Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə264/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   260   261   262   263   264   265   266   267   ...   300
VII mətn

Şuşa bəyləri Laçınnan Qarabağın ortasında idi. Həmişə də canfəşannıx eliyirmişdər ki, hər iki tərəflə qohum olsunnar.

Bir gün Şuşa bəyləri Paşa bəyi qonax çağırır. Qonax çağı­randa Aşığ Abbas deyir ki, gedərəm birdən məni ilişdirəllər. Canın­çün getmərəm. Paşa bəy deyir:


  • Niyə?

Deyir:

– Ə, sən atı minif gedəjəhsən, mən piyada gedim?

Deyir:

– Abbas, sən öl, saa bir at verəjəm.



Deyir:

  • Ə, sora tutuf əlimnən alajaxsan.

Deyir:

– Abbas, sən öl almıyajam, yəhəri də almıyajam. O olsun ki, mənnən get.

Göndərir hamamladır, kostyumun-zadın geyindirir. Hər bəyin gədəsi olarmış başmağın çöyürsün, aftafəsin götsün.

Aşığ Abbas deyir ki, Paşa bəy, olar içəri girəndə ayağa dur­ma! Paşa bəydə o ədəb var ki, ayağa durmuya. Deyir:

– Niyə?

Deyir:


– Səni yannarıynan vurajaxlar, gəlif mənim tuşumda durajax­san.

Furqonnar gəldi, hay düşdü ki, bəylər gəldi. Qapı açılanda Paşa bəy özünnən aslı olmuyarax ayağa durdu ki, görüşsün. Bəylər bir-birinə him eliyir, bunu yannıyıllar, gəlif düşür Aşığ Abbasın yanına. Qayıdır Abbasın üzünə baxanda deyir:

– Vejinə də alma. Mən dedim durma, durmusan. O sənin tərbiyəndi.

Oturur. Başdıyıllar söz atmağa. Ordan, burdan. Yeyillər, içil­lər, dəmlənəndə deyillər:

– Ay Paşa bəy, ay Paşa bəy! Bəs deyillər, ayı kürdün əmisi oğludu.

Deyir ki, ə, mənim bu gədəm cavab versin. Aşığ Abbas deyir:

– Hə, o bizim əmimiz oğludu. Özü də çox ləyaxlı, mərifətdidi. Utancaxdı, cəmyətə, camahat arasına çıxmır. Elə olur altı aynan gedir, üzün də görmürük.

Biri deyir, sən öl, bunun altında nəysə var. Deyillər, söhbəti elə burda bağlıyax. Şuşa da dağın başındadı da. Suyu Xəlfəli çayın­nan gəlir, odunu meşədən gəlir. Səhər iki-üç ulağnan gedillər su gə­tir­məyə. Paşa bəyə deyir, bu ulax yiyəsinə bir az qızıl ver. Deyir:

– Əşi, bizi qırdırarsan, sən allah, otur yerində.

Deyir:


– Yox.

Abbas ulax yiyəsinə deyif:

– Başına dönüm, böyün nə qazanajaxsan?

Deyir:


– Nə qazanajam ey, qəpik-quruş.

Aşığ Abbas çıxardır ona beşdik verir ki, ulağa iki kilo artıx arpa verərsən, biz İsa bulağına gedəjeyih. Bir yük də kül yüklüyüf aparıf ora tökürsən. Sənin gözün bizdə olsun. Biz ora çatanda sən palanı alırsan, ulağı buraxırsan ora. Bir beşdik qızıl da orda verə­jəm. Bular yol gözdamaxda olsun. İki kilo artıx arpa yemiş ulağ ola. Anqırır özünü salır külə, ağnıyır. Deyir:

– Ay Paşa bəy, ay Paşa bəy.

Deyir:


– Dəli, nədi?

Deyir:


– Əmoğlu belə olar ey. Görürsən pudraynan, ətirnən buları qəbul eliyir. Bizimki də gedir girir dağın-daşın dalına. Heş gəlmir ki, görək nə var, nə yox.

Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin