3. DƏNİZDƏN ÇIXAN ƏL Bir gün dənizin ortasınnan bir əl çıxıf. Nə qədər eliyillər əl çəkilmir. Gəlif Bəhlulu aparıllar ki, bu sirdən onnarı agah etsin. Bəhlul deyir ki, qardaşım and içsin ki, məni öldürmüyəjəh, onnan sora mən bu sirri açım. Qardaşı and içir ki, öldürmüyəjəm. Gəlir dəryadan çıxan beşbarmağa iki barmağını görsədir, əl çəkilir. Deyir:
Bu nə idi?
Deyir ki, o, Allah-taaladan gələn bir xəbərdarlıxdı. Deyir ki, beş nəfər birrəşib bu zülümkar şahı yıxammırsız?
Deyir:
– Sən ona nə dedin?
Deyir:
– Mən ona dedim ki, nəinki beş nəfər, iki nəfərin bir-birinə ehtibarı yoxdu. O da qayıtdı getdi.