Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə224/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   220   221   222   223   224   225   226   227   ...   300
19. MAŞIN TAYANI YEYİR
Kamallılar qışda Bərdədə olullar, yazda da gedillər dağa. İndi bizim öz şoferimizdən biri ürcahlarına36 çıxır. Deyir ki, qardaş, Bərdədən bizim yükü Kamallıya neçəyə apararsan? Məsələn, deyir, atmış maata. Deyillər, sən üş-dört şofer tap gətir, amma sən demə mən hakqımı almışam. Sənin hakqını burda verəjıx. Orda neyli­yəjıx sənin nə işinə qalıf. Bu da gəlif deyir ki, köş var, gedək, pu­luynandı da. Soruşullar neçiyə danışdın? Deyir, ə, orda verəjəhlər. Mən danışmadım, siz danışın. Onnar da deyir, ədə, sən danışmadın biz nə danışax? Sənə nə verəllər, bizə də onnan.

Xülas, belə-belə gedif çıxıllar Kamallıya. Kalxozun ot taya­ları olur. İndi bular cərgəynən maşını sürdürür burnun söyküyür ta­yaya. Kamallılar deyir ki, qoy maşın burda dursun. Yağıf yorğan-dö­şək isdanıf, buları tayanın üsdünə sərək, yer palçıxdı. Da divar ola, çəpər ola üsdə atalar, heylə şey yoxdu. Bunnar maşını ot taya­sına söykü­yüllər, başdıyıllar yükü boşatmağa. Boşaldıf quta­ran­nan sora görüllər bir nəfər ayannan əli ağaşdı gəlir. Kürtcə danışır deyə şoferrər başa düşmür. Deyir, ə, nolufdu, neylamışığ? Deyir, sən ba­şa düşmürsən, o da başa düşmür. Deyir, maşını dirə­misən tayanı ye­di qutardı. İndi bu pul alan qaçır, bunnar da düşüf bunun dalına qa­çır. Bir az bayna gəlillər. Deyir, neynədin ə? Deyir, ə, bunnarın başı işdəmir, maşın ot yeyər? Deyir, görmüyüf da, elə bilir maşın ot yeyir.

Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin