN GƏNC
Məhəmməd əleyhsalam bir evə qonax gedir. Qadın zahı imiş. Uşağ anadan olanda görür Cəbrayıl gəldi bunun alın yazısın yazdı. Deyir, qardaş, buna nə yazdın? Deyir, vallah, yazdım ki, toyu olan günü bunu sel aparajax. Deyif ki, mən peyqumbərəm, Allah mənim xatirimə yazını dəyişsin. Cəbyrayıl deyif, bir müddət gözlə. Gəlif deyir ki, dəyişmək mümkün döyül. Cəbrayıl yazır alnını, çıxır gedir. Məhəmməd peyqumbər uşağın adını da qoyur. Öz adın qoyur. Deyir, bəlkə Allah adına görə bağışdıya. Uşağın atasına deyir ki, mən sənnən xayiş eliyirəm, oğluna toy eliyəndə məni çağır. Deyir, ay qonax, mən səni nətər çağırajam, nə biləjəm sən hardasan? Deyir, toy eliyəndə yadına salginən ki, belə bir işim var, gəl iştirak elə, bəlkə mən gəlif çataram.

Nəysə, vaxt gəlir, il dolanır. Bunu nişannıyıllar öz əmisi qızı­na. Toy günü gəlir. Bu gün toy başdıyajaxdı. Deyir, ey dili-qafil, axı bu uşağın adını qoyan şəxs yoxdu burda. Mən ona söz vermiş­dim, əhdi-peyman bağlamışdım. Ay allah, mən nətər eliyim, bunu hardan çağırım? Allaha agah imiş da, Allah göndərir. Görür ki, bu kişi camahatnan gəlir. Bilmir ki, bu Məhəmməd peyqum­bərdi. Deyir, qardaş, toyun mübarəh olsun. Deyir, vallah, arzusunda idim. Elə ürəyimdən keşdi, nə yaxşı gəldin çıxdın. Bərk nigaran idim. Deyir, Allah xeyir versin.

Deməli, bir bulaxdı. Bulağın suyu gəlir kəndin ortasınnan ke­çir. Elə bil, qardaşın biri bulağın o tayında olur, biri bulağın bu ta­yında. O taya keçməh üçün iki yol var. Bir bulağın üsdünnən ad­dıyıf keçirsən, bir də bulaxdan yuxarı torpax yol var, ordan keçir­sən. Peyqumbər əleyhsalam baxır görür ki, bulaxdı. Gəlini atnan gedif oğlan özü gətməlidi. Oğlanın atasına deyir ki, ola bilər kəsə yolnan getməsin, torpax yolnan gedif gətirsin? Deyir, niyə olmur? Ehtiyat eliyir ki, su birdən qalxar oğlanı aparar. Oğlan gəlinin dalıncan gedir. Bulaxdan yuxarı quru yernən gedir. Ortaya çatanda hardansa gurhagurnan bir sel gəlir. Peyqumbər yüyürür oğlanı tu­tur. Əlin atır qaldırır görür kötük, atır yerə görür oldu oğlan. Bir dəfə də əlini atır götürür kötükdü əlində. Baxır ki, oğlanın meyidi ordan gedir. Deyir, pərvədigara, sənin yazdığına pozu yoxdu.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin