Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə237/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   233   234   235   236   237   238   239   240   ...   300
37. ALA ÖKÜZÜN ƏHVALATI
Bir kişi varıymış. Bı kişinin bir ala öküzü, bir inəyi varıymış. Öküz o qədər pis öküzüymüş ki, arvad gedif inəyi sağanda həmişə bı öküz südü aşırarmış, uşaxlar aj qalarmış. Çox mərdimazar ökü­züy­müş da. Bir gün bı kişi öküzü satır. Deyir ki, belə öküz maa la­zım dəyil, bizi aj qoyur. Öküzü alan onu kəsir, həmin öküzün də­risinnən çarıx tikif satır. Öküzün yəəsi bilmir də, təsadüfən gedir hə­mən çarıxdan alır. Uşaxlara da alır, özünə də alır. Ayaxları ya­lı­nıymış da, satan da ucuz satıf da. Deyir, həə. Mən elə o ala öküzü kəseydim, mən də çarıx tikərdim. O öküz məni okqədər yandırdı ki, kəsif özü­mə çarıx eləmədim. Kişi bını camahat içəri­sində deyəndə, öküzü alan kişi deyir ki, elə sənin ala öküzünün dərisinnən tih­miş­dim da ça­rıxları, indi geyinmisən. Deyir, hə. Pərt olur, durur gəlir evə. Aya­ğın­dan çarıxları çıxardır. Uşaxların da ayağından soyundu­rur çarıx­la­rı. Uşaxlar deyir ki, niyə soyun­durursan? Bəs ayağımız yalın qalır axı.

Deyir:


– Bala, ala öküzün elədihləri yaddıma düşəndə çarıxlar öz-özünə ayağımdan çıxır.

Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin