20. BÜNÖVRƏDƏN OT ÇIXIB Bizdə Əmirasdan kişi olufdu, çox hazırcavab adam olufdu. Qonşu kəntdə usda işdiyərmiş. Bu da həmişə bulara fırıldax gəlirmiş. Bir dəfə divar hörürmüş. Baxır ki, bunun bünövrəsi daşdı, bunu qaza bilmiyəjək. Ev yiyəsini çağırır, deyir bu çox pis oldu. Deyir, noldu? Keranın arasınnan çıxan sarıtəhər otu gösdərir, deyir bünövrədən belə ot çıxanda bu evdə adam ölməlidi. Deyir, bə nolecek? Deyir, bunun bircə yolu var. Bir dənə erkək kəsərsiz, onu ağa büküf aparıf filan yerdə basdırarsız. Özü də tapşırır ki, yolnan gedəndə kimsə sənnən nəsə soruşsa, cavab verməməlisən, çağırsa, dönüb baxmamalısan. Nəysə, bu da belə eliyir. Nə qədər çağırıllar baxmır. Qoyur atın üsdünə, aparıf həmin yerdə basdırıf gəlir. Axşam düşəndə Əmirasdan atı minir, gedir ordan erkəyi də götürür çıxır gedir.