Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə279/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   275   276   277   278   279   280   281   282   ...   300
AŞIQ VALEHİN ŞUŞA SƏFƏRİ
Valeh gedir Şuşaya toya. Toya xanın özü də gəlir. Okqədər gözəl, okqədər şirin oxuyur ki, xan çıxardır buna bir qızıl onnux verir. Toy qutarır, hər küsdə öz işinə gedir. Vəzir gəlir xanın yanı­na. Deyir:

– Xan, on ildi mən sana vəzirrik eliyirəm, heş sən bir manat maa pul vermirsən. O aşıx nə idi, ona bir onnux qızıl verdin?



  • Əyə, – deyir, – onu Allah ona verib ey, mən vermədim.

Deyir:

– Nətər Allah ona verdi?

Deyir:

– O gözəllikdə insan, o şirinnikdə səs, bunu Allah eliyib.



Deyir:

– İndi mən onu ziyana salım, sən də məni tanı.

Razılıx verir, deyir ki, sal, amma namərtdik, alçaxlıx yox ha. Götürür bir məktub yazır öz imzasıynan. Şuşada boğaz ağrısı xəsdəliyi peyda oluf, camahat qırılır. İyirmi-otuz dənə öküz, at yükü zoğal təşkil eliyif gətirirsən buraya, bəlkə camahat qırılmıya. Axı xan da buna hörmət eliyif. Bu fikirrəşir ki, xanın məmləkətində bu hadisə oluf. Onnan-bunnan gedir atını isdiyir pulun verir, səbət isdiyir pulun verir, çual isdiyir pulun verir. Bu biri tərəfdən də vəzir hər küçəyə bir dənə zoğal satıcısı qoyur. Valeh elə şəhərin girəcə­yində görür zoğal satıllar. Bir az ayana yeriyir, zoğal satıllar, bir az ayana yeriyir, zoğal satıllar. Yolda öküzün biri ölür. Tərrəmiş at, qışın günü. At da qeysər44 olur, atı basdırıllar peyinə ki, sağala­cax. Atın biri heylə olur ölür. Gedir vəzirin sərəncamına. Deyir:

Kim ki innən belə burda sala bağ,

Arvadı q....di, özü qurumsax.

Çualın küncünnən car oldu bulax,

Mən belə bazarın nəyinə gəldim,

Ordan buraya deyinə-deyinə gəldim.


Allahverdigildə vardı bir nökər,

Haramzada gejə durur bixəbər,

Atın çulunu alır, at olur qeysər.

Mən belə bazarın nəyinə gəldim,

Ordan bura deyinə-deyinə gəldim.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin