Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə210/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   206   207   208   209   210   211   212   213   ...   300
BƏHLUL DANƏNDƏ
2. ŞAH BƏHLULA YEMƏK GÖNDƏRİR
Bəhlulun qardaşı çox qəddar adam oluf. Günnərin bir günü Bəhlul itdərnən xarabalıx bir yerdə oturmuşumuş. Qarğısın minif oralarda gəzirmiş özüçün. Şaha qonax gəlir, buna bağlama gətiril­lər. Şahın başbilənnəri, vəzir-vəkili nə qədər çalışır baş çıxarmıllar. Deyir:

– Mənim başdan xarab bir qardaşım var, gedin onu çağırın.

Gəlillər Bəhlula deyillər ki, səni şah çağırır. Deyir:

– Mənim şahnan bir işim yoxdu. Əgər şahın mənnən bir işi varsa, gəlsin bura. Gedif buna təzdən yemək-işmək gətirillər. Gəlif görüllər Bəhlul burda itdərnən oynuyur. Bəhlula deyillər ki, şah sənə yemək göndərif, onu ye, gedək.

Deyir:

– Onu aparın verin itdərə.



Deyir:

– Əşi, nə danışırsan ey. Bu şah yeməyidi.

Deyir:

– Yavaş danışın, əgər itdər eşitsə ki, onu şah göndərif onnar da yeməz.



Yəni bu qədər haramxorluq var da.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin