Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə212/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   208   209   210   211   212   213   214   215   ...   300
4. DƏLİ SÖZÜ
I mətn

Genə də bını Gülsüm nənədən eşitmişəm. Bir bölgənin hökm­darı olur. Gəlir Bəhlulu Danəndəyə deyir ki, Bəhlulu Divanə, mənə elə bir yol örgət ki, yığım saxlıyım. Ölkəmə ajlıx düşəndə, onu satım, ölkəmi dolandırım.



Axı, o, Bəhlula Divanə dedi. Bəhlul ona deyir ki, get soğan al, vır anbara. Gedir nə qədər bölgələrdə soğan var, yığır anbarlara ki, ajdıx düşəndə sataram. Bir başqası da gəlir deyir ki, Bəhlulu Da­nən­də, mənə elə bir yol göstər ki, gələcəhdə ölkəmə ajdıx dü­şən­də mən onu satım, ölkəm ajınnan ölməsin. Bəhlulu Danəndə ona deyir ki, get dəmir al, vır anbara. Gedir, nə qədər dəmir var alır, gətirir qoyur ambara. Elə dövr gəlir ki, ölkələrə ajdıx düşür. Soğan alan adam anbarın ağzını açır ki, aparsın satsın, ölkəsini dolan­dır­sın. Görür ki, soğannar hamısı cücərif, xarab oluf, məhf oluf gedif. Ama dəmiri ambara vuran adam gedif açıf dəmiri yavaş-yavaş satıf başdıyır ölkəsini ajdıxdan qutarmağa. Sora hər ikisi Bəhlulu Danən­dənin yanına yollanıllar. Biri təşəkkür üçün gedir, biri də qarğış üçün gedir. Dəmir alan adam deyir ki, çox sağ ol, ölkəm ajınnan ölmədi da, sağ-salamat qutardı. Soğan alan adam deyir ki, Allah sənin evii yıxsın. Mənim ölkəm hamısı batdı. Nooldu bəs? Bəhlulu Danəndə deyir ki, nolacax, sən maa dəli dedin, mən də saa dəli söz dedim. Bı da maa ağıllı dedi, mən də ona ağıllı söz dedim. Sora hər ikisi dimməz gedir.
II mətn

Bəhlul Danəndəni bir dəfə şah çağırır saraya. Deyir, Bəhlul Danəndə, başqa döölətnən bizim aramızda müharibə gözdənilir. Mənim varım-döölətim var, bunu neyniyim? Deyif ki, şah sağ ol­sun, var-döölətini ver dəmirə, vur xəzinəyə. Şah nə qədər xəzinə­də qızılı var, verir dəmirə, yığır xəzinəyə, saxlıyır. Aradan bir müd­dət keçənnən sora başqa bir məmləkətin şahı buna müharibə elan eliyir. Dəmir xəzinədə, usdalar qalxan, qılınc, nə lazımdı hazırlayır. Mü­hairbə başdıyır, bular qələbə çalır. Şah bunnan ləzzət alır. Bir müd­dət keçənnən sora deyir ki, Bəhluli Divanə, bu var-dööləti ney­niyim? Deyir, şah sağ olsun, ver soğana, vur xəzinəyə. Şah verir soğana, vurur xəzinəyə. Aradan iki ay, üç ay keçməmiş soğandı cü­cərib tələf olur da. Çağırır deyir, ay Bəhlul Danəndə, bu nə məslə­hət idi sən mənə verdin? Deyir, şah sağ olsun, sən maa dedin Bəh­lulu Danəndə neyniyim, mən saa danəndə söz dedim. İkinci dəfə mənə Bəhluli Divanə dedin, mən də dəli sözü dedim.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin