Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə234/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   230   231   232   233   234   235   236   237   ...   300
31. İT DE, QURD DE, NƏ DEYİRSƏN DE
Bizdə rəhmətdih Yaqub kişi vardı. Bunun qardaşı nəvəsi var­dı. Anbardan taxıl götürür. Qardaşı nəvəsinə deyir ki, get dədənə denən gəlsin maa kömək eləsin. Bu da gəlir, evə çata-çatda birdən yadına düşür ki, atasına dədə deyil, qağa deyir. Qayıdır gəlir. Deyir ki, Yaqub əmi, mən dədə demirəm a, qağa deyirəm. Deyir, ə, it de, qurt de, nə deyirsən de, get denən gəlsin taxılı yükləyək aparax.
MÜXTƏLİF MÖVZULU LƏTİFƏLƏR
32. PEZƏVƏNG
Bir məmləkətin sahibi deyir ki, vəzir, dünyada o kef yoxdu ki, mən çəkmiyəm, amma bir pezəvəng görməmişəm. Maa bir pezə­vəng tap gətir, görüm. Deyir:

– Qibleyi-aləm sağ olsun, maa vaxt lazımdı.

Deyir, havaxt tapırsan tap. Vəzir də soraxlıyır ki, maa bir pe­zə­­vəng lazımdı. Deyillər, Qoşqar dağında kahada bir pezəvəng ya­şıyır. Üş günə gedir çıxır bura. Görür doğurdan da, burda bir pe­zəvəng var. Bir nəhəng adamdı. Sakqal burdan (qurşağın göstərir – top.). Sakqalına sirkə düşüf. Bir xeyləx qoyundu, bir bənəkdi, bir uzunqulaxdı. Bunun yanında bir iki-üç gün qalır, çox çətinnihnən bunu başa salır ki, səni paccah çağırır. Deyir ki, onda gəl belə eli­yax. Qoyunu yığır zağaya, əl ulağın bağlıyır, bənəyi bağlıyır yanı­na. Deyir, gəl gedək. Düşüb yanına gəlir. Gəlib çıxıllar saraya. Xə­bər gedir ki, qibleyi-aləm sağ olsun, vəzir gəlib, özüynən də bir bəd­heybət adam gətirif. Tez qırmızı geyinir taxtı-tacda əyləşir. Əmr eliyir, vəziri, vəkili, rəqqasəsi – hamı yığılır ki, burda pezəvəngi da­nış­dırıf güləjaxlar. Bu da pezəvəngi başa salır ki, içəri girəndə sən baş əy, ehtiram gösdər, bu yer üzünün zülüllahıdı. Nə sual ver­sə, cavab verir. Bu saraya gələndə şübhələnir. Ora-bura baxır. De­yir ki, ə, bu şeytan idi, məni gətirif Allah evinə. Axı bu saray gör­müyüf, şinnik görmüyüf. Deyir, əstəfirillah, mən nətər Allah evinə girim? Qapını açıf içəri girir ki, Allah oturuf. Əlin qoyur sinə­sinə deyir ki, salaməlöyküm, ey Allah-taala. Tez yerdən deyillər ki, ə, bu Allah deyil ey, bu şahdı. Deyir ki, aha, bu Allah deyilsə, pey­ğəmbərdi. Əlin qoyur deyir ki, salaməlöyküm, ey peyğəmbər. Yenə yerdən deyillər ki, ə, mərfətin olsun, qanacağın olsun. Bu zülül­lah­dı. Nə Allah, nə peyğəmbər. Deyir:

– Aha, bu Allah deyil, peyğəmbər deyil, onda imamdı. Sa­la­məlöyküm, ey imam, – deyəndə yenə yerdən dillənillər ki, bu imam deyil. Fikirrəşir ki, ə, bu Allah deyil, peyğəmbər deyil, imam deyil. Bə bu kimdi oturuf? Əlində çomağ duruf. Birdən çomağı qoyur şahın kəlləsinə, deyir:

– Ə kopoğlu, Allah deyilsən, peyğəmbər deyilsən, imam de­yilsən, bə kimsən ə oturmusan orda?

Bu da sənin pezəvəngin.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin