25. ÖLÜM PULUMU ELƏ BU BAŞDAN VER Baqı çox baməzəymiş, özü də kasıfıymış. Hə, bı elə tez-tez kəntdən adamlardan borc eliyərmiş. Hamıdan borc eliyir, bir dəfə, iki dəfə. Nəysə, görür ki, ta borca yer qalmır. Genə də bir nəfərdən pul isdiyir. Deyir, ay Baqı, neçə dəfə borc olar, neçə dəfə pul verim? Baqı həmən adama deyir ki, ay qardaş, mən öləndə gəlif siyahıma düşmüyəssən? Elə bil ki, ölmüşəm. Gətir mənim ölüm pulumu elə bu başdan ver.
26. BAQI ƏMİ, ÇATMIŞIQ EY, DÜŞ Bir dəfə anası rəhmətə gedib. Bu da bəsdəboy kişiydi. Cinazə götürüləndə bu da oğlu kimi cinazənin qabağınnan yapışıb. Cinazə qaldırılanda cinazəynən birlikdə qalxır göyə. Qəbirsannığa çatanda biri deyir ki, Baqı əmi, çatmışıx ey, düş.