10. KİMİN AYAĞI MAZOL OLAR?
Bəhlul Danəndə Bağdadi Xəlifənin qardaşı imiş. Özünü vurmuşdu dəliliyə. Bir də qarğu kəsmişmiş, at kimi minirdi. Deyirdi dünya beş gündü beşi də qaradı, dünya beş gündü beşi də qaradı. Bir gün qardaşı Bağdadi Xəlifə bunu çağırır, deyir:
Ayə, özü vurmusan dəliliyə. Axı hamı bilir ki, Bəhlulu Danəndə xəlifənin qardaşıdı. Niyə belə eliyirsən?
Deyir:
– Neynirəm ki?
Deyir:
Deyir:
Mən dəli olsam, hər bir şey olar.
Deyir, indi sənin dəliliyini isbat eləmək üçün məndə sübutdar var. Bəhlul deyir, uzağa getmə. Get sac-ayağı qızdır, qızmar-qızmar ayaxyalın sən də çıx sac-ayağın üsdünə, mən də. Sən də varidatını say, mən də varidatımı sayım. Amma ayağımız yananda düşmüyək. Kimin ayağı mazol bağlasa, o dəlidi.
Deyir:
– Onda Bəhlul, qabağa sən düş.
Bəhlul gəlir ayaxyalın çıxır qızmar saj-ayağın üsdünə. Deyir:
Bir püsdümdü, bir püsdüm, vəssalam, şüttamam.
Tullanır yerə. Ayağı bir az oddan qısqınır. Deyir ki, xəlifə, indi sən çıx devlətini say. Deyir ki, Bağdadi Xəlifəyəm, bir belə varım var vəssalam, bir belə elim var vəssalam, bir belə malım var vəssalam, bir belə əhalim var vəssalam. Əyax pürüşühdən35 çıxır. Deyir, indi kimin əyağı mazol oldu?
Dostları ilə paylaş: |