Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə245/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   241   242   243   244   245   246   247   248   ...   300
49. QUŞ QALXDI, DƏDƏM QALXDI
Biri varıymış, biri yoxuymiş, bir padşah varıymış. Bu cama­hata qan uddururmuş. Hər gün deyirmiş ki, gərəh məni yuxuya ve­rə­siniz. Hər gün bir adam çağırırmış. Amma padşahı yuxulada bil­mirlərmiş. Hamısının bir-bir boynunu vurdururmuş. Ta kəntdə adam qalmırmış. Bir çoban deyif ki, mən onu yuxuya verəjəm. Çoban ax­şam gedif padşahın yanına ki, səni yuxuya verəjəm. Padşah deyir ki, görax. Məni bir belə adam yuxulada bilmiyif, indi bir çoban məni yuxuladajax? Çoban oturuf deyir ki, quş qalxdı dədəm qalxdı, quş qalxdı dədəm qalxdı, quş qalxdı dədəm qalxdı. Padşah deyir ki, nooldu? Çoban deyir ki, hələ qalxır. Elə səhərəcən belə təkrarrıyır. Padşahı yuxuya verir. Camahatın canını ölümdən-itimdən qutarır.

Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin