CƏHƏNNƏMƏ GEDƏRƏM Bir dəfən Baqı televizora baxırmış. Televizorda da bir müğənni qız oxuyurmuş. Müğənninin paltarının qolu çox qısaymış. Baqının qaynənəsi deyir ki, kül başaa sənin hələ. Bı açıx-saçığa nəə baxırsan? Deyir ki, az, oxuyur, baxıram daynə. Qaynanası deyir ki, sənin yerin cəhənnəmlihdi, gör nəyə baxırsan. Baqı deyir ki, yaxşı, bəs sənin qızının yeri haradı? Arvad deyir ki, onun yeri cənnətdihdi. Baqı qaynənəsinə deyir ki, sənin qızınnan cənnətə getməhdənsə, elə onnan cəhənnəmə gedərəm.