Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə223/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   219   220   221   222   223   224   225   226   ...   300
18. İSTƏNİLMƏYƏN QONAQ
I mətn

Bir nəfər bulara tez-tez qonax gəlir. İndi bular isdiyillər ki, bu­nun ayağın burdan kəsələr. Gətirif bir oğlan uşağına gəlin paltarı ge­yindirilər, başına da fata atıllar. Qonağa deyillər ki, bizdə adətdi, təzə gələn gəlin qonağın ayağın yuyur. Gətirir vannanı qoyur, aftafada qaynar suyu gətirif qoyur yanına. Gəlin paltarı geyinən oğlan bunun baş barmaxların tutur əlində. Bular da söhbət eliyif bunun başın qatanda qaynar suyu töküf ayağını yandırır. Durur ayaxyalın qaçır.
II mətn

Gülmalı kişi vardı, bu gəlir Kamallıda qalır. Deyillər, yol gəl­misən, gərəh ayaxların yuyula. Ayıf deyil, ayağı kirli qalasan? Bir kişiyə arvad paltarı geyindirillər. Suyu da qaynadıllar töküllər lə­yənə. Əynində qadın paltarı olan kişi Gülmalının ayaxlarını basır ləyənə, kişi nə qədər qışqırır, bu da güjdü adamdı, buraxmır. Onnan sora o kişi neçə ay gəlif yatır, ayaxları suluxluyur.



Amma bizimkilər də bir dəfə onnarı alladıf. Gilas vaxdı imiş, bi­zim camahat Qarasu deyirik, orda ot biçirmiş. Kamallı da bir atı yüklüyür gilasnan gətirif satmağa. Camahat tökülür, deyir bəlkə bu gilası taxılnan dəyişəsən, taxıl vaxdı taxılı verax. Deyir, yaxşı. İndi iri bir daş gətirillər, qoyullar tərəziyə. Deyillər, bu daş ağırrığında ma­na gilas çək, o birsi deyir mana da çək. Gilasın hamısın alıllar. O de­yir daşı kim saxlasın, bu deyir kim saxlasın? Bizim kəntdən biri deyir:

– Əşi, daşı dəyişəllər, eliyəllər. Daşı atax gölə, orda itməz.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin