33. HƏZRƏT ƏLİNİN ÖLÜMÜ Həzrət Əli zərbənlənəndə İmam Həsənnən İmam Hüseyinə dedi ki, məni yuyun, kəfənniyin qiblə tərəfdən ağ dəvə gələjək. Qoyun ağ dəvənin üsdünə, gələn olajax, ovsarın buraxın özü gedəjəhdi. Mənim dalımcan gəlmiyin. Yudular, kəfənə tutdular, namazın qıldılar. Hazır olanda ağ dəvə gəldi yatdı. Qoydular ağ dəvənin belinə, ovsarın buraxdılar. Bir gün keşdimi, iki gün keşdimi orasın bilmirəm. İmam Həsən dayanammadı. İmam Hüseyinə dedi ki, mən gedəjəm atamın dalıncan. Düşür dalına. Gedir görür ki, dəvə gedir, qabağıncan da bir üzü rübəndli dəvəni çəkir. İmam Həsən dəvənin yanına çatır. Dəvənin yedəyin bu üzü rübəndlinin əlinnən alanda rübəndin belə atır, görür çəkən Əli özüdü. Deyir ki, oğul, saa deməmişdim gəlmə. Dəvə harda dursa, məni orda dəfn elə.