AŞIQLAR VД EL ŞAİRLДRİ
SARI AŞIQ
I mətn
Güləbirtin Qaradağlı addı sahəsi oluf, Sarı Aşığ ordandı. Onun butası Yaxşı Maqsutdudandı. Amma Yaxşının qardaşdarı narazı imiş. Qardaşdarı bunu çox incidir. Deyir ki, indi ki belədi, axşam aş bişirərsən. Həmən qardaşın biri gedir təhnədən bir avuc düyü gətirif atır qazanın içinə. Deyir, əyər o hakq aşığıdırsa, axşam bu tamnan yesin. Aşıq da baş götürüf getmişmiş. Deyilənə görə, İsfahanda imiş. Gedif orda bir körühçünün körüyün basırmış. Buna sada gəlir ki, sənin qismətini atıflar Yaxşının qabına, gərəh bu axşam orda olasan. Usdası gələndə deyif ki, mən gedirəm.
Yolnan gedirmiş gumuldana-gumuldana. Görüf daldan bir tapbıltı gəlir. Belə baxır görür boz atdı gəlir. Salaməlöyküm, əlöykümət salam. Ay qardaş, hara gedirsən belə? Deyir ki, neynirsən, dərdimə şərik olan döyülsən. Bunu da Allah göndərif. Bu da Cənabi Cəbrayılmış. Göndərif ki, onu al tərkinə Maqsutdunun qabağında körpüdə düşür. Onnan çox dirəşir. Deyir, sada gəlif, gedəjəm ora. Deyir:
– Min tərkimə, gözu bərk yum mənnən tut. Üş dəfə Allahın məsəli, əla Məhəmmədün və ali Məhəmməd elə. Üçüncü salavatda gözünü aç.
İki çəkir, üçüncü salavatda gözün açır, görür Maqsutdunun körpüsünün gözündədi. Cənabi Cəbrayıl deyir ki, o gələn kimdi? Belə baxıf, dönür görür ki, heş kim yoxdu. Şam vaxdı olanda Yaxşıgilin itdəri hürür. Çıxıllar ki, aşıxdı. Gəlib oturur. O biri qardaşdar inammır, amma biri inanır ki, bu hakq aşığıdı.
Bir gün də Yaxşı Həkəri çayının qırağında paltar yuyurmuş. Sarı Aşıx gəlir bunun yanına. Yaxşı bunu soyundurur. Daa o vaxdı indiki kimi deyildi. Dəyişək yox, bir şey yox. Bunu soyunduruf paltarın yuyur. Sarı Aşıx çayın qırağında olanda Yaxşının qardaşdarı görür ki, suya adam şəkli düşür. Sarı Aşıx orda bir söz deyir.
Mən aşıx, suda neyliyim,
Qəmzəyəm, suda neyliyim?
Məni Yaxşıdan eliyəni
Bu suda neyliyim?
Baxıf görüllər bunun sünnəti yerində bir dəsdə güldü. Onnan sora gəlif deyillər ki, Yaxşı, bu günnən sora sən onun, o sənin.
II mətn
Maqsutdu kəndində Yaxşı adında bir qadın oluf, Sarı Aşıx ona vuruluf. Yaxşının da İmam addı əri oluf. Maqsutdudan bəri şor bulağ var. Yaxşı Sarı Aşığı aparır bulağda çimizdirməyə. Yaxşının əri xəbər tutub gəlir ki, Sarı Aşığı öldürə. Sarı Aşığ qorxusunnan qaçıb çıxıf ağaca, özü də lüt oluf. Ordan baxıflar ki, suya bir şikil düşüf, çılpax adamdı, ayıbının yerində gül var. Onnan sora öldürmüyüf, paltarın-zadın geydirif buraxıf.
Bu minvalnan gedif gəlif. Bir gün nətər olursa Yaxışının Sarı Aşığa ajığı tutuf. Duruf Sarı Aşığı vurmağa aşıx qaçıf. Ojağın altdan qarağaj kösövün götürüf tulluyuf bunun dalınca. Kösöv düşüf yerə. Sarı Aşıx deyif ki, Yaxşı, daa mən getdim. Görüm sənin kösövün göyərsin. Deyilənə görə, həmin kösöv bitif qarağac oluf. Son dövürlərə kimi o ağac dururdu.
Dostları ilə paylaş: |