31. USTADINA RƏHMƏT
Dünya binnət olanda yer üzü xali idi, sirkələnif axırdı. Bir bəni-bəşər yox idi. Dünya su kim axırdı. Dünyanın əvvəllində məlakələr nazil oldu: Cəbrayıl, Azrayıl, Mikayıl. Dünya salavat üsdə bərqərar oluf (salavat çəkir – top.). Həzrət Əli salavat çöördü dünya onda durdu. Onda Cənabi Cəbreyil zühr elədi Allahın hüzuruna. Getdi Allahın hüzurunda durdu. Allahdan səda gəldi ki, maxluq, sən kimsən? Dedi, sən sənsən, mən mənəm. Allah tərəfinnən vuruldu, şapəri yandı, düşdü dəryaya. Cənabi Cəbreyil bir müddət qalannan sora qanatdandı bir də zühr oldu. Allahın dərgahına gedəndə Allahdan səda gəldi ki, ya Əli, Cənabi Cəbreyil gəlir, onu örgət. Həzrət Əli deyir:
– Cənabi Cəbreyil, hara gedirsən?
Deyir:
– Allahın dərgahına gedirəm.
Deyir:
Genə əvvəlki sözü deyir. Deyir:
– Yox, Cənabi Cəbreyil. Heylə demə. Denən ki, sən xaliqsən, mən maxluğam. Sən yaratmısan, mən yaranmışam. Heylə de.
Cənabi Cəbreyil gedir Həzrət Əlinin örgətdiyini deyir. Allahdan səda gəlir ki, ustadına rəhmət.
Dostları ilə paylaş: |