Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə227/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   223   224   225   226   227   228   229   230   ...   300
22. MƏŞƏDİ KİŞİNİN LƏTİFƏLƏRİ
I mətn

Verdiyev Səyyaf vardı. Bu da bizə uçastok gəlmişmiş. Maşın­nan gedəndə şofer deyif ki, bu eşşəhli gedən Məşədi kişidi. Bu da dəyirmannan gəlirdi. Deyir:

– Siqnal ver o dayansın, onu doluyajam.

Kişi də yolun ortasıynan gedir. Siqnal verəndə, üzdən irağ, bu eşşək çıxır yolun qırağına, amma bu kişi çıxmır. Səyyaf deyir ki, nə yaxşı oldu. Maşını saxlıyır. Deyir:

– Ə kişi, siqnal verirəm, ulax çıxır, sən çıxmırsan.

Deyir:


– Başına dönüm, o sənin kimi savatdıdı, mən nə bilim sən nəyə siqnal verirsən.

Ordan qayıdıf, daa kəndə getmiyif.


II mətn

Rəhmətə gedənə yaxın Kəlbəcərdə avtobazanın müdiri Ələs­gər məəllim gəlif buna dəyməyə. Gəlir deyir:

– Ə, Ələsgər məəllim, nə yaxşı gəldin. Sən öl, səni yaman arzuluyurdum.

Deyif ki, Məşədi kişi, işim o qədər çoxudu, ona görə gej gəl­dim. Məni bağışda.

Deyir:

– Allah bağışdasın, amma sənnən bir xayiş eliyəjəm. Mən ölüm, mənim xayişimi qəbul elə.



Deyif ki, a kişi, kimi deyirsən işə qoyum, nətər deyirsən onu eliyim. Deyir:

– İşin-zadın lazım deyil mana. Azreyil indi mataskiletnən gəzir, birdən gələr ona benzin verərsən ha. Əlimdən qutarmazsan.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin