Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə243/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   239   240   241   242   243   244   245   246   ...   300
46. ƏMİM OĞLU YEYƏ
Bir kişinin keçisi itir. Gəlif bir qadın soruşur ki, keçini tap­mı­san? Kişi deyir ki, hə, şükür tapıldı. Deyir ki, hardeydı? Kişi deyir ki, bəs filankəs yedi. Deyillər ki, filankəs yedisə, bəs şükrün bura nə dəxli, şükür eliyirsən Allaha. Kişi deyir ki, a zalımın qızı zalım, bir var çakqal yeyə, bir də var ki, əmim oğlu yeyə. Hansı yaxşıdı?

47. DEMİRSƏN “OLSA”
Bir kişi olur. O qədər təmiz adamıymış. Bu kişi bir günnəri xəstələnir. Ajdıx dövrü olur. Həkimə gedir. Həkim bunu yoxluyuf görür ki, bu çox zəyifliyif, zəyiflihdən ağrıyır. Deyir ki, a kişi, səhər-səhər get bal ye, iki yumurta ye. Həkim nə qədər sual verirsə, elə kişi duruf həkimin üzünə baxır. Həkim deyir ki, nə baxırsan a kişi, cavab ver da. Saa söz deyirəm axı. Kişi dillənif deyir ki, deyir­sən ey deməyinə. Heş demirsən olsa.

Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin