XVI mətn
Sarı Aşıx yenə səfərdəymiş. Həkəri çayının sahilində bir gəlinin çiynində saxsı səhəng su aparmağa gəldiyini görür. Gəlin səhəngi suya salanda çayın içindəki daşa dəyib sınır. Gəlin səhəngin sındığını görüb çox peşman olur. Bunu görən Aşıx deyir:
Mən aşiqəm, yerim sal,
Kürdü40 üstə yerim sal.
Sağ saldın, sayrı41 çıxdı
Aşıq deyir, yeri mis al.
XVII mətn
Sarı Aşıx dəyirmannan keçirmiş. Dəyirman daşının üsdündə taxtadan pər olur, o, dənin tökülməsini nizamlıyır. Daş fırrandıxca dəyir ona, yuxarını sirkəliyir, buğda ordan tökülür. Bu mənzərə Aşığa çox maraqlı görünür. Deyir:
Mən aşıq pərdəlidi,
Şüşəsi pərdəlidi.
Nov dərindi, su sərin
Görən deyir, pər dəlidi.
Dostları ilə paylaş: |