Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə261/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   257   258   259   260   261   262   263   264   ...   300
XXV mətn

Bizdə bir kənd var, Məmmədbəyli kəndi. Həmən Məhəmməd bəy Aşiq Cavanşirlər nəslindəndi. Həmən Məmməd bəyin üç oğlu olufdu. Əbdülsəməd bəy, Cavad bəy, bir də Teymur bəy. Məhəm­məd bəy həmişə İranın Qaradağlı vilayətinnən aşıx gətirərmiş, oxudar­mış. Sarı Aşıx da Məmmədbəylidə yaşıyırmış həmin dövrdə. O, getmiş imiş öz kəntlərinə – Laçının Güləbirt kəndinə. Gedir ora Nooruz bayramına. İrannan gələn aşıx çalır, oxuyur. Çalıf-oxuyan­nan sora sazı qoyur yerə, deyir, mənə bu ərazidə bir qənim verin, mən onnan deyişim. Məhəmməd bəy Aşiq iki at göndərir. Deyir ki, birin aparıf qoyarsan Hacı Muradın qapısında, Muradxan­nıda. O birisini sürərsən gedərsən Güləbirdə, verərsən Sarı Aşığa, məclis qutarmamış gələr bura. Sarı Aşıx obaşdan gəlir çıxır məclisə. Bunlar görüşür, başdıyır deyişməyə. Qaradağlı Aşıx deyir ki:

Aşıx bənəh bənəhdi,

Halım bənəh bənədi.

Sənnən xəbər alıram,

Araz neçə sənəhdi?

Hamı məhəttəl qalır ki, Sarı Aşıx bunun cavabın verə bilmi­yəcəh. Sarı Aşıx bir kruq vurur. Gəlir durur bunu yanında. Deyir:

Aşıx bənəh bənəhdi,

Halım bənəh bənəhdi.

Çağır Araz dayansın,

Ölçüm neçə sənəhdi.

Onnan sora Məhəmməd bəy Aşiq ona bir at verir.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin