Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə215/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   211   212   213   214   215   216   217   218   ...   300
7. GÜLMƏYƏN BƏHLUL
Qardaşı Bağdad Xəlifə elan verir ki, kim Bəhlulun güldüyün mənə desə ona bir kilo qızıl verəjəm. Bunu bir keçəl eşidir. Bəhlu­lun bir xasiyyəti olur. Kim ona Bəhlul Danəndə deyirmiş, düzgün cavab verirmiş, kim Bəhlulu Divanə deyirmişsə, onu lağa qoyur­muş, ələ salırmış. Opşim, bu keçəl görür ki, Bəhlul çıxır səfərə. Bağ­dadi Xəlifə də elan verif ki, kim qardaşımın güldüyün maa de­sə, ona bir kilo qızıl verəjəm. Keçəl düşür Bəhlulun yanına, gedil­lər. Bir kəndə çatanda baxıllar ki, yığıncax var. Bəhlul çönür bura. Görür burda çarıx satan bir kişi var. Boylu-buxunnu bir oğlan gəlif deyir ki, kişi, çarıx neçəyədi? Deyir, üş maat. Çarığı əlində belə burur, deyir bu üş gün mənim ayağımda getməz, nə üş maat. Bəhlul gülür.

Genə gedillər. Görür yolun qırağında qəbirsannıx var. Çönür qəbirsannığa. Baxır görür ki, başdaşına yazılıf ki, burda yatan şəxs torpax üsdündə bir milyon adam qırıf. Belə baxır, baxır, burda da gülümsüyür. Bunu keçəl qeyd eliyir.



Keçif gedillər, çıxıllar bir şəhərdə sallaqxanaya. Bəhlul qəs­sab­xanaya baxır, burda da gülümsüyür. Keçəl bunu da qeyd eliyir. Deyir, üç dəfə qeyd eləmişəm, da bəsdi. Gəlif oturur Bağdad Xəli­fənin elçi daşının üsdündə. Gedillər bunu gətirillər. Deyir, padşah sağ olsun, sən belə bir elan vermisən, Bəhlulun güldüyünü kim maa desə, ona bir kilo qızıl verəjəm? Deyir, vermişəm. Deyir, qardaşın filan yerdə güldü. Deyir, dayan. Qoy onda qardaşımı gətirdim. Bəh­lulu gətirir. Deyir, qağa, sən bilirsən da mən sənin güldüyünü gö­rənə bir kilo qızıl verəjəm demişəm. Deyir, hə, demisən. Deyir, gör bu oğlan nə deyir. Oğlan deyir ki, çarıx satılan yerdə güldün. Deyir, bədbaxt oğlu bədbaxt, mən ona gülmədim ey. Rişxənd elədim ki, sən nə bilirsən üç gün yaşıyessən, ya yox. Deyirsən, bu çarıx mə­nim ayağımda üş gün tab gətirməz.

  • Bəs yaxşı qəbirsannıxda niyə güldün?

Deyir:

  • Qəbirsannıxda da mən rişxənd elədim ki, torpax üsdündə bir milyon adam qırıf, amma tutduğu yer metr yarım boyudu, əlli santı eni.

  • Bəs o sallaqxanada niyə güldün?

Deyir:

  • Sallaqxanada da ona görə güldüm ki, deyillər, atanın güna­hı­nı bala çəkir. Onnar hamısı yalandı. Hər küsdənin öz günahı var. Mən ona rişxənd eləmişəm.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin